Luizianadan Qrenlandiyaya - Vaşinqton yenidən “əilini cibinə salır”...
08.01.2026 [09:15]
ABŞ-ın Arktikada təmsilçilik iddiası ciddiləşir
Sirr deyil ki, son bir ildə Amerika Birləşmiş Ştatlarının (ABŞ) mühüm strateji prioritetləri arasında “Qrenlandiya məsələsi” ön plandadır. Vaşinqtonun adanı öz yuridiksiyasına qatmaq istiqamətindəki addımları isə ardıcıldır. Belə ki, ötən ilin sonunda Prezident Donald Tramp adanın hakimiyyəti ilə birbaşa əlaqələr qurmaq üçün Luiziana ştatınının respublikaçı qubernatoru Ceff Lendrini ABŞ-ın Qrenlandiya üzrə xüsusi elçisi təyin edib.
Ərazisi 2,166 milyon kvadrat kilometr olan Qrenlandiya dünyanın ən böyük adasıdır və adanın təxminən 80 faizi buzla örtülüdür. Əhalisi isə 50 min nəfərdən bir qədər çoxdur ki, onların da əksəriyyəti inuitlərdir (Eskimoslar).
ABŞ yenidən “torpaq” alqı-satqısına baş vurur
Bu arada “The Times” qəzeti Qrenlandiyanın ABŞ-a qoşulması üçün müxtəlif yolların olduğu haqda məqalə dərc edib. Bildirilir ki, bu yolların arasında məcburiyyət, assosiasiya müqaviləsi və Qrenlandiyanın Danimarkanın bir hissəsi olaraq qalması şərtilə orada ABŞ-ın hərbi təmsilçiliyi yer alır. Qəzet yazır ki, Vaşinqton hakimiyyəti yerli əhali üçün adanın iqtisadiyyatına əhəmiyyətli investisiyalar qoya bilər - hətta Danimarkadan Qrenlandiyanın satın alınması da istisna deyil.
“The Wall Street Journal” qəzeti isə yazır ki, dövlət katibi Marko Rubio Konqresə Vaşinqtonun Qrenlandiyanı pulla satın almaq niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, Qrenlandiya ilə bağlı son açıqlamalar ABŞ-ın hərbi müdaxiləsini nəzərdə tutmur. Rubionun sözlərinə görə, onların məqsədi adanı almaqdır.
Qeyd edək ki, tarixdə belə presedentlər mövcuddur. Ərazisinə görə dünyanın ən böyük ölkələrindən biri olan ABŞ indiki torpaq sahələrinin təxminən 40 faizini pulla alıb. Başqa sözlə, ABŞ ərazini genişləndirmək üçün müharibə eləməkdən çox, pulla ödəməyi daha üstün tutub.
Belə ki, ABŞ 1803-cü ildə Fransadan 15 milyon ABŞ dolları qarşılığında indiki Luiziana ştatını satın alıb. Prezident Tomas Ceffersonun dövründə reallaşan bu alqı-satqı nəticəsində Birləşmiş Ştatlar öz torpaqlarını Təxminən 2,14 milyon kvadratkilometr artıraraq ərazisini iki dəfə böyütdü və Missisipi çayı üzərində tam nəzarəti əldə etdi. 1819-cu ildə isə İspaniyadan hazırki Florida ştatı alındı. Adams-Onis Müqaviləsi ilə reallaşan bu alqı-satqı nəticəsində ABŞ ABŞ-ın İspaniyaya qarşı 5 milyonluq iddiasından geri çəkildi. Ərazinin rəsmi keçidi isə 1821-ci ildə baş tutdu. Bunun nəticəsində ABŞ özünün cənub sərhədlərini təhlükəsizləşdirdi, eləcə də, Atlantik-Meksika körfəzi xəttini möhkəmləndirdi.
