Azərbaycan Gəncliyi: gücümüz və ümidimiz
02.02.2026 [09:26]
Bu gün ölkəmizdə bayram günüdür. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gəncliyinə bəxş etdiyi ən gözəl gündür.
Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi vəziyyət getdikcə dəyişməyə başladı. Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən gənc nəslin vahid bir mərkəzdən idarə olunması üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyi yaradıldı. Yalnız bundan sonra bu sahənin inkişaf prosesi sürətləndi, gənclərlə iş sahəsində yeni strukturlar formalaşmağa başladı. Gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq aləmdə iştirakı təmin edildi, gənclər təşkilatları ilə iş gücləndirildi, bir sıra dövlət proqramları qəbul edildi. Gənclər siyasətinin davamı olaraq Ulu Öndər tərəfindən imzalanan Sərəncama əsasən 2 fevral Azərbaycanda Gənclərin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsində əsas məqsəd dövlət gənclər siyasətinin uğurla icra olunması, gənclərə dövlət qayğısının artırılması, ölkə gənclərinin hər bir sahədə fəal iştirakını təmin etmələrinə şərait yaratmaq idi. 1997-ci ilin fevralın 1-də Gənclərin I forumunun ildönümü münasibətilə bir qrup gənci qəbul edən ümummilli lider Heydər Əliyev 2 fevralın Azərbaycanda Gənclər Günü kimi qəbul edilməsi barədə Sərəncam imzaladı. Forumda iştirak edən Ulu Öndər öz çıxışında gənclərə bu cür müraciət etdi: “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifələr düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz, müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarsınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq”.
Bu sözlər eyni zamanda, Azərbaycan gənclərinin qarşısında mühüm vəzifələr qoydu. Heç kəsə sirr deyil ki, gənclik bir millətin gələcəyinin yaşaması üçün təməl daşıdır. Bir millətin mövcudluğu üçün onun sağlam gəncliyinin olması vacibdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı, intellektual səviyyəli gənc nəslin yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır.
Beləliklə, Azərbaycanda aparılan uğurlu dövlət gənclər siyasəti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün bu siyasət ölkə başçısı tərəfindən məqsədyönlü şəkildə davam etdirilir. Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş dövlət proqramları bu sahənin nə qədər vacib və aktual olduğunu göstərir.
Tarixən hər bir xalq öz xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır. Dünya ölkələrində gənclər sosial-iqtisadi inkişafın, cəmiyyətin islahatlarını hərəkətə gətirən əsas qüvvəsi hesab olunur. Bu gün ölkəmizdə gənclər siyasəti yeni mərhələni yaşayır. Ölkə başçısının diqqət və qayğısı ilə potensiallı gənc istedadların dövlət qayğısı ilə hərtərəfli əhatə olunması bunun əyani nümunəsidir.
Azərbaycan gəncliyi öz mədəni irsinə, kökünə, keçmişinə bağlı böyüyürlər. İsbat olunmuş teorem kimi: hər bir cəmiyyətin gəncləri öz mədəniyyəti ruhunda tərbiyə olunurlar. Tarixən imperiyaların və sivilizasiyaların qovuşduğu məkanda yaşayan Azərbaycan xalqının həyat qaydası olan mübarizlik ruhu onun xarakterinə və düşüncəsinə hopub. Mübariz Azərbaycan gənci hər zaman ata-babalardan miras qalan öz milli adət-ənənəsini, tarixini və irsini qoruyaraq gələcək nəsillərə ötürüb.
2 Fevral – Gənclər Günü Azərbaycan gəncliyinin gücünü, iradəsini və vətənə bağlılığını bir daha nümayiş etdirən əlamətdar tarixdir. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı gənclərimizin göstərdiyi qəhrəmanlıq, fədakarlıq və birlik ruhu sübut etdi ki, Azərbaycan gəncliyi ölkənin ən çətin anlarında məsuliyyəti öz üzərinə götürməyə qadirdir. Minlərlə gənc Vətənin azadlığı uğrunda canını fəda etdi, tarix yazdı və gələcək nəsillərə qürur dolu bir miras qoydu. Bu gün müstəqil, güclü və qalib Azərbaycanın qurulmasında gənclərin rolu danılmazdır. Gənclər Günü isə bu qəhrəman nəslin əməyinə verilən dəyərin, onlara olan inamın və gələcəyə olan ümidlərin rəmzidir. İnanırıq ki, vətənpərvər, savadlı və məqsədyönlü gənclərimiz Azərbaycanın inkişaf yolunu uğurla davam etdirəcək, dövlətimizin gücünə güc qatacaqlar.
Rail Tağızadə
Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Siyasət
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51

