Siyasi mesajların şifrləri
06.01.2026 [16:53]
Bəli, yaşadığımız informasiya əsrində siyasətin ən populyar metodu ünvanlı mesajların ötürülməsidir. Hətta onu da deyə bilərik ki, siyasi mesajların verilməsi bacarığı artıq effektiv və peşəkar siyasətin mütləq meyarıdır. Bu metod daxili siyasətdə effektiv olduğu qədər beynəlxalq münasibətlərdə də kifayət qədər səmərəli istifadə olunur. Cəmi bir effektiv ötürülmüş siyasi mesaj həm zamanın, həm resursların qənaətinə səbəb ola bilər. Doğru və zamanında ötürülmüş mesaj hətta silahlı münaqişələrin də qarşısını ala bilər. Və əksinə, tərəf müqabilinin ona ötürülmüş konkret mesaja məhəl qoymaması da açıq münaqişənin qaçılmaz olduğuna işarə edir. Tariximizdə qeyd olunan təsbitə şahidlik etmişdik. Məhz Azərbaycanın dəfələrlə təkrarlanan sülh mesajlarına rəsmi İrəvan tərəfindən məhəl qoyulmaması faktı 2-ci Qarabağ müharibəsini qaçılmaz etdi.
Əgər, bu günlərdə müasir beynəlxalq münasibətləri xarakterizə edən əlamətdar bir hadisəni müəyyən etmək məqsədilə sorğu keçirilmiş olsa, respondentlərin, xüsusən hazırlıqsız respondentlərin, ən azından tam yarısı, “Maduro” olayını qeyd edərdilər. Xatırladaq ki, ABŞ ordusunun keçirdiyi cəmi bir neçə saatlıq xüsusi əməliyyat nəticəsində saxlanılan Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores ABŞ-yə gətirilmişdir. Məsələ ilə bağlı dünya mətbuatında yüzlərlə müxtəlif fərziyyə dolaşır və hamı ABŞ-ın bu əməliyyat vasitəsilə ilə vermək istədiyi mesajın kodlarını açmağa çalışır. Əlbəttə ki, informasiya məkanında dolaşan hər bir fərziyyə öz mövcudluq haqqına malikdir.
Çaşdıra biləcək mürəkkəb nəzəriyyələrdən uzaq dayanaraq məsələ ilə bağlı cəmi bir neçə hipotetik mülahizəni qeyd edək. Bir uğurlu hərbi kəşfiyyat əməliyyatı nəticəsində ABŞ-nin qlobal siyasi xəritədəki “super güc” statusu yenə də aktuallaşdı. Bütün dünya ABŞ-nin fövqəl gücündən danışmağa başladı və dövlətlərarası münasibətlərdə yeni intriqa yarandı. Beynəlxalq münasibətlər sistemində hər hansı bir intriqanın mövcudluğu isə aparıcı dövlətlərə sonsuz manipulyasiyalar üçün mükəmməl zəmin yaradır. Bəzi ölkələrə qlobal geosiyasət müstəvisində öz üstünlük və “əzələlərini” nümayiş etdirmək üçün açıq münaqişə və ya hətta milyardlarla vəsait tələb edən müharibənin aparılması lazım olduğu təqdirdə, ABŞ cəmi bir məhdud hərbi əməliyyat vasitəsilə sözügedən strateji hədəfə nail oldu. Digər mesajlar ilə yanaşı ABŞ dünya ictimaiyyətinin diqqətinə həm də onu çatdırmış oldu ki, sən demə nüvə silahından istifadə etmədən belə hər-hansı bir münaqişəyə nöqtə qoyula bilər.
Əlbəttə ki, illüziyalara qapanmaq olmaz, burada “zəhmətkeş” Venesuela xalqının aqibəti yox, ABŞ-nin strateji hədəfləri həll olunur. ABŞ prezidenti Donalt Tramp məsələ ilə bağlı verdiyi müsahibədə qeyd edir: “ABŞ təhlükəsiz və qorunan ölkələr ilə əhatə olunmalıdır”. Hesab edirik ki, burada heç bir əlavə şərhə ehtiyac duyulmur. Donald Trampın konkret bu fikri bir çox müasir geosiyasi həqiqətləri açıq şəkildə ifşa edir. Bu cür vəziyyəti “pis” və ya “yaxşı” kimi qiymətləndirmək düzgün olmaz, bu vəziyyət artıq müasir geosiyasi reallıqdır. Danılmaz həqiqət odur ki, beynəlxalq münasibətlərdə iştirak edən bütün ölkələr məhz öz milli maraqlarından çıxış edirlər.
