Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni mərhələyə başlayır
12.03.2026 [14:46]
“Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta arasında keçirilən görüş Azərbaycan-Avropa İttifaqı münasibətlərinin yeni mərhələyə daxil olduğunu göstərən mühüm diplomatik hadisədir. Bu görüş təkcə ikitərəfli əlaqələrin inkişafı deyil, həm də Cənubi Qafqazın geosiyasi arxitekturası, enerji təhlükəsizliyi, nəqliyyat marşrutları və Avropa ilə Asiya arasında strateji əlaqələr baxımından geniş nəticələr doğuran proses kimi qiymətləndirilir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, bu səfər regional və qlobal geosiyasi proseslərin kəsişdiyi mürəkkəb bir dövrə təsadüf edir: “Məlumdur ki, hazırda İran ilə ABŞ-İsrail arasında müharibə gedir və bu, Yaxın Şərqdə gərginliyi getdikcə artırır. Hətta ehtimallar var ki, region ölkələri də bu müharibəyə qoşulsun, eyni zamanda tərəflərə məxsus proksilərin də baş qaldırması proqnozlaşdırılır. Bu da öz növbəsində münaqişənin regional kontektsdən çıxaraq, qlobal xarakterli problemə çevrilə biləcəyindən xəbər verir. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsinin də davam etməsi regional və qlobal gərginlik sərhədlərini daha da genişləndirir. Qeyd olunan proseslər çərçivəsində isə Avropanın enerji təhlükəsizliyi və regional siyasət problemləri özünü qabarıq şəkildə biruzə verməyə başlayır. Çünki Avropa İttifaqının dünyada baş verən proseslərlə bağlı vahid mövqeyi yoxdur və güc mərkəzi kimi regional maraqlarını təmin etməkdə çətinliklər çəkir. Xüsusilə də, Avropa İttifaqı bu gün Avrasiya geosiyasi məkanında sabit və dayanıqlı ticarət-enerji dəhlizi olan Cənubi Qafqazda yeni geosiyasi balansın formalaşması prosesindən də kənarda qalır. Məhz, bütün bu səbəblər Antonio Koştanın Azərbaycana səfərini təkcə diplomatik xarakterli etmir, həm də strateji və təhlükəsizlik baxımından böyük əhəmiyyətini üzə çıxarmış olur”.
“Yaxın Şərqdəki müharibə, Hörmüz boğazı ətrafındakı risklər, Rusiya-Ukrayna müharibəsi Avropanı alternativ enerji mənbələri axtarmağa və əlaqələri dərinləşdirməyə daha da məcbur edir” deyən Ramil Vəlibəyov əlavə edib ki, hazırda Avropa İttifaqı üçün Azərbaycanın əsas əhəmiyyəti enerji sahəsindədir: “Məlum səbəblərdən Aİ Rusiyadan və digər regionlardan enerji asılılığını azaltmaq strategiyası həyata keçirir ki, bu kontekstdə Azərbaycanı etibarlı alternativ enerji tərəfdaşı kimi görür. Təsadüfi deyil ki, Avropa liderləri Azərbaycanın enerji resurslarının təchizat mənbələrinin diversifikasiyası üçün həlledici rol oynadığını vurğulayır və Cənub Qaz Dəhlizi vasitəsilə Xəzər hövzəsi qazının Avropaya nəqlinin strateji əhəmiyyətini qəbul edirlər. Bu mənada, Azərbaycan Avropa üçün artıq yalnız regional tərəfdaş deyil, Avropa enerji təhlükəsizliyinin strateji elementi kimi qəbul olunur”.
Ramil Vəlibəyov vurğulayıb ki, Antonio Koştanın Bakıya səfəri, həmçinin Cənubi Qafqazın geosiyasi çəkisinin artdığını da göstərir: “Avropa İttifaqı son illər ərzində itirdiyi mövqeləri geri qaytarmağa çalışır. Bu mənada, Aİ regionda Rusiya təsirinin balanslaşdırılmasına, İranın regional təzyiq imkanlarının məhdudlaşdırılmasına, “Qlobal Qapı” təşəbbüsü və Orta Dəhliz vasitəsilə Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında nəqliyyat, ticarət, enerji, investisiya və rəqəmsallaşma sahələrində əlaqələrin gücləndirilməsinə çalışır. Məhz, bu kontekstdə Azərbaycanın Şərq-Qərb nəqliyyat marşrutunun əsas halqası olması, Türkiyə və Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu oynaması Aİ-nin Bakı ilə əməkdaşlığını yalnız enerji deyil, həm də geosiyasi və geoiqtisadi əlaqələr baxımından da strateji xarakterli edir. Bir sözlə, Antonio Koştanın Bakıya səfəri onu göstərir ki, Azərbaycan artıq Avropa üçün enerji təhlükəsizliyi tərəfdaşı, Avropa-Asiya logistika qovşağı və regional təhlükəsizlik aktoru kimi əsas funksiyaları yerinə yetirir. Bu da Azərbaycanın geosiyasi rolunun regional dövlətdən strateji tərəfdaş səviyyəsinə yüksəldiyini göstərir. Ona görə də, orta və uzunmüddətli perspektivdə Aİ-nin Cənubi Qafqaz siyasətini aktivləşdirəcəyi, bu xüsusda Aİ-Azərbaycan enerji əməkdaşlığının daha da genişlənəcəyi, Orta Dəhliz layihəsinin, həmçinin TRIPP-in icrası üzrə davam edən səylərlə bağlı Azərbaycanla əməkdaşlığı sürətləndirəcəyi, Azərbaycanın böyük investisiya zonasına çevriləcəyi, Azərbaycan-Aİ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksələcəyi proqnozlaşdırılır. Həmçinin, Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilən bu səfərin nəticəsi olaraq, enerji, logistika, təhlükəsizlik və texnologiya sahələrində əməkdaşlığın genişlənməsi ilə Azərbaycanın Avropa ilə əlaqələri daha da güclənəcək və ölkəni Avrasiya geoiqtisadi sistemində əsas strateji qovşaqlardan birinə çevirəcək”.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