1853-cü ildə Meksikadan 10 milyon dollar qarşılığında Qadsden alışı həyata keçirildi. Bu, indiki Arizona və Nyu-Meksikonun cənubunu əhatə edir - ABŞ bu addımı ilə dəmir yolu xətlərinin çəkilişi üçün strateji imkan qazandı, ABŞ -Meksika sərhədi indiki formasını aldı.
1867-ci ildə isə ABŞ Rusiyadan Alyaskanı satın aldı. 7,2 milyon dollar dəyərində əldə edilən torpaq sahəsi 1,52 milyon kvadratkilmetr idi. Prezident Endryu Conson dövründə edilən bu alqı-satqı sonrakı dövrlərdə Vaşinqtona nəhəng neft, qaz, qızıl yataqları və təbii sərvətlər qazandırdı. ABŞ bu yolla Arktikada və Sakit okeanda mövqelərini gücləndirdi.
Nəhayət, 1917-ci ildə ABŞ Danimarkadan Virgin adalarını satın aldı. 25 milyon dollar (qızıl ekvivalentində) əldə olunan ərazilərə Karib dənizi hövzəsindəki Virgin adaları daxil idi. Bunun nəticəsində isə Birinci Dünya müharibəsi fonunda Almaniyanın bölgəyə nəzarətinin qarşısı alındı, ABŞ-ın Karib hövzəsində hərbi-strateji mövqeyi gücləndi. Beləliklə, son 200 ildə ABŞ pulla əldə etdiyi ərazilər hesabına Atlantikdən Sakit okeana qədər uzanan qitə dövləti oldu, enerji, nəqliyyat və hərbi baxımdan üstünlük qazandı, geosiyasi təsirini mərhələli şəkildə qlobal səviyyəyə çıxardı.
Ya iyulda, ya da noyabrda...
“The Economist” yazmışdı ki, ABŞ administrasiyası Qrenlandiyaya razılaşma təklif etməyə hazırlaşır. Bu razılaşma Azad Birlik Sazişi (COFA) adlanır. Vaşinqtonun Sakit okeandakı kiçik dövlətlərlə oxşar müqavilələri var. Sənədə görə, bu dövlətlər ABŞ ordusuna öz ərazi sularına və hava məkanına eksklüziv giriş imkanı verir və digər ölkələrə oxşar hüquqları rədd edir. Bunun müqabilində ABŞ iqtisadi və maliyyə yardımı göstərir.
“The Times” qəzeti də azad assosiasiya müqaviləsi imkanlarını araşdırıb. ABŞ-ın artıq Mikroneziya, Marşal adaları və Palau kimi kiçik Sakit okean dövlətləri ilə oxşar müqavilələri var. Müqavilələr ABŞ-ın bu ölkələrə maliyyə yardımı göstərməsini və öz növbəsində daxili özünüidarəetməni qoruyarkən müdafiə məsələlərini Vaşinqtona həvalə etməsini nəzərdə tutur.
“Politico” qəzeti isə yazıb ki, ABŞ yaxın aylarda Qrenlandiya üzərində nəzarəti ələ keçirməyə cəhd edə bilər və bunu noyabr ayında keçiriləcək ara seçkilər və ya 4 iyulda ABŞ müstəqilliyinin 250 illiyi ilə üst-üstə düşməklə qeyd edə bilər.
Kommersiya müqavilələri, hərbi mövcudluq...
Son seçim isə adada Amerika hərbi mövcudluğunu gücləndirərkən Qrenlandiyanı Danimarkanın bir hissəsi kimi saxlamaqdır. Bu, mineral kəşfiyyatı ilə məşğul olan Amerika şirkətləri ilə kommersiya müqavilələri, eləcə də ABŞ rəsmilərinin yerli hökumətə məsləhətçi təyin edilməsi ilə müşayiət oluna bilər. Məlumata görə, Amerika rəsmiləri Qrenlandiya hökuməti ilə birbaşa danışıqlar aparmağa çalışıblar, lakin indiyə qədər rədd cavabı alıblar.
