Milli yaddaşın rəmzi: Xocalı Soyqırımı Memorialı
03.03.2026 [14:20]
Azərbaycan xalqının XX əsrdə üzləşdiyi ən dəhşətli faciələrdən biri olan Xocalı Soyqırımı milli yaddaşımızda əbədi iz buraxmışdır. 1992-ci ilin fevralında dinc əhaliyə qarşı törədilmiş bu ağır cinayət yalnız azərbaycanlılara deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş vəhşilik aktı olmuşdur. Bu faciənin unudulmaması, qurbanların xatirəsinin əbədiləşdirilməsi və tarixi ədalətin bərpası Azərbaycan dövlətinin əsas prioritetlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır.
Məhz bu məqsədlə inşa edilən Xocalı Soyqırımı Memorial Kompleksi milli yaddaşın, tarixi həqiqətlərin və gələcək nəsillərə verilən mühüm mesajın rəmzinə çevrilmişdir. Memorial Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmiş və bu tarixi hadisə dövlətin Xocalı həqiqətlərinə verdiyi xüsusi əhəmiyyəti bir daha nümayiş etdirmişdir.
Dövlət başçısı açılış mərasimində çıxış edərək bu sözləri demişdir:
“İki il bundan əvvəl Xocalı Soyqırımı Memorial Kompleksinin təməli mənim iştirakımla qoyulmuşdur. Bu gün isə bu Memorial Kompleksin açılışına toplaşmışıq.”
Bu fikirlər təkcə bir tikilinin inşası ilə bağlı deyil, eyni zamanda Xocalı Soyqırımına dövlət səviyyəsində göstərilən siyasi iradənin, ardıcıl mövqenin və tarixi məsuliyyətin ifadəsidir.
Memorial Kompleksi Xocalı qurbanlarının xatirəsinə ehtiramın simvolu olmaqla yanaşı, faciənin miqyasını, onun mahiyyətini və nəticələrini əks etdirən canlı tarix dərsidir. Burada yaradılmış kompozisiyalar, memarlıq həlləri və rəmzi elementlər Xocalıda günahsız insanların necə amansızlıqla qətlə yetirildiyini, ailələrin dağıldığını və bir xalqın dərdinə çevrilmiş faciəni dərin emosional təsir gücü ilə çatdırır.
Xocalı Soyqırımı Memorialı həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış mühüm mesajdır. Bu kompleks, dünya ictimaiyyətini Xocalıda törədilmiş cinayətlərə biganə qalmamağa, insan hüquqlarının kobud şəkildə pozulmasına qarşı obyektiv mövqe sərgiləməyə çağırır. Azərbaycan dövləti bu memorial vasitəsilə bir daha bəyan edir ki, Xocalı faciəsi unudulmayacaq, saxtalaşdırılmayacaq və tarixdən silinməyəcəkdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması, soyqırımın hüquqi-siyasi qiymət alması və qurbanların xatirəsinin daim uca tutulmasına yönəlmişdir. Memorial Kompleksinin açılışı bu siyasətin bariz nümunəsi olmaqla yanaşı, milli birliyin, tarixi yaddaşın və dövlət-vətəndaş həmrəyliyinin təzahürüdür.
Bu gün Xocalı Soyqırımı Memorial Kompleksi təkcə bir anım məkanı deyil, eyni zamanda gələcək nəsillərə ünvanlanmış çağırışdır: tarixi unutma, həqiqəti qoru və ədalət uğrunda mübarizəni davam etdir. Bu memorial bir daha sübut edir ki, Azərbaycan xalqının yaddaşı güclüdür, ədalətə inamı sarsılmazdır və Xocalı şəhidlərinin xatirəsi əbədi yaşayacaqdır.
İsa Məmmədov
YAP Babək rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

