Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Lökbatanda köməksiz vəziyyətdə qalan vətəndaş quyudan çıxarılıb

Lökbatanda köməksiz vəziyyətdə qalan vətəndaş quyudan çıxarılıb

29.12.2025 [22:17]

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb edilib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1984-cü il təvəllüdlü Rövşən Feyruz oğlu Nəbiyev dərinliyi təqribən 15 metr olan kanalizasiya quyusuna yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə R. Nəbiyevi quyudan çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Paylaş:
Baxılıb: 100 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Milli birlik bayramı!

31 Dekabr 11:20

Siyasət

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Rekord sayda medal!

30 Dekabr 12:17  

İqtisadiyyat

İqtisadiyyat

8 illik xidmət...

30 Dekabr 10:58

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31