Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Almaniyanın Aşağı Saksoniya əyalətində yük qatarının qəzaya uğraması dəmir yolu nəqliyyatında ciddi çətinliklər yaradıb

Almaniyanın Aşağı Saksoniya əyalətində yük qatarının qəzaya uğraması dəmir yolu nəqliyyatında ciddi çətinliklər yaradıb

30.12.2025 [16:39]

Almaniyanın Aşağı Saksoniya əyalətində Hildeshaym bölgəsində yük qatarının relsdən çıxaraq aşması nəticəsində dəmir yolu nəqliyyatının hərəkətində ciddi çətinliklər yaranıb.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, qəza səbəbindən Hannover-Qöttinqen dəmir yolu xəttində hərəkətin fevraladək məhdudlaşdırıldığı bildirilib. Qəza nəticəsində təxminən 5 kilometrlik sahədə relslər, siqnallar və elektrik xətləri ciddi zədələnib, minlərlə infrastruktur elementi sıradan çıxıb.

“Alman Dəmir Yolları” şirkəti bərpa işlərinin intensiv davam etdiyini, lakin ziyanın tam qiymətləndirilməsinin hələ yekunlaşmadığını açıqlayıb. Təmirə hazırlıq məqsədilə zədələnmiş relslər nəzarət altında partladılıb. Regional xətlər üzrə qatarların fevral ayında tam hərəkətə başlayacağı gözlənilir. Hannover və Qöttinqen şəhərləri arasında bəzi marşrutlarda qatarların yerinə avtobuslar ayrılıb. Qəsa şəhərlərarası sürət qatarlarının hərəkətinə təsir etməyib.

Paylaş:
Baxılıb: 91 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Milli birlik bayramı!

31 Dekabr 11:20

Siyasət

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Rekord sayda medal!

30 Dekabr 12:17  

İqtisadiyyat

İqtisadiyyat

8 illik xidmət...

30 Dekabr 10:58

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31