Ukraynada prezident seşkiləri keçiriləcək?
12.02.2026 [10:18]
ABŞ tələb edir, Rusiya şərt qoyur...
Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh prosesi beynəlxalq müstəvidə əsas müzakirələrdən biridir. Cari ildə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətləri münaqişənin sülh yolu ilə həlli üçün iki dəfə görüş keçiriblər. Əbu-Dabidə baş tutan danışıqların birincisi 23-24 yanvarda, ikincisi isə 4-5 fevralda keçirilib. İkinci görüşün konstruktiv keçirildiyi bəyan olunsa da, faktiki olaraq nəticə əldə edilməyib. Növbəti görüş barədə konkret razılığın əldə olunmaması da bunu təsdiqləyir. Danışıqlarda iştirak edən ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff “X” sosial şəbəkəsində yazıb ki, məsləhətləşmələr zamanı döyüş əməliyyatlarının dayandırılması yollarını və atəşkəsə nəzarət mexanizmini müzakirə ediblər: “Nümayəndə heyətləri iki gün ərzində açıq qalan məsələlər, o cümlədən atəşkəsin həyata keçirilməsi yolları və döyüş əməliyyatlarının dayandırılmasının monitorinqi ilə bağlı geniş müzakirələr aparıblar”.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Əbu-Dabidə üçtərəfli danışıqları “konstruktiv və mürəkkəb iş” kimi səciyyələndirib: “İki gün ərzində konstruktiv və eyni zamanda, çox mürəkkəb iş aparılıb. Bu iş davam etdiriləcək”.
“İstənilən razılaşma referenduma çıxarılacaq”
Ukrayna lideri Volodimir Zelenski hesab edir ki, yaxın gələcəkdə Kiyev, Moskva və Vaşinqton arasında danışıqlar ABŞ-da davam etdirilə bilər. “Yaxın gələcəkdə, ehtimal ki, ABŞ-da əlavə görüşlər planlaşdırılır”, - deyən Zelenskinin sözlərinə görə, Kiyev Rusiya-Ukrayna müharibəsinə effektiv şəkildə son qoya və etibarlı və davamlı sülhün bərqərar olmasına gətirib çıxara biləcək istənilən danışıqlar formatına hazırdır. O, deyib ki, bu müharibənin Rusiyanın təcavüzünü davam etdirməsi üçün heç bir stimul qoymayacaq şəkildə başa çatması vacibdir.
Bundan əlavə, “Reuters” agentliyinin öz mənbələrinə istinadən yaydığı məlumata görə, Vaşinqton və Kiyev may ayında Ukraynada ümumi seçkilərin keçirilməsi, eləcə də münaqişənin həlli üçün potensial razılaşmalar üzrə referendum imkanlarını müzakirə edirlər. Nəşrdə qeyd edildiyi kimi, rəsmilər tərəfindən müzakirə edilən plana əsasən, istənilən razılaşma referenduma çıxarılacaq. Eyni zamanda, Ukraynada ümumi seçkilərin keçirilməsi gözlənilir. Agentliyin məlumatına görə, Əbu-Dabidə danışıqlar zamanı ABŞ prezidentinin elçisi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner Ukrayna tərəfinə bildiriblər ki, “ən yaxşısı seçkilərin tezliklə keçirilməsidir”.
“The Financial Times” nəşri də ABŞ-ın bu möqeyi barədə yazıb. Nəşrin məlumatına görə, ABŞ-da hesab edirlər ki, Ukrayna mayın 15-dək prezident seçkilərini və Rusiya ilə sülh razılaşmaları üzrə referendum keçirməlidir. Bildirilib ki, ölkə üçün təhlükəsizlik zəmanətlərinin verilməsi bundan asılıdır. Nəşr planlaşdırmada iştirak edən ukraynalı və avropalı məmurlara, həmçinin digər şəxslərə istinadən qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin dördüncü ildönümündə, fevralın 24-də prezident seçkiləri və referendum keçirilməsinə dair planını elan etmək niyyətindədir.
Məlumdur ki, ABŞ sülh prosesində Ukraynanın müəyyən güzəştlərə getməsinə çalışır. Kiyev bu güzəştlərə getmədikdə, Vaşinqton Ukraynada prezident seçkilərinin keçirilməsini gündəmə gətirib. Hətta Prezident Donald Tramp da ötən il bu barədə bir neçə dəfə danışıb və Zelenskini tənqid etmişdi. Onun sözlərinə görə, Ukrayna rəsmiləri yeni seçkilərin keçirilməsindən yayınmaq üçün müharibə məsələsindən istifadə edirlər. Bu təzyiqlər qarşısında Ukrayna Ali Radası ötən ilin dekabrında hərbi vəziyyət şəraitində mümkün prezident seçkilərinin hazırlanması üçün işçi qrupu yaradıb. Qrupun işində parlamentin bütün fraksiya və deputat qrupları, Mərkəzi Seçki Komissiyasının, həmçinin seçki məsələləri ilə məşğul olan ictimai təşkilatların nümayəndələri iştirak edir.
