Yeni məzmunlu əməkdaşlıq modeli: Bakı-Vaşinqton tandemi
10.02.2026 [14:01]
ABŞ–Azərbaycan strateji tərəfdaşlığı geosiyasi realliqlara, gələcək perspektivlərə əsaslanır
2025-ci ildən başlayaraq ABŞ–Azərbaycan əlaqələri müasir beynəlxalq münasibətlər sistemində xüsusi yer tutan, çoxşaxəli və dinamik xarakter daşıyan əməkdaşlıq nümunəsinə çevrilib. Bu əlaqələr iki dövlət arasında diplomatik münasibətlərin mövcudluğu ilə yanaşı, regional və qlobal proseslərə təsir edən strateji tərəfdaşlıq modelini formalaşdırır. Son illər dünyada geosiyasi balansların yenilənməsi, enerji təhlükəsizliyi məsələlərinin ön plana çıxması, texnoloji transformasiya və qlobal iqtisadiyyatın yeni çağırışlarla üz-üzə qalması ABŞ ilə Azərbaycan arasında əlaqələrin əhəmiyyətini daha da artırır.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xarici siyasətində balanslaşdırılmış və praqmatik yanaşmanı əsas prinsip kimi müəyyən edib - bu yanaşma ABŞ ilə münasibətlərin qurulmasında və inkişafında da açıq şəkildə özünü göstərir. Xüsusilə enerji sahəsində əməkdaşlıq, Xəzər regionunun dünya bazarlarına inteqrasiyası, beynəlxalq nəqliyyat-logistika layihələri və təhlükəsizlik məsələləri iki ölkə arasında etibarlı tərəfdaşlığın təməlini təşkil edir. ABŞ şirkətləri uzun illərdir ki, Azərbaycanın enerji sektorunda və digər sahələrdə fəal iştirak edir və bu iştirak ölkənin iqtisadi inkişafına mühüm töhfə verir.
Yeni iqtisadi əməkdaşlıq xətti…
Xüsusi vurğulanmalıdır ki, Azərbaycan hər zaman xarici investisiyalar üçün açıq, sabit və proqnozlaşdırıla bilən biznes mühiti təqdim edən ölkə kimi tanınır. Hüquqi islahatlar, investorlara verilən zəmanətlər, şəffaf idarəetmə mexanizmləri və makroiqtisadi sabitlik ABŞ biznes dairələri üçün cəlbedici imkanlar yaradır. Məhz bu səbəbdən ABŞ şirkətləri təkcə enerji sektorunda deyil, maliyyə, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar, nəqliyyat və sənaye sahələrində də Azərbaycana artan maraq göstərirlər. Yeni mərhələdə ABŞ-Azərbaycan münasibətləri yalnız keçmiş nailiyyətlər üzərində qurulmur, eyni zamanda gələcəyə hesablanmış strateji baxışa əsaslanır. Süni intellekt, yaşıl enerji, rəqəmsal iqtisadiyyat, müdafiə sənayesi və qlobal logistika kimi sahələrdə əməkdaşlıq perspektivləri bu münasibətlərin uzunmüddətli xarakter daşıdığını göstərir. Bu baxımdan, ABŞ-Azərbaycan əlaqələri təkcə ikitərəfli deyil, regional sabitlik və qlobal əməkdaşlıq üçün də mühüm əhəmiyyət kəsb edir.
Qeyd olunduğu kimi, artıq əlaqələr dərinləşir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Palatanın Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cennifer Miel, həmçinin “Apple”, “Ardea Energy Technologies Inc.”, “Ericsson AB”, “ExxonMobil”, “Herbalife”, “Illumina”, “Meta”, “Visa”, “Wabtec”, “Baker Hughes”, bp, “Boeing Global”, “Honeywell”, “J.P.Morgan”, “Lummus Technology”, “Marriott”, “Mastercard”, “Shell International”, “Azerbaijan Coca-Cola Bottlers” MMC və “Motorola Solutions” şirkətlərinin rəhbər şəxsləri daxil olub.
