Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Şimali Avropa ölkələri fırtınanın fəsadlarını aradan qaldırmaqda davam edir

Şimali Avropa ölkələri fırtınanın fəsadlarını aradan qaldırmaqda davam edir

30.12.2025 [15:27]

Son günlər Şimali Avropa ölkələrində müşahidə olunan güclü “Yohannes” fırtınası genişmiqyaslı dağıntılara və enerji təchizatında ciddi fasilələrə səbəb olub.

AZƏRTAC xəbər verir ki, Şimali Norveçdə əlverişsiz hava şəraitindən sonra yüzlərlə ziyanla bağlı müraciət qeydə alınıb. Bələdiyyələrdən birində məktəbin pəncərələri demək olar ki, tamamilə sınıb, yaşayış evləri, avtomobillər və ictimai binalar ziyan görüb. Fırtına, həmçinin aviasiya, bərə və avtomobil nəqliyyatının işində ciddi pozuntular yaradıb.

İsveçdə fırtına zəifləsə də, onun elektrik enerjisi təchizatına mənfi təsiri davam edir. Fırtına başlamasından bir sutka keçməsinə baxmayaraq, xüsusilə də ölkənin mərkəzi və şimal bölgələrində 15 mindən çox ev təsərrüfatı hələ də işıqsız qalıb. Enerji şirkətləri bərpa işlərinin çoxlu sayda aşmış ağaclar səbəbindən çətinləşdiyini bildirir və bəzi istehlakçıların bir neçə gün də elektrik enerjisiz qala biləcəyi barədə xəbərdarlıq edirlər. Fırtına zamanı üç nəfər həyatını itirib.

Finlandiyada da vəziyyət ağır olaraq qalır. Fırtınadan sonra 152 bələdiyyədə 26 mindən çox istehlakçı hələ də elektrik enerjisi ilə təmin olunmayıb. Enerji şirkətləri təmir-bərpa işlərinin bir neçə sutka çəkə biləcəyini bildirirlər. Bundan əlavə, təbii fəlakət dəmir yolu və hava nəqliyyatının fəaliyyətində də fasilələr yaradıb.

Zərər çəkmiş bütün ölkələrdə hakimiyyət orqanları və fövqəladə xidmətlər gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.

Paylaş:
Baxılıb: 85 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Milli birlik bayramı!

31 Dekabr 11:20

Siyasət

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Rekord sayda medal!

30 Dekabr 12:17  

İqtisadiyyat

İqtisadiyyat

8 illik xidmət...

30 Dekabr 10:58

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31