Bakıdan Balkanlara uzanan əməkdaşlıq körpüsü: Diplomatiyamızın növbəti zəfəri
18.02.2026 [11:57]
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
Birmənalı şəkildə qeyd etməliyik ki, Prezident İlham Əliyevin Serbiyaya səfəri Azərbaycanın son illərdə yürütdüyü çoxşaxəli və praqmatik xarici siyasətin növbəti uğurlu diplomatik nəticəsi kimi dəyərləndirilməlidir.
Bu səfər təkcə ikitərəfli münasibətlərin inkişafı deyil, eyni zamanda, Azərbaycanın Avropa siyasi və enerji arxitekturasında mövqeyinin daha da möhkəmləndirilməsi baxımından mühüm hadisədir.
Eyni zamanda, Prezident İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın inkişafında mühüm mərhələdir.
Səfər çərçivəsində keçirilən görüşlər, Strateji Tərəfdaşlıq Şurasının ilk iclası, eləcə də mətbuata verilən bəyanatlar Azərbaycan-Serbiya münasibətlərinin müxtəlif istiqamətlər üzrə ardıcıl şəkildə genişləndirildiyini bir daha nümayiş etdirdi.
Serbiya kimi regional təsir imkanlarına malik bir dövlətlə strateji tərəfdaşlığın dərinləşdirilməsi Azərbaycanın Avropa ilə münasibətlərində etibarlı və balanslı aktor obrazını gücləndirir.
Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiç ilə apardığı danışıqlar qarşılıqlı siyasi etimadın artıq taktiki deyil, strateji səviyyəyə keçdiyini nümayiş etdirir.
Səfərin əsas uğur komponentlərindən biri enerji sahəsində əldə olunan razılaşmalar və verilən siyasi mesajlardır. Azərbaycan bu gün təkcə enerji ixracatçısı deyil, Avropanın enerji təhlükəsizliyində söz sahibi olan ölkədir.
Eyni zamanda, Serbiya ilə qaz təchizatı və enerji əməkdaşlığı üzrə müzakirələr Bakının Avropa üçün alternativsiz tərəfdaş statusunu bir daha təsdiqlədi.
Bu, eyni zamanda, Azərbaycanın geosiyasi çəkisinin iqtisadi alətlər vasitəsilə necə səmərəli şəkildə artırıldığının real nümunəsidir. Digər mühüm məqam Serbiya tərəfinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə nümayiş etdirdiyi açıq siyasi dəstəkdir.
Bu yanaşma Prezident İlham Əliyevin prinsipial və nəticəyönlü diplomatiyasının məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Rəsmi Bakı beynəlxalq münasibətlərdə emosiyalara deyil, maraqlara və qarşılıqlı faydaya əsaslanan xətt yürütməyin nə qədər effektiv olduğunu bir daha sübut edir.
İqtisadi və investisiya sahəsində perspektivlər də səfərin uğur göstəricilərindəndir. İnfrastruktur, nəqliyyat və kənd təsərrüfatı istiqamətlərində müzakirə olunan layihələr Azərbaycan kapitalının Balkan ölkələri bazarında möhkəmlənməsi üçün yeni imkanlar açır.
Bu isə siyasi dialoqun real iqtisadi nəticələrlə tamamlandığını göstərir. Nəticə etibarilə, Prezident İlham Əliyevin Serbiyaya səfəri Azərbaycanın regional və qlobal miqyasda öz maraqlarını dəqiq hesablayan, sözünü əməli addımlarla möhkəmləndirən güclü dövlət olduğunu bir daha ortaya qoydu.
Səfər çərçivəsində nəqliyyat-logistika sahəsində əməkdaşlıq, regional bağlantıların inkişafı və beynəlxalq layihələrdə birgə iştirak məsələləri də müzakirə edildi.
Ümumilikdə, Prezident İlham Əliyevin səfəri Azərbaycan Serbiya əlaqələrinin möhkəmləndirilməsi, strateji tərəfdaşlığın yeni mərhələyə keçidi. Qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyətli nəticələrlə yadda qaldı.
Bu səfər həm siyasi, həm iqtisadi, həm də geostrateji baxımdan Azərbaycanın aktiv diplomatiyasının növbəti uğur səhifəsi kimi tarixə düşür. Bir sözlə, Azərbaycanın paytaxtı Bakıdan Balkanlara növbəti əməkdaşlıq körpüsü uzanmaqdadır.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