Münasibətlərdə strateji mərhələ
Bakı-Vaşinqton münasibətləri həm siyasi, həm də iqtisadi məzmunda yeni keyfiyyət, daha fəal inkişaf mərhələsi yaşayır. Vurğulandığı kimi, siyasi dialoqun intensivləşməsi, yüksək səviyyəli təmasların artması və institusional əməkdaşlıq mexanizmlərinin formalaşdırılması bu münasibətlərin strateji xarakterini daha da gücləndirib. Ötən ilin avqustunda Prezident Donald Trampla Prezident İlham Əliyev arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə sənədin imzalanması iki ölkə arasında münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm siyasi hadisə kimi dəyərləndirilir.
Bu sənədin imzalanmasından sonra Bakı ilə Vaşinqton arasında ticarət, iqtisadiyyat, investisiyalar, enerji, süni intellekt, müdafiə sənayesi və digər sahələr üzrə geniş müzakirələr aparılmağa başlanıb. Artıq birgə işçi qruplarının iki iclasının keçirilməsi bu prosesin formal deyil, real və praktiki nəticələrə yönəldiyini göstərir. Bu iclaslarda konkret layihələr, hüquqi çərçivələr və investisiya imkanları müzakirə olunub, qarşılıqlı maraqlara əsaslanan yol xəritələri hazırlanıb. İki Prezident arasında mövcud olan səmimi münasibətlər və davamlı təmaslar əlaqələrin inkişafına xüsusi dinamika qazandırır. Liderlər səviyyəsində etimad mühitinin formalaşması siyasi qərarların operativ qəbuluna, iqtisadi layihələrin sürətlə reallaşmasına və strateji təşəbbüslərin effektiv icrasına şərait yaradır. Bu amil, xüsusilə beynəlxalq münasibətlərdə qeyri-müəyyənliyin artdığı bir dövrdə ABŞ–Azərbaycan tərəfdaşlığının etibarlı və davamlı olduğunu nümayiş etdirir.
Nəticə etibarilə, yeni strateji mərhələ ABŞ–Azərbaycan münasibətlərini yalnız ikitərəfli əməkdaşlıq çərçivəsindən çıxararaq, regional və qlobal miqyasda təsir gücünə malik bir tərəfdaşlıq modelinə çevirir. Bu model siyasi dialoq, iqtisadi əməkdaşlıq və təhlükəsizlik maraqlarının vəhdətinə əsaslanır.
Görüşdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, keçən ilin avqust ayında Vaşinqtonda Prezident Trampla görüşündən qaynaqlanan ABŞ-Azərbaycan münasibətlərinin fəal inkişaf etdiyi bu mərhələdə əməkdaşlıq etdiyimiz sahələrin diapazonunu genişləndirəcəyimiz təbiidir: "Keçən ilin avqust ayında biz Prezident Trampla Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə sənədi imzaladıq və burada xüsusi bəndlər var. O vaxtdan bəri mən ticarət, iqtisadiyyat, investisiyalar, enerji, süni intellekt, müdafiə sənayesində əməkdaşlıq və digər sahələri müzakirə etmək üçün Vaşinqtona hökuməti təmsil edən dörd nümayəndə heyətini göndərdim. Hökumət rəsmiləri arasında çoxsaylı təmaslar olmuşdur və mənim Prezident Trampla sonuncu görüşüm keçən ay Davosda oldu, baxmayaraq ki, onun qrafiki çox sıx idi və o, çox qısa müddətlik orada idi. Onun Azərbaycan Prezidenti ilə görüşməsi bir daha bizə və bütün regiona bu münasibətlərin bizim üçün necə də önəmli və onların necə də mehriban olduğunu nümayiş etdirir".
Rəqəmsal gələcəyə doğru
İndiyə qədər ABŞ–Azərbaycan əməkdaşlığının əsasını enerji, ticarət və investisiya sahələri təşkil edib - bu sahələrdə əldə olunan uğurlar münasibətlərin möhkəm təməl üzərində qurulduğunu sübut edir. Lakin müasir dövrün çağırışları yeni əməkdaşlıq istiqamətlərinin formalaşdırılmasını zəruri edir və bu baxımdan iki ölkə arasında münasibətlər yeni məzmunla zənginləşdirilir.