Kiyev təhlükəsizlik zəmanəti istəyir
Nəzərə alaq ki, Ukrayna qanunvericiliyinə əsasən müharibə şəraitində seçkilərin keçirilməsi təxirə salınır. Lakin bu təzyiqlər qarşısında rəsmi Kiyev seçkilərin keçirilməsi üçün tədbirlər görməyə hazırlaşır. Ukrayna Prezidenti Zelenski hələ bir ay öncə prezident seçkilərini keçirməyə hazır olduğunu bəyan edib. Zelenski müharibənin onun “kreslodan yapışması” səbəbindən uzandığını iddia edənləri “tamamilə qeyri-adekvat” adlandırıb. Bununla belə, o, hesab edir ki, seçkilərin təhlükəsizliyinin təmin olunması və hərbi vəziyyət şəraitində seçki keçirilməsini qadağan edən qanunvericiliyin dəyişdirilməsi tələb olunur: “Seçkilər iki amildən asılıdır: təhlükəsizlik və qanunvericilik. Təhlükəsizlik - səsvermənin mümkün olması üçün əsas şərtdir. Məhz buna görə seçkilər müvəqqəti işğal olunmuş ərazilərdə keçirilə bilməz”. Onun sözlərinə görə, Ukrayna beynəlxalq müşahidəçilər və xaricdə səsvermə ilə ədalətli və şəffaf seçkilər keçirə bilər. “Xaricdə çox sayda ukraynalının olması səbəbindən proses daha mürəkkəb olacaq, lakin XİN artıq bu məsələnin həlli üzərində işləyir. Bütün vətəndaşların, xüsusilə də cəbhədəki hərbçilərin səs vermək imkanına malik olması vacibdir. Bu, dövlətin təmin etməli olduğu əsas hüquqdur. Seçkilərin təhlükəsizliyi məsələsi beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ ilə müzakirə olunur. Mümkün variantlardan biri - ən azı, seçki dövründə atəşkəs və ya müharibənin bitməsidir”, - deyə Zelenski əlavə edib.
Rusiyanın şərti...
Qeyd edək ki, rəsmi Moskva Volodimir Zelenskini qeyri-legitim prezident hesab edir. Buna səbəb kimi, onun dövlət başçısı seçildiyi müddətin başa çatması göstərilir. Rusiya Prezidenti Putin ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında ölkəsində yaşayan Ukrayna vətəndaşlarının da seçkidə iştirak hüququndan bəhs etmişdi. O, Ukraynada mümkün prezident seçkilərinin təhlükəsizliyini təmin etmək barədə düşünməyə hazır olduğunu deyib. Putinin sözlərinə görə, Rusiya seçkilər zamanı təhlükəsizliyi təmin etmək üçün Ukrayna ərazisinin dərinliklərinə zərbələr endirməyəcək. Ancaq Rusiya liderinin bir şərti var: “Əgər seçkilər keçirilərsə, Rusiyada yaşayan ukraynalılar üçün Rusiya ərazisində səsvermənin təşkil edilməsini tələb edirik”. Görünür, Putin ümid edir ki, Rusiyada yaşayan ukraynalıların səsi hesabına Ukraynada prezident kürsüsündə rusiyayönümlü şəxs oturacaq. Təsadüfi deyil ki, o, hazırda Rusiyada 5 milyondan 10 milyona qədər Ukrayna vətəndaşının yaşadığını göstərən məlumatlara istinad edib. Rusiya liderinin bu tələbinə rəsmi Kiyev hələ münasibət bildirməyib. Əgər həqiqətən sözügedən tələb yerinə yetirilsə, Zelenskini çətin vəziyyət gözləyəcək.
P.S. Ukrayna Prezidentinin Ofisindən “The Financial Times” nəşrinin ölkənin fevralın 24-də seçkilərin və Rusiya ilə sülh razılaşmaları üzrə referendumun keçirilməsini elan edəcəyi barədə məqaləsini şərh edərək, təhlükəsizlik vəziyyətinin bu məsələdə əsas şərt olaraq qaldığını qeyd ediblər. “Təhlükəsizlik olmadıqca, elanlar da olmayacaq (seçkilər haqqında - red.)”, - Prezident Ofisindəki mənbə bildirib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50
Dünya
20 Fevral 11:49
Sosial
20 Fevral 11:37
Siyasət
20 Fevral 11:28
Gündəm
20 Fevral 11:27
Hadisə
20 Fevral 11:19
Siyasət
20 Fevral 11:01
Gündəm
20 Fevral 10:56
Gündəm
20 Fevral 10:40
Sosial
20 Fevral 10:38
İqtisadiyyat
20 Fevral 10:36
İqtisadiyyat
20 Fevral 10:36
Gündəm
20 Fevral 10:30
İqtisadiyyat
20 Fevral 10:17
MEDİA
20 Fevral 09:53
İqtisadiyyat
20 Fevral 09:35
YAP xəbərləri
20 Fevral 09:32
YAP xəbərləri
20 Fevral 09:25
Müsahibə
20 Fevral 09:16

