Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Milli birliyin və dövlətçilik ideyasının təcəssümü

Milli birliyin və dövlətçilik ideyasının təcəssümü

29.12.2025 [17:48]

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli azadlıq mübarizəsinin məntiqi nəticəsi kimi formalaşmış, dövlətçilik ideyası ətrafında ümummilli birliyi ifadə edən mühüm ictimai-siyasi bayramdır. Ümummilli Lider Heydər Əliyevin vurğuladığı kimi, bu gün qədim tarixə və zəngin mədəniyyətə malik xalqımızın dirçəlişini, tərəqqisini və milli-mənəvi varlığının qorunmasını təcəssüm etdirir. Dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını birləşdirən əsas amil onların arxasında dayanan müstəqil və suveren Azərbaycan dövlətidir.

Prezident İlham Əliyevin çıxışlarında da qeyd edildiyi kimi, müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir, azərbaycançılıq isə ümumxalq ideologiyasıdır. Xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması, milli kimliyinin qorunması və Vətənlə əlaqələrinin möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu baxımdan Dünya Azərbaycanlılarının Qurultayları diaspor fəaliyyətində yeni mərhələlərin başlanğıcı kimi çıxış edir.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi təsis edilməsi milli birliyin və bərabərliyin simvoluna çevrilmişdir. Bu qərar xalqın ideoloji həmrəyliyinin möhkəmlənməsinə, diaspor quruculuğunun institusional əsaslarının formalaşmasına güclü təkan vermişdir. Sonrakı dövrdə Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması və sistemli diaspor siyasətinin həyata keçirilməsi bu sahədə yeni inkişaf mərhələsi açmışdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə diaspor quruculuğu müasir sosial-iqtisadi reallıqlara uyğun şəkildə genişlənmiş, xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr daha da dərinləşdirilmişdir. Prezidentin xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşləri bu siyasətin praktik ifadəsidir. Xüsusilə Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıq çərçivəsində “Bir millət, iki dövlət” prinsipi Azərbaycan və türk diaspor təşkilatlarının fəaliyyətinin ideoloji əsasına çevrilmişdir.

2020-ci il Vətən müharibəsi Azərbaycan xalqının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiyini, milli həmrəyliyin real gücə çevrildiyini nümayiş etdirdi. Bu birlik 22 aprel 2022-ci ildə Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayında qəbul edilən müraciət və qətnamələrdə öz əksini tapdı. Zəfər Qurultayı xalqı birləşdirən Qələbənin ideoloji və siyasi təntənəsi kimi qiymətləndirilir.

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan diasporu üçün ən mühüm bayramlardan biridir. O, milli birlik, Vətənə məhəbbət, milli-mənəvi dəyərlərə hörmət və dövlətə bağlılıq hisslərini özündə cəmləşdirir. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan icmaları və onların uğurlu lobbi fəaliyyəti dünya azərbaycanlılarının həmrəyliyinin bariz təzahürüdür. Bu həmrəylik Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə və milli maraqların beynəlxalq müstəvidə qorunmasına xidmət edir.

Kənan Quliyev

YAP Laçın rayon təşkilatının məsləhətçisi

Paylaş:
Baxılıb: 105 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Milli birlik bayramı!

31 Dekabr 11:20

Siyasət

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Rekord sayda medal!

30 Dekabr 12:17  

İqtisadiyyat

İqtisadiyyat

8 illik xidmət...

30 Dekabr 10:58

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31