Avropa Parlamenti, həddini aşma – Türkə sataşma! Hülusi Kılıçın yazısı
04.05.2026 [21:21]
Avropa Parlamentinin Can Azərbaycan əleyhinə qəbul etdiyi qərarları qətiyyətlə qınayıram. Bu qərarlar yalnız bir ünvanı haqq edir – zibil qutusunu. Çünki söhbət açıq-aşkar Azərbaycanın daxili işlərinə müdaxilədən gedir. Avropa Parlamentinə belə bir səlahiyyəti heç kim verməyib və verə də bilməz. Qəbul edilən sənədlər əsassızdır, qərəzlidir və arxa planında erməni lobbisinin sifarişləri, əvvəlcədən ödənilmiş siyasi hesablar dayanır.
Azərbaycan Milli Məclisinin Avropa Parlamenti ilə əlaqələri dayandırmaq qərarı tam yerində, vaxtında və prinsipial addımdır. Bu qərar Azərbaycanın dünya qarşısındakı müstəqil və qürurlu mövqeyini açıq şəkildə nümayiş etdirir. Azərbaycan heç bir xarici qurumun idarə etdiyi, yönləndirdiyi ölkə deyil. Bu, güclü lideri olan, yüksək döyüş qabiliyyətli ordusu ilə seçilən və dövlətinin arxasında səfərbər olmuş vətəndaşları ilə bütöv bir millətin ölkəsidir.
Can Azərbaycan bu gün regionun aparıcı güclərindən biridir – bu reallığı hər kəs qəbul etməlidir. Azərbaycanı sevməyənlər və ona qarşı qərəzli mövqe tutanlar 44 günlük Vətən müharibəsində yazılmış qəhrəmanlıq salnaməsini diqqətlə oxusunlar. O zaman daha yaxşı anlayarlar ki, bu dövlət nəyə qadirdir.
Bu məqamda haqlı sual yaranır: Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsi ilə Azərbaycanın ərazi bütövlüyü təsdiqləndiyi halda, torpaqlarımız 30 il işğal altında qalarkən Avropa Parlamenti harada idi? Hansı qərarı qəbul etdi? Heç birini! Bu susqunluq Avropanın məşhur “ikili standart” siyasətinin açıq və danılmaz sübutudur.
Bu gün qəbul edilən qərarlar isə yalan üzərində qurulub, açıq-aşkar islamofob və türkofob yanaşmanın məhsuludur. Avropa Parlamenti eyni ritorikanı Türkiyəyə qarşı da davam etdirir, tez-tez “qondarma erməni soyqırımı” ilə bağlı qərarlar qəbul edir. Lakin bu sənədlərin nə hüquqi, nə də siyasi baxımdan heç bir çəkisi yoxdur. Onlar yalnız siyasi sifarişlərin kağız üzərində əksidir.
Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması ərəfəsində, eyni zamanda Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi fonunda bu cür qərarların qəbul edilməsi təsadüfi deyil. Bu, regionda sülh istəməyən qüvvələrin məqsədli və qərəzli addımlarıdır. Xalq arasında deyildiyi kimi, bu, “bişməkdə olan aşa su qatmaq” cəhdidir. Açıq görünür ki, sülh perspektivi erməni lobbisini ciddi narahat edir. Çünki bu proses onların illərlə qurduqları sistemin, gəlir mənbələrinin sıradan çıxması deməkdir.
Qərb ölkələrində dəbdəbəli həyat yaşayan, lakin Ermənistanda yaşamağa belə maraq göstərməyən erməni diasporunun bu fəaliyyəti ilk növbədə elə erməni xalqının özünə zərbə vurur. Nə qədər müqavimət göstərsələr də, proses dayanmayacaq – Azərbaycan-Ermənistan sülh sazişi imzalanacaq, Türkiyə-Ermənistan münasibətləri normallaşacaq. Bizim atalar sözümüz var: “Qorxunun əcələ faydası yoxdur.” Erməni lobbisi bunu gec-tez anlayacaq.
Nəticə aydındır: Avropa Parlamenti, həddini aşma! Sənin siyasi “sicilin” təmiz deyil və biz bunu yaxşı bilirik. Erməni lobbisi, erməni xalqına zərər verməkdən əl çək! Bu gün qazandığın gəlir sabah yox olacaq – başqa sahələrlə məşğul ol və saxta gündəmlərlə regionu zəhərləməyə çalışma.
Azərbaycanı və Türkiyəni hədəfə alan bu cür addımlar əslində əks effekt verir – iki qardaş ölkə arasındakı münasibətləri daha da möhkəmləndirir, Türk dünyasının birliyini daha da gücləndirir.
Nə mutlu türkəm deyənə!

Hulusi Kılıç,
Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı sabiq səfiri
İMZA İB Türkiyə nümayəndəsi
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin üzvü
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

