Azərbaycan-Gürcüstan əlaqələri yüksələn xətlə inkişaf edir
08.04.2026 [11:55]
Azərbaycan və Gürcüstan xalqlarını əsrlərə söykənən dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. Tarixi bağlarımız bu gün dövlətlərarası əməkdaşlığın möhkəm təməlini təşkil edir. Hər iki ölkə müstəqillik dövründə siyasi və iqtisadi baxımdan mühüm nailiyyətlər əldə edib və bu inkişaf qarşılıqlı dəstək fonunda daha da güclənir. Gürcüstanın son illərdə qazandığı iqtisadi uğurlar və formalaşdırdığı əlverişli investisiya mühiti region üçün nümunəvi modeldir.
Dövlət başçısı cənab İlham Əliyevin aprelin 6-da Gürcüstana dövlət səfəri iki ölkənin münasibətlərinin dünəninin, bu gününün fonunda gələcəyi barədə aydın təsəvvür yaratdı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tbilisidə Qəhrəmanlar Memorialını, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ümummilli Liderin abidəsini ziyarət etdilər. Prezident İlham Əliyevin səfər çərçivəsində Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşündə Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı qeyd edilərək, əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, yaşıl enerji, nəqliyyat, sərmayələr və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi.
Prezident İlham Əliyevin, eyni zamanda, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək və geniş tərkibdə görüşü oldu, mətbuata bəyanatla çıxış etdilər. Səfərin iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcəyinə əminliyini ifadə edən Prezident İlham Əliyev bildirdi ki, bu gün müzakirə etdiyimiz məsələlər bir daha onu göstərir ki, Azərbaycan və Gürcüstan hər zaman olduğu kimi, bir yerdədir. Tarixi əlaqələrimiz dövlətlərarası əlaqələr üçün möhkəm zəmindir. Gürcü və Azərbaycan xalqlarının əsrlər boyu dostluq, qardaşlıq şəraitində yaşadıqlarını və bu gün bu ənənələrin davam etdirildiyini vurğulayan dövlətimizin başçısı qeyd etdi ki, bu gün iki müstəqil dövlət kimi Azərbaycan və Gürcüstan inamla inkişaf edir. Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da inamla inkişaf edəcək.
Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir."Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Azərbaycanla Gürcüstan arasında enerji sektorunda nümunəvi əməkdaşlıq münasibətləri formalaşıb. Hər iki ölkə bu sahədə fəaliyyətlərini daim uzlaşdırırlar. Eyni zamanda, son illərdə Azərbaycanın, Türkiyənin və Gürcüstanın iştirakı ilə səmərəli regional əməkdaşlıq platforması yaranıb. Üç ölkənin birgə fəaliyyəti sayəsində regionun inkişafına güclü təkan verən Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji kəmərləri, həmçinin nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib. Cənub Qaz Dəhlizinin reallaşdırılmasında da üç ölkənin qarşılıqlı səyləri mühüm rol oynayır.
Azərbaycan-Gürcüstan arasında münasibətlərə nəzər salarkən humanitar və mədəni sahələrdə də əməkdaşlığı xüsusilə vurğulamaq lazımdır. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın aprelin 6-da Gürcüstan Milli Muzeyini ziyarət etməsi və onun fəaliyyəti ilə yaxından tanış olması mədəni-humanitar sahədə əməkdaşlığımızın göstəricisidir. Mehriban xanım Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə də tanış olub. Əsas məqsədi mədəniyyətimizi və xalqımızın mədəni irsini Gürcüstanda qoruyub saxlamaq və təbliğ etmək olan muzeydə bu ölkədə fəaliyyət göstərən müxtəlif muzeylərin fondlarından Azərbaycanın mədəni irsinə aid əşyalar tədqiq edilir, onların sərgiləri keçirilir.
Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək. Azərbaycan–Gürcüstan münasibətləri qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulmuş uğurlu tərəfdaşlıq modelidir. Əminliklə demək olar ki, mövcud siyasi iradə və strateji baxış bu əlaqələrin gələcəkdə də yüksələn xətt üzrə inkişafını təmin edəcək.
Fəxrəddin Vəliyev,
YAP Şəmkir rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28