Yeni mərhələdə rəqəmsal transformasiya, süni intellekt, yüksək texnologiyalar və innovasiya əsas əməkdaşlıq sahələri kimi ön plana çıxır. Azərbaycan dövləti bu istiqamətlərdə ABŞ şirkətlərini əsas strateji tərəfdaşlar kimi görür və onların qabaqcıl təcrübəsindən faydalanmaq niyyətindədir. Amerika şirkətləri isə Azərbaycanın stabil iqtisadi mühiti, sürətli inkişaf edən infrastrukturu və regionda oynadığı mühüm rolu yüksək qiymətləndirir.
Xüsusilə süni intellekt və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsas elementlərindən biridir. Dövlətin rəqəmsallaşma siyasəti, elektron hökumət layihələri və innovasiya ekosisteminin formalaşdırılması ABŞ texnologiya şirkətləri üçün geniş imkanlar yaradır. Bu əməkdaşlıq yalnız iqtisadi mənfəət deyil, eyni zamanda insan kapitalının inkişafı, bilik transferi və innovativ düşüncə mühitinin güclənməsi baxımından da əhəmiyyətlidir.
Beləliklə, ənənəvi sahələrdə əldə olunan təcrübə yeni texnoloji istiqamətlərlə tamamlanaraq ABŞ–Azərbaycan münasibətlərini daha dayanıqlı və gələcəyə yönəlik edir.
Niyə məhz, Azərbaycan?
Azərbaycan özünün yeni yaşıl gündəliyi ilə regionun inkişafına mühüm töhfələr vəd edir – paralel olaraq, biz ənənəvi enerjidən də imtina etmirik. Azərbaycan hər iki sahəni paralel inkişaf etdirmək əzmindədir. Təəssüfləndirici haldır ki, bəzən bu məsələdə də bizə qarşı ikili standartlardan yanaşma sərgilənir. Məsələn, COP29 tədbiri dövründə olduğu kimi – bu tədbiri ənənəvi neft-qaz ixraxc edən ölkələr də təşkil edib. Amma onlar hücumlara məruz qalmayıb. Azərbaycan isə yenə də haqsız hücumlara məruz qaldı. Prezident bildirib ki, bir çox ölkələr COP keçirib və həmin ölkələr Azərbaycandan 10 dəfə çox neft və qaz istehsal edir, lakin onlar media hücumlarına məruz qalmayıblar: "Mənim mesajım ondan ibarət idi ki, ölkələr karbohidrogen ixracından gələn gəlirləri necə istifadə etdiklərinə görə dəyərləndirilməlidirlər. Hər kəs görə bilər ki, Azərbaycanda sərvətin bölüşdürülməsi çox ədalətli şəkildə həyata keçirilir. İkincisi, onların iqlim məsələsinə töhfəsi nədən ibarətdir? Bizim isə azı 100 il müddətinə təkcə daxili istehlak üçün deyil, həm də ixrac üçün təbii qaz ehtiyatları ilə təmin olunduğumuz halda bərpaolunan enerjiyə investisiya yatırılması və investisiya cəlb olunması həqiqətən də məsuliyyətimizi nümayiş etdirir».
Yaşıl enerji gündəliyi üzrə strateji uyğunluq
Azərbaycanın alternativ enerji sahəsinə verdiyi prioritet və “yaşıl gündəlik” ABŞ-ın qlobal enerji strategiyası ilə tam uzlaşır. Son illərdə Azərbaycan hökuməti bərpaolunan enerji mənbələrinin inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Hazırda ölkədə təxminən 2 giqavat alternativ enerji istehsal gücü mövcuddur və imzalanmış müqavilələrə əsasən 2032-ci ilə qədər əlavə 7–8 giqavat günəş və külək enerjisi istehsal gücünün yaradılması planlaşdırılır.