Bəli, “güc amili”nin təminatı heç də hər bir dövlət üçün rahat və əlçatan vəzifə deyil. Burada dəqiq prioritetlərin müəyyən olunması və bir o qədər də dəqiq olan siyasi strategiyanın mövcudluğu şərtdir. Elə ona görə də daha güclü ölkələr çalışırlar ki, müxtəlif manipulyasiyalar vasitəsilə öz rəqiblərini öncədən müəyyən olunmuş strateji inkişaf xətlərindən yayındırsınlar. Unutmayaq ki, bu məsələdə onlara yardım edən adətən məhz ölkənin daxilində olan radikal təfəkkürlü demaqoqlar olur.
Venesuelada yaşanmış hadisə ilə bağlı elə bir fərziyyə də dolaşır ki, sözügedən olay qabaqcadan razılaşdırılmış sövdələşmədir. Yuxarıda qeyd etdiyimiz kimi, hər bir fərziyyənin mövcudluq haqqı var. Ancaq bu fərziyyədə də ABŞ öz maraqlarını qorumuş olur. Bilməyimiz önəmli olan həqiqət odur ki, kimlərinsə milli maraqları hətta beynəlxalq hüququn təməl prinsiplərinin pozulmasına belə haqq qazandırır.
Mülahizələrimizə onu da əlavə edə bilərik ki, sözügedən hadisənin sayəsində beynəlxalq siyasi leksikona artıq “Maduro sindromu” kimi bir əcaib anlayış daxil olub. Bəlkə də qeyd olunan hərbi əməliyyatın əsas hədəfi elə bu imiş? Çünki indidən sonra ABŞ-yə dost hesab olunmayan bəzi dövlətlər üçün “Maduro sindromu” bir qara kabusa çevriləcəkdir. Beləliklə, ABŞ beynəlxalq münasibətlər sisteminə açıq mesaj ötürdü ki, onun milli maraqları naminə istənilən metod labüd hesab oluna bilər.
Daha bir önəmli məqama diqqət yetirməliyik. Cəmi bir neçə ay öncə Nobel Sülh mükafatının laureatı məhz Venesueladan olan Maria Korino Maçado olmuşdur. Norveç Nobel Komitəsinin qərarına əsasən, o bu mötəbər mükafata "Venesuela xalqının demokratik hüquqlarını qorumaq və diktaturadan demokratiyaya ədalətli, sülhpərvər keçidin təmin olunması uğrunda yorulmaz mübarizəyə görə" layiq görülmüşdür. Beləliklə, dəqiq strateji hesablamanın və cəmi bir uğurlu hərbi əməliyyatının nəticəsində ABŞ həm özünü qəhrəman kimi təqdim etməyə bacardı, həm böyük maliyyə ayırmadan gücünü nümayiş etdirdi. Bütün bunlar cəmi bir siyasi texnologiyanın mükəmməl tətbiqinin nəticəsində mümkün oldu.
Əgər hansısa konkret ölkənin milli maraqları beynəlxalq hüququn fundamental əsaslarının pozulmasına haqq qazandırırsa, o zaman ehtimal edə bilərik ki, beynəlxalq təşkilatların pafoslu demokratik şüarları da qlobal güclərin geosiyasi hədəflərinin təmin olunması naminə istifadə olunan metodlardan biridir. Odur ki, məsuliyyətli vətəndaş bu sadə siyasi həqiqətləri bilməli və hər zaman öz dövlətinin yanında dayanmalıdır. Bəzilərinin “Maduro” olayı ətrafında süni və səmərəsiz simulyasiyaları da təxribatlardan başqa bir şey deyil.
ABŞ-də son dövrdə emiqrantlara qarşı tətbiq olunan sərtləşmə siyasətini də nəzərə alsaq, o zaman “Maduro” olayı həm də emiqrantların aşırı fəallıq və coşqusunu söndürməyə hesablanmış əməliyyat kimi də dəyərləndirilə bilər. Nəhayət, sözügedən olay müəyyən mənada beynəlxalq təşkilatların ünvanına “barmaq silkələməsidir”. ABŞ prezidenti açıq şəkildə bildirir ki, dövlətin milli maraqları bunu tələb edirsə, beynəlxalq təşkilatların heç bir qətnaməsi olmadan da qəti addımlar atıla bilər.
Asif Adil
Xəbər lenti
Hamısına baxElm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54

