Aqrar islahatların bəhrəsi...
20.02.2026 [09:53]
İxrac göstəricilərində yeni artım mərhələsi
Son illər ölkəmizin aqrar sektorda qazandığı uğurlarla regionların sosial-iqtisadi həyatında yeni dinamika yaradıb. Günbəgün artan meyvə və tərəvəz istehsalı həm də qeyri-neft sektorunun əsas ixrac sahələrindən birinə çevrilməkdədir. Aqrar sahədə həyata keçirilən islahatlar, subsidiyalar və fermerlərə göstərilən texniki dəstək məhsuldarlığın artmasına səbəb olub. Müasir suvarma sistemləri, logistik mərkəzlərin yaradılması və soyuducu anbarların tikintisi məhsul itkisini minimuma endirib.
Eyni zamanda, regionlarda yaradılan aqroparklar yeni iş yerlərinin açılmasına, kənd əhalisinin gəlirlərinin artmasına şərait yaradır. Bu isə öz növbəsində miqrasiyanın azalmasına, kəndlərin sosial həyatının canlanmasına səbəb olur.
Aqrar ixracda artım davam edir
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin açıqladığı son statistik göstəricilər də aqrar sahədə müşahidə olunan müsbət dinamikanı təsdiqləyir.Komitədən verilən məlumata görə, 2026-cı ilin yanvar ayında ölkədən 60 min 692,3 ton meyvə və tərəvəz ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz çoxdur. İxrac edilən meyvə və tərəvəzin dəyəri 31,7 faiz artaraq 79 milyon 688,9 min dollar olub.
Müqayisə üçün xatırladaq ki, 2025-ci ilin yanvar ayında isə Azərbaycandan 60 milyon 487,7 min dollar dəyərində yəni, 58 min 72,5 ton meyvə və tərəvəz ixrac edilib.
Çay ixracı 18 faizdən çox artıb
2026-cı ilin yanvar ayında 61,23 ton çay ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz çoxdur. İxrac edilən çayın dəyəri 20,9 faiz artaraq 570 min dollar olub. Qeyd edək ki, 2025-ci ilin yanvar ayında isə Azərbaycandan 471,3 min dollar dəyərində yəni, 51,64 ton çay ixrac edilib.
Aqrar inkişaf regionların dirçəlişinə xidmət edir
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən iqtisadçı Fuad İbrahimovun sözlərinə görə, aqrar sahədə əldə olunan nailiyyətlər təkcə ixrac göstəricilərində deyil, regionların sosial rifahında da özünü göstərir: “Aqroparkların fəaliyyəti kənd yerlərində məşğulluğun artmasına, kiçik və orta fermer təsərrüfatlarının bazara çıxış imkanlarının genişlənməsinə şərait yaradır.Dövlət tərəfindən tətbiq edilən subsidiya mexanizmləri, güzəştli kreditlər və texniki təminat proqramları fermerlərin istehsal xərclərini azaldır, məhsuldarlığı isə artırır. Rəqəmsal kənd təsərrüfatı alətlərinin tətbiqi, torpaq və su resurslarından səmərəli istifadə imkanları da sahənin dayanıqlı inkişafına töhfə verir.
Bütün bunlar göstərir ki, aqrar sektor ölkə iqtisadiyyatının şaxələndirilməsi prosesində mühüm rol oynayır. Meyvə, tərəvəz və çay ixracında müşahidə olunan artım isə bu sahədə həyata keçirilən ardıcıl siyasətin real nəticəsidir. Mövcud dinamikanın qorunub saxlanılması və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi yaxın illərdə aqrar ixracın daha da artacağına əsas verir. Qarşıdakı dövrdə yeni bazarlara çıxış, ekoloji təmiz və sertifikatlı məhsul istehsalının genişləndirilməsi Azərbaycanın aqrar xəritədə mövqeyini daha da möhkəmləndirə bilər”.
Qlobal çağırışlara qarşı güclü iqtisadi model
İqtisadçı qeyd edib ki, Azərbaycanda zamanında qeyri-neft sektorunun inkişafının diqqət mərkəzində saxlanılması və bu sahədə nəzərəçarpacaq uğurların qazanılması indiki qlobal çətinliklər şəraitində ölkənin inkişafa istiqamətlənməsini şərtləndirən əsas amillərdən biri qismində çıxış edir: “Məhz neftdənkənar iqtisadiyyatın inkişafının nəticəsidir ki, ölkə iqtisadiyyatının mənfi qlobal təsirlərə müqavimət gücü artır. Yeni şəraitdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında başlanan islahatlar yaxın perspektivdə ölkə iqtisadiyyatının neft amilindən asılılığını tamam aradan qaldırmağa hesablanıb. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, aparılan islahatlar konseptual xarakter daşımaqla konkret hədəflərə istiqamətlənib.
Yeni dövrün tələbinə uyğun olaraq hazırda ölkəmizdə ixracın təşviqi sistemi işə salınıb. Ölkə başçısının qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı verdiyi qərarlara əsasən, Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində vacib tədbirlər həyata keçirilir. Ötən illər ərzində həyata keçirilən iqtisadi islahatlara paralel olaraq makroiqtisadi sabitlik qorunub saxlanılıb, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib. Eyni zamanda özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılıb”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50
Dünya
20 Fevral 11:49
Sosial
20 Fevral 11:37
Siyasət
20 Fevral 11:28
Gündəm
20 Fevral 11:27
Hadisə
20 Fevral 11:19
Siyasət
20 Fevral 11:01
Gündəm
20 Fevral 10:56
Gündəm
20 Fevral 10:40
Sosial
20 Fevral 10:38
İqtisadiyyat
20 Fevral 10:36
İqtisadiyyat
20 Fevral 10:36
Gündəm
20 Fevral 10:30
İqtisadiyyat
20 Fevral 10:17
MEDİA
20 Fevral 09:53
İqtisadiyyat
20 Fevral 09:35
YAP xəbərləri
20 Fevral 09:32
YAP xəbərləri
20 Fevral 09:25
Müsahibə
20 Fevral 09:16
Analitik
20 Fevral 08:51
Sosial
20 Fevral 08:29
Gündəm
20 Fevral 08:19
Gündəm
20 Fevral 00:14
YAP xəbərləri
19 Fevral 23:21
İqtisadiyyat
19 Fevral 23:12
Xəbər lenti
19 Fevral 22:50