Bu layihələr Azərbaycanın artan iqtisadiyyatı, inkişaf edən sənayesi və xüsusilə süni intellekt qovşaqları və məlumat mərkəzləri yaratmaq hədəfi üçün etibarlı enerji təminatı deməkdir. ABŞ şirkətlərinin bu sahədəki qabaqcıl texnologiyaları və investisiya imkanları Azərbaycanın yaşıl enerji strategiyasının uğurla reallaşmasına mühüm töhfə verə bilər.
Eyni zamanda, bu layihələr regional və qlobal miqyasda da əhəmiyyət daşıyır. Etibarlı elektrik və qaz təchizatı mənbələrindən məhrum olan ölkələr üçün Azərbaycan alternativ enerji ixracatçısı kimi çıxış edə bilər. Bu isə ölkənin enerji diplomatiyasını yeni səviyyəyə qaldırır və ABŞ ilə əməkdaşlığın strateji əhəmiyyətini daha da artırır.
Azərbaycan qlobal nəqliyyat və logistika qovşağıdır
Azərbaycanın coğrafi mövqeyi onu Şərq ilə Qərb, Şimal ilə Cənub arasında mühüm nəqliyyat və logistika mərkəzinə çevirir. Yeni qlobal nizam şəraitində Bakı mühüm beynəlxalq layihələrin təşəbbüskarı və icraçısı kimi çıxış edir. Azərbaycanla Ermənistan arasında sülhün təmin olunmasından sonra reallaşacaq TRIPP – Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu layihəsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu layihə yeni ötürücü xətlərin çəkilməsini, mövcud infrastrukturların genişləndirilməsini və Şərq–Qərb tranzitinə yeni nəfəs verilməsini hədəfləyir. Azərbaycan həm Mərkəzi Asiya, həm də Avropa ilə əlaqələrin gücləndirilməsində körpü rolunu oynayır.
Ümumiyyətlə, uzunluğu minlərlə kilometr olan kəmərlərin inşasında əldə olunan təcrübə Azərbaycanın bu sahədə bənzərsiz mövqeyini nümayiş etdirir. Onlardan biri - Qara dəniz vasitəsilə Avropaya elektrik kabelinin çəkilməsi layihəsi Azərbaycanın gələcəyə hesablanmış strateji addımlarındandır. Bu cür mürəkkəb və çoxölkəli layihələrin icrası üçün yüksək diplomatik bacarıq, etibarlı tərəfdaşlıq və texniki təcrübə tələb olunur ki, Azərbaycan bu keyfiyyətlərin hamısına malikdir. Dövlət başçısı görüşdə bildirib ki, "biz bağlantıları da diqqət mərkəzində saxladığımız mühüm sahələrdən biri hesab edirik. Nəqliyyat və logistika infrastrukturumuzu lazımi səviyyəyə çatdırmaq üçün indiyədək çox işlər görülüb".
Enerji təhlükəsizliyində artan rolumuz
Bu gün Azərbaycan bir çox ölkənin, xüsusilə Avropa İttifaqı üzvlərinin bəzilərinin enerji təhlükəsizliyində mühüm rol oynayır. Hazırda Azərbaycanın enerji tərəfdaşı olduğu ölkələrdən 10-u Aİ üzvüdür. Bu fakt Azərbaycanın qlobal enerji bazarında etibarlı və strateji tərəfdaş kimi mövqeyini təsdiqləyir.
Azərbaycan bütün öhdəliklərinə sadiq qalır və siyasi gündəliyi biznes maraqları ilə qarışdırmır. Bu yanaşma beynəlxalq enerji bazarında etimadı gücləndirir və yeni layihələrin reallaşması üçün geniş imkanlar yaradır. Hazırda müzakirə edilən nəqliyyat və enerji layihələri region üçün yeni iqtisadi perspektivlər açır.
Sülh, tranzit və regional əməkdaşlıq
Azərbaycan 30 il ərzində Ermənistanın işğalına məruz qalmasına baxmayaraq, ərazi bütövlüyünü bərpa etdikdən sonra sülh təşəbbüsü ilə çıxış edən tərəf olmuşdur. 2025-ci il avqustun 8-də Prezident Trampın vasitəçiliyi ilə sülhün əldə olunması regionda yeni əməkdaşlıq imkanları yaradıb. Hazırda Azərbaycan Ermənistan üçün bütün tranzit məhdudiyyətlərini aradan qaldırmışdır. Ermənistanın etibarlı nəqliyyat marşrutlarının olmaması Azərbaycan tranzitini onlar üçün həyati əhəmiyyətli edir. Eyni zamanda, əməkdaşlığın ilkin mərhələsi kimi Ermənistana neft məhsullarının tədarükünə başlanması regionda etimad mühitinin formalaşmasına xidmət edir.
Makroiqtisadi sabitlik və gələcək hədəflər
Azərbaycan davamlı və sabit iqtisadi inkişaf yolundadır. Xarici borcun ÜDM-in cəmi 6,1 faizini təşkil etməsi ölkənin maliyyə dayanıqlığının göstəricisidir. Maliyyə ehtiyatlarının mütəmadi artırılması iqtisadi sabitliyin qorunmasına xidmət edir. Aparıcı reytinq agentlikləri, o cümlədən S&P, Azərbaycanın kredit reytinqini investisiya səviyyəsinə qaldırmışdır.
Yoxsulluq səviyyəsinin təxminən 5 faiz olması, müsbət demoqrafik dinamika və sosial müdafiə mexanizmləri iqtisadi inkişafın inklüziv xarakter daşıdığını göstərir. Azərbaycan bu gün əsas diqqəti qlobal tendensiyalarla ayaqlaşmağa, rəqəmsal transformasiya, süni intellekt və məlumat mərkəzləri sahəsində lider mövqe tutmağa yönəldir.
"Biz həmin səhv addımı atmamışıq"
Bir çox ölkələri birləşdirən böyükmiqyaslı layihələrin uğurla həyata keçirilməsi üçün diplomatik bacarıq, institusional təcrübə və real nəticələr tələb olunur. Azərbaycan bu üç əsas komponentin hamısına malikdir. Məhz bu xüsusiyyətlər ölkəyə Cənubi Qafqazda qlobal əməkdaşlıq mərkəzi formalaşdırmaq imkanı verir.
ABŞ–Azərbaycan münasibətləri bu kontekstdə təkcə ikitərəfli əməkdaşlıq nümunəsi deyil, eyni zamanda regional sabitlik və qlobal inkişaf üçün model rolunu oynayır. Bakı bu gün atdığı strateji addımlarla, irəli sürdüyü təşəbbüslərlə və həyata keçirdiyi layihələrlə beynəlxalq ictimaiyyət üçün nümunəvi paytaxt kimi çıxış edir. Bu kursun davam etdirilməsi Azərbaycanın qlobal sistemdə mövqeyini daha da möhkəmləndirəcək və ABŞ ilə tərəfdaşlığını yeni zirvələrə daşıyacaq. Dövlət başçısı görüşdə bildirib ki, "siz etimadı illər boyu qurmalısınız və yalnız bir səhv addım həmin etimadı poza bilər. Bir sözlə, biz həmin səhv addımı atmamışıq. Əksinə, bu gün, bizimlə işləyən şirkətlərin sayı artır. Beynəlxalq əlaqələrimizin coğrafiyası da genişlənir".
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50
Dünya
20 Fevral 11:49
Sosial
20 Fevral 11:37
Siyasət
20 Fevral 11:28
Gündəm
20 Fevral 11:27
Hadisə
20 Fevral 11:19
Siyasət
20 Fevral 11:01
Gündəm
20 Fevral 10:56
Gündəm
20 Fevral 10:40
Sosial
20 Fevral 10:38
İqtisadiyyat
20 Fevral 10:36
İqtisadiyyat
20 Fevral 10:36
Gündəm
20 Fevral 10:30
İqtisadiyyat
20 Fevral 10:17

