Regional təhlükəsizliyə və sülhə töhfə verən siyasət
13.02.2026 [21:25]
Bu gün Azərbaycan yürütdüyü məqsədyönlü və praqmatik xarici siyasəti ilə beynəlxalq aləmdə nüfuzunu artırmaqla yanaşı, etibarlı tərəfdaş imicini də getdikcə möhkəmləndirir, bölgədə və dünya arenasında mühüm aktorlardan birinə çevrilir. Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasətin prioritetini dünyanın bütün ölkələri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaq və inkişaf etdirmək təşkil edir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və müasir mərhələdə uğurla reallaşan Azərbaycan – Amerika Birləşmiş Ştatları qarşılıqlı münasibətləri xarici siyasət strategiyasının prioritet istiqamətlərindən biridir.1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə ABŞ-la rəsmi şəkildə diplomatik əlaqələr qurulmuş və 1992-ci ildə hər iki ölkənin səfirlikləri açılmışdır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra isə balans siyasəti çərçivəsində Azərbaycan ABŞ ilə strateji əməkdaşlıq qurmağa nail olmuşdur.
Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən sonra daha da inkişaf edən Azərbaycan-Amerika arasındakı iki tərəfli münasibətlər son vaxtlar pik həddə çatmışdır. Bir neçə gün öncə Vaşinqtonda keçirilən tarixi görüşdə Azərbaycan və Ermənistanın sülh sazişini paraflaması, həmçinin, ABŞ prezidenti Donald Trampın iştirakı ilə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı Birgə Bəyannamə və eyni zamanda, ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə səfəri son dövrdə Azərbaycana həyata keçirilən ən yüksəksəviyyəli səfərlərdən biri olmaqla, iki dövlət arasında mövcud siyasi dialoqun, qarşılıqlı hörmət və etimad mühiti bunun əyani sübutudur.
Bu səfər ABŞ tərəfinin Azərbaycana və regionda həyata keçirilən siyasətə verdiyi əhəmiyyəti açıq şəkildə nümayiş etdirir. Səfər çərçivəsində aparılan yüksəksəviyyəli görüşlər ABŞ–Azərbaycan münasibətlərinin artıq strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini bir daha təsdiqləyir. Görüşlər zamanı ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri diqqət mərkəzində olub. Eyni zamanda, Cənubi Qafqaz regionunda dayanıqlı sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasının vacibliyi vurğulanıb, regionda uzunmüddətli əməkdaşlıq və inkişaf üçün əlverişli şəraitin yaradılmasına dair ortaq mövqe ifadə edilib.
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkə kimi ABŞ tərəfindən də strateji tərəfdaş qismində qiymətləndirilir. Bu kontekstdə enerji layihələrinin davamlılığı, yaşıl enerji sahəsində əməkdaşlıq və regional enerji sabitliyi məsələlərinin müzakirəsi ikitərəfli münasibətlərin daha da dərinləşməsinə xidmət edə bilər.
Bununla yanaşı, səfər çərçivəsində süni intellekt və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq perspektivlərinin də müzakirəsi gözləniləndir. Bu, texnologiya sahəsində birgə layihələr, informasiya təhlükəsizliyi və innovasiya mübadiləsinin gücləndirilməsi istiqamətində əlavə əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasına şərait yarada bilər, beləliklə iqtisadi əlaqələrin yalnız ənənəvi sahələrdən çıxaraq rəqəmsal iqtisadiyyat üzrə də genişlənməsinə imkan yaradır.
Bu gün ABŞ–Azərbaycan–Cənubi Qafqaz münasibətlərində faktiki olaraq tamamilə yeni bir mərhələnin başlandığını demək olar. Bu gün Azərbaycan özünün uzaqgörən və prinsipial siyasəti nəticəsində qlobal və regional proseslərdə etibarlı tərəfdaş, dialoqa açıq və sabitləşdirici aktor kimi qəbul olunur. Bu amil isə ABŞ-Azərbaycan münasibətlərinin gələcəkdə daha da dərinləşməsi və inkişaf etməsi baxımından möhkəm zəmin yaradır.
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Siyasət
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18

