Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir

Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir

30.12.2025 [22:43]

2025-ci il Azərbaycan idmanı üçün əlamətdar hadisələrlə zəngin oldu. İlin sonunda keçirilən ənənəvi tədbirdə Prezident İlham Əliyevin çıxışı bu sahədə görülən işlərin miqyasını və əldə edilən nəticələrin əhəmiyyətini bir daha ortaya qoydu.

Prezident qeyd etdi ki, il ərzində idmançılarımız müxtəlif beynəlxalq yarışlarda fəal iştirak edərək ölkəmizin adını layiqincə təmsil ediblər. Qazanılan medallar və əldə olunan nailiyyətlər göstərdi ki, Azərbaycan idmanı artıq dünya idman ailəsinin güclü və nüfuzlu üzvlərindən biridir.

Dövlət başçısı çıxışında idmanın yalnız nəticələrdən ibarət olmadığını, həm də gənclərin formalaşmasında mühüm rol oynadığını vurğuladı. O bildirdi ki, “Bizim siyasətimizin əsas istiqamətlərindən biri də gəncləri sağlam ruhda tərbiyə etməkdir, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər Vətən sevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və beləliklə, ölkəmizin inkişafı daimi olsun, əbədi olsun.” Bu fikir dövlət siyasətində gənclərə xüsusi yer verildiyini və idmanın bu tərbiyə prosesində əvəzsiz vasitə olduğunu bir daha göstərir.

Prezident həmçinin bildirdi ki, “Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir.” Bu yanaşma idmanın ölkəmizdə sistemli şəkildə inkişaf etdirilməsinin, gənclərin vətənpərvər və sağlam ruhda böyüməsinin təmin edilməsində həlledici rol oynayır.

Prezident İlham Əliyevin səsləndirdiyi “İdmançılarımız Dövlət Bayrağını beynəlxalq yarışlarda qaldıranda əlbəttə ki, hər birimiz qürur hissi keçiririk” sözləri də idmanın mənəvi tərəfini aydın şəkildə ifadə etdi. Bu, idman uğurlarının bütövlükdə xalq üçün fəxarət mənbəyi olduğunu təsdiqlədi.

Tədbirdə vurğulanan məqamlardan biri də ölkədə idman sahəsinə göstərilən davamlı diqqət və genişlənən infrastruktur oldu. Respublikamızın bütün bölgələrində müasir idman obyektlərinin yaradılması həm peşəkar idmançıların yetişməsinə, həm də gənclərin sağlam həyat tərzinə yönləndirilməsinə böyük töhfə verir.

Bu çıxışdan aydın görünürdü ki, 2025-ci ildə görülən işlər gələcək inkişaf üçün möhkəm zəmindir. Dövlətin ardıcıl siyasəti və idmana göstərilən yüksək qayğı Azərbaycanın bu sahədə daha da böyük nailiyyətlər əldə etməsinə şərait yaradır.

2025-ci ilin idman yekunlarına dair keçirilən tədbir idmana verilən dəyərin, gənclərə göstərilən diqqətin və idman sahəsində əldə edilən nəticələrin bir daha təsdiqi kimi yadda qaldı.

Çingiz İbrahimov

YAP Göyçay rayon təşkilatının əməkdaşı

Paylaş:
Baxılıb: 55 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Milli birlik bayramı!

31 Dekabr 11:20

Siyasət

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Rekord sayda medal!

30 Dekabr 12:17  

İqtisadiyyat

İqtisadiyyat

8 illik xidmət...

30 Dekabr 10:58

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31