Azərbaycan idmanı möhkəm təməl üzərində inkişaf edir
29.12.2025 [17:45]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Yola saldığımız 2025-ci il Azərbaycan idmanı üçün mühüm uğurlar, beynəlxalq arenada qazanılmış nüfuz və gələcək perspektivlər baxımından yadda qaldı. Dövlətin idmana göstərdiyi ardıcıl diqqət və qayğı, yaradılmış müasir infrastruktur, peşəkar kadr hazırlığı və gənclərin idmana cəlb olunması ölkəmizin idman sahəsində davamlı inkişafını təmin edib. İl ərzində Azərbaycan idmançıları müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, kubok turnirlərində uğurla çıxış edib, ölkəmizin bayrağını yüksəklərdə dalğalandırblar. Xüsusilə güləş, cüdo, boks, taekvondo, karate, ağırlıqqaldırma və gimnastika növlərində əldə olunan medallar Azərbaycan idmanının gücünü bir daha nümayiş etdirib. İdmançılarımızın ardıcıl qələbələri, dünya miqyaslı turnirlərdə göstərdikləri yüksək nəticələr, beynəlxalq arenadakı əzmkarlıqları idman ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb.
2025-ci ilin idman yekunlarına həsr olunmuş təntənəli mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə idmanın inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğuladı. Dövlət başçısı geridə qalan ilin Azərbaycan idmanı üçün uğurlu nəticələrlə yadda qaldığını, idmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətlərin ölkəmizin nüfuzunu daha da artırdığını qeyd etdi.
Prezident cənab İlham Əliyev çıxışında bildirdi ki, Azərbaycan idmançıları 2025-ci il ərzində dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə yüksək peşəkarlıq nümayiş etdirmiş, ölkəmizi layiqincə təmsil etmişlər. Qazanılan medallar, əldə olunan reytinq xalları və idmançıların iradəli çıxışları uzun illər aparılan məqsədyönlü siyasətin məntiqi nəticəsidir.
“Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu, yəqin ki, təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti, əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır” deyə bildirən ölkə rəhbəri onu da qeyd edib ki, son 5 il ərzində bizim bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır. Əminəm ki, idmançılar da beynəlxalq yarışlarda iştirak edən zaman bunu hiss edirlər. Ölkəmizə, xalqımıza olan münasibəti hiss edirlər və idman meydançalarına, idman arenalarına çıxarkən, yəqin ki, təbii olaraq qürur hissi ilə çıxırlar. Eyni zamanda, bizim 5 il bundan əvvəl əldə etdiyimiz şanlı Qələbə idmançıların məsuliyyətini də böyük dərəcədə artırır. Çünki onlar müzəffər xalqın nümayəndələri kimi yarışlarda iştirak edirlər.
Ölkə başçısı eyni zamanda, Azərbaycan idmanının bugünkü səviyyəyə çatmasında dövlətin ardıcıl dəstəyinin həlledici rol oynadığını vurğulayıb. Qeyd edib ki, son illər ərzində ölkənin bütün bölgələrində müