Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Son iki gündə 105 cinayətin açılması təmin edilib

Son iki gündə 105 cinayətin açılması təmin edilib

09.02.2026 [12:12]

Fevralın 7-də və 8-də ölkə ərazisində qeydə alınan 96, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 101, o cümlədən borclu şəxs qismində axtarışda olan 47, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 və dələduzluğa görə axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqədar 65 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 44,6 kiloqrama yaxın narkotik vasitə və 130 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 31 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 2 pulemyot, 1 qumbaraatan, 2 tapança, 8 qumbara, 23 tüfəng, 86 patron darağı, 5 partladıcı və 2491 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 109 nəfər də saxlanılıb.

Paylaş:
Baxılıb: 184 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

MEDİA

Müsahibə

Bizim müsahib

20 Fevral 09:16

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28