Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan çempionatı: Üç şahmatçı yarımfinala yüksəlib

Azərbaycan çempionatı: Üç şahmatçı yarımfinala yüksəlib

16.02.2026 [08:34]

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ikinci partiyaları keçirilib.

Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışın reytinq favoriti Şəhriyar Məmmədyarov cavab görüşündə Əhməd Əhmədzadə ilə heç-heçə oynayıb. İki partiyanın yekun nəticəsinə əsasən, 1,5:0,5 hesabı ilə qalib gələn Ş.Məmmədyarov yarımfinala vəsiqə qazanıb.

Qadınların yarışında Ülviyyə Fətəliyeva hər iki partiyada qalib gəldiyi Səbinə İbrahimovanı turnirdən kənarlaşdırıb. 2:0 hesablı qələbə sayəsində Ülviyyə Fətəliyeva yarımfinalda mübarizə aparmaq imkanı əldə edib. Azərbaycan çempionatının ötənilki qalibi Günay Məmmədzadə hər iki partiyada Ayan Allahverdiyevaya məğlub olaraq yarışı tərk edib.

Read Səmədov-Rauf Məmmədov, Eltac Səfərli-Məhəmməd Muradlı, Nicat Abasov-Aydın Süleymanlı görüşlərində qalib müəyyənləşməyib. Nərmin Abdinova-Türkan Məmmədyarova və Gülnar Məmmədova-Xanım Balacayeva duellərində də heç-heçə qeydə alınıb. Bu cütlüklərdə növbəti mərhələyə vəsiqənin taleyi sabah keçiriləcək tay-brekdə məlum olacaq.

Beləliklə, hazırda 3 şahmatçı – Şəhriyar Məmmədyarov, Ülviyyə Fətəliyeva və Ayan Allahverdiyeva adını ölkə çempionatının yarımfinalına yazdırıb.

Paylaş:
Baxılıb: 149 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28