Xocalı Soyqırımı Memorialının açılışı qələbənin təntənəsidir
02.03.2026 [14:28]
26 Fevral - Xocalı soyqırımı yalnız Azərbaycan tarixinin qanlı səhifəsi deyil, bütöv bəşəriyyətin faciəsidir. Xocalı soyqırımı beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasının nümunəsidir. Mülki əhaliyə qarşı zorakılıq, qadın və uşaqların qətlə yetirilməsi beynəlxalq hüquq normalarına ziddir və bu cür cinayətlərə obyektiv hüquqi-siyasi qiymət verilməsi ədalətin bərpası baxımından vacibdir.
Soyqırımının ildönümünü günü Xocalı şəhərində Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan Xocalı Soyqırımı Memorialı Xocalı həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması üçün xüsusi əhəmiyyət daşıyır. Həmin gün Xocalıda Soyqırımı Memorial Kompleksinin açılışı isə ədalətin təntənəsidir. Bu Memorial təkcə 1992-ci ildə baş vermiş faciənin qurbanlarının xatirəsinin əbədiləşdirilməsi deyil, eyni zamanda ədalətin, həqiqətin və tarixi yaddaşın qorunmasına xidmət edən mənəvi bir abidədir.
Prezident İlham Əliyevin öz ailə üzvləri ilə birlikdə Xocalı soyqırımının ildönümünü məhz Xocalıda xocalılarla birlikdə keçirməsi “Qarabağ Azərbaycandır!” reallığının dünyaya növbəti təsdiqidir. Həmin gün Xocalıda Soyqırımı Memorial Kompleksinin açılışı isə ədalətin təntənəsidir. Soyqırımı Kompleksinin təməli dövlət başçımızın iştirakı ilə Xocalı sakinləri ilə birlikdə iki əvvəl qoyulmuşdu. Kompleksin layihəsi Heydər Əliyev Fondu tərəfindən çoxdan hazırlanmışdı. Hətta bu layihəni reallaşdırmaq üçün Bakıda yer də seçilmişdi. Lakin dövlətimizin başçısının bu kompleksin məhz Xocalıda tikilməsini planlaşdırması böyük siyasi əhəmiyyət kəsb edirdi.
Eyni zamanda dünya ictimaiyyəti Memorial Kompleksin timsalında Azərbaycan xalqının əyilməz ruhunu gördü və kompleksin açılışında Xocalı sakinlərinin də iştirakı tarixi Qələbəmizin növbəti töhfəsidir. Öz yaxınlarını, doğmalarını, yurd-yuvasını itirən, ata-baba diyarından didərgin salınan insanlarda gör nə qədər iradə olmalı idi ki, bütün bunlara dözə bilsin və dözdülər də. Çünki onları saxlayan dövlətimizə, onun liderinə, ordumuza, ədalətə olan inam idi. Bu inamın nəticəsini Azərbaycanın ərazi bütövlüyünün bərpasında, işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağının əzəmətlə dalğalanmasında görürük.
Xocalı soyqırımı XX əsrin ən qanlı cinayətlərindən biri idi və xalqımız buna məruz qalmışdı. Bu faciəni dünya ictimaiyyətinə çatdırmaq üçün həm Azərbaycan dövləti, həm ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları, demək olar ki, bir çox qurumlar fəal çalışıblar.
Prezident İlham Əliyev iki il əvvəl təməli qoyulan kompleksin məhz Xocalıda inşa olunmasını xüsusi vurğulayaraq bildirdi ki, layihə əvvəllər Bakıda reallaşdırıla bilərdi, lakin onun daxili inamı bu memorialın məhz azad edilmiş Xocalıda ucaldılacağını deyirdi. Bu məqam siyasi baxımdan belə şərh oluna bilər ki, ədalət yalnız ərazi üzərində suverenlik təmin olunduqdan sonra tam bərpa olunur.
Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən azərbaycanlılara, insanlığa, bəşəriyyətə qarşı törədilmiş qanlı cinayətdir. Dünyada nadir halda ölkələr tapılar ki, müharibədə tam və mütləq qələbə qazansın, hər qarış torpağını azad edərək öz ərazi bütövlüyünü və suverenliyini bərpa etsin, həmçinin müharibə cinayətkarlarını məhkəmə qarşısına gətirsin. Bunu biz etdik – Azərbaycan dövləti”.
Bu gün Azərbaycan güclü, müstəqil və özünü müdafiə etməyə qadir dövlətdir. Xocalı kimi faciələrin bir daha təkrarlanmaması üçün xalqın birliyi, dövlətin gücü və ordunun qüdrəti əsas təminatdır. Azərbaycan məhz bu birlik və iradə sayəsində bu gün sülh və təhlükəsizlik şəraitində yaşayır.
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17

