Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ərazi partiya təşkatında hesabat yığıncağı keçirilib

Ərazi partiya təşkatında hesabat yığıncağı keçirilib

21.02.2026 [13:17]

Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının “9 saylı AAY” MMC ərazi partiya təşkilatında hesabat yığıncağı keçirilib.

Yığıncaqda YAP Tərtər rayon təşkilatının məsləhətçisi Əli Paşayev, ərazi partiya təşkilatının sədri Nahid Qurbanov və ərazi partiya təşkilatının üzvləri iştirak edib.

Gündəlikdə duran məsələ 2025-ci ildə görülmüş işlərlə bağlı ərazi partiya təşkilatının sədrinin hesabat məruzəsinin dinlənilməsi və 2026-cı il tədbirlər planının təsdiq edilməsi olub.

Yığıncaq Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olan bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək başlanıldı.

Ərazi partiya təşkilatının sədri Nahid Qurbanov hesabat məruzəsi ilə çıxış edərək, ərazi partiya təşkilatının hesabat dövrü ərzində gördüyü işlər, keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişdir. Ərazi partiya təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Hesabat yığıncağında çıxış edən YAP Tərtər rayon təşkilatının məsləhətçisi Əli Paşayev çıxışında qeyd etdi ki, zamanın sınaqlarından uğurla çıxan Yeni Azərbaycan Partiyası ölkəmizdə Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan ən güclü siyasi təşkilatdır. Vurğuladı ki, ki, Ulu Öndər Heydər Əliyevin "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" tezisi bütün dövrlər üçün öz aktuallığını qorumaqla yanaşı, partiyanın gələcək inkişaf yoluna işıq salır. Gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir.

Sonda çıxış edən ərazi partiya təşkilatının üzvləri qarşıdakı dövrdə də Yeni Azərbaycan Partiyasının ideya və prinsiplərinə sadiq qalaraq fəaliyyətini daha da genişləndirəcək, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin apardığı uğurlu siyasətin dəstəklənməsinə öz töhfəsini verəcəklərini bildirdilər.

Paylaş:
Baxılıb: 59 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

MEDİA

Müsahibə

Bizim müsahib

20 Fevral 09:16

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28