Danimarkanın Baş naziri Mette Frederiksen hesab edir ki, Trampın Qrenlandiyaya nəzarəti ələ keçirmək istəyi ilə bağlı açıqlamaları ciddi qəbul edilməlidir. “Amma mən bunu da aydınlaşdırmaq istəyirəm: ABŞ başqa bir NATO ölkəsinə hərbi hücum etmək qərarına gələrsə, hər şey dayanacaq. NATO və buna görə də İkinci Dünya müharibəsinin sonundan bəri təmin edilən təhlükəsizlik də daxil olmaqla hər şey bitəcək”, - deyə o, TV2-yə bildirib.
Qeyd edək ki, Qrenlandiya NATO üzvü deyil, lakin Danimarkanın ittifaqdakı üzvlüyü sayəsində Şimali Atlantika Müqaviləsinə daxildir.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07
Hadisə
12 Yanvar 22:58
YAP xəbərləri
12 Yanvar 22:32
Sosial
12 Yanvar 22:17
Dünya
12 Yanvar 21:46
Dünya
12 Yanvar 21:20
YAP xəbərləri
12 Yanvar 21:19
Dünya
12 Yanvar 20:52
YAP xəbərləri
12 Yanvar 20:46
YAP xəbərləri
12 Yanvar 20:37
Dünya
12 Yanvar 20:10
İqtisadiyyat
12 Yanvar 19:49
YAP xəbərləri
12 Yanvar 19:24
İqtisadiyyat
12 Yanvar 19:15
YAP xəbərləri
12 Yanvar 18:31
İdman
12 Yanvar 18:25
Sosial
12 Yanvar 18:25
Siyasət
12 Yanvar 18:17
YAP xəbərləri
12 Yanvar 18:00
YAP xəbərləri
12 Yanvar 17:47
Sosial
12 Yanvar 17:14
Siyasət
12 Yanvar 16:50
Siyasət
12 Yanvar 16:49
Siyasət
12 Yanvar 16:33
Siyasət
12 Yanvar 16:32
Siyasət
12 Yanvar 16:32
Sosial
12 Yanvar 16:31
YAP xəbərləri
12 Yanvar 16:15
Dünya
12 Yanvar 16:08
Sosial
12 Yanvar 16:06
YAP xəbərləri
12 Yanvar 15:29
Gündəm
12 Yanvar 15:22
YAP xəbərləri
12 Yanvar 15:13
Hərbi
12 Yanvar 14:21
İqtisadiyyat
12 Yanvar 14:06
Sosial
12 Yanvar 13:11
İqtisadiyyat
12 Yanvar 13:10
İqtisadiyyat
12 Yanvar 13:10
Hadisə
12 Yanvar 13:09
İqtisadiyyat
12 Yanvar 12:47
Müsahibə
12 Yanvar 12:45
Hadisə
12 Yanvar 12:02
YAP xəbərləri
12 Yanvar 11:42
Siyasət
12 Yanvar 11:36
İdman
12 Yanvar 11:30
Dünya
12 Yanvar 11:25
Dünya
12 Yanvar 11:18
YAP xəbərləri
12 Yanvar 11:17
Dünya
12 Yanvar 11:15
YAP xəbərləri
12 Yanvar 11:11
İdman
12 Yanvar 11:09
Hadisə
12 Yanvar 11:09
Dünya
12 Yanvar 10:41
MEDİA
12 Yanvar 10:29
Dünya
12 Yanvar 10:17
Dünya
12 Yanvar 09:45
Dünya
12 Yanvar 09:21
Dünya
12 Yanvar 08:50
Dünya
12 Yanvar 08:39
Sosial
12 Yanvar 07:51
İdman
11 Yanvar 23:17
Sosial
11 Yanvar 22:31
Sosial
11 Yanvar 21:25
İdman
11 Yanvar 20:49
Dünya
11 Yanvar 20:44
Dünya
11 Yanvar 19:13
Dünya
11 Yanvar 19:07

