Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Yaponiya vətəndaşlarını İsraildən təxliyə etməyi planlaşdırır

Yaponiya vətəndaşlarını İsraildən təxliyə etməyi planlaşdırır

02.03.2026 [11:50]

Yaponiya hökuməti İsraildən vətəndaşlarını quru yolu ilə təxliyə etməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Məlumata görə, Nazirlər Kabineti belə bir planın həyata keçirilməsini nəzərdən keçirir. Bu addım təxliyə olunmaq istədiyini bildirən şəxslərə şamil ediləcək.

Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqinin daha əvvəl bildirdiyinə görə, İranda təxminən 200, regionun digər ölkələrində isə ümumilikdə 7700-ə yaxın Yaponiya vətəndaşı var. Bundan əvvəl Yaponiyanın enerji şirkəti və ölkənin ən böyük mayeləşdirilmiş təbii qaz idxalçısı olan JERA-nın regiondakı əməkdaşlarını və onların ailə üzvlərini təxliyə etməyə başladığı bildirilmişdi.

Paylaş:
Baxılıb: 323 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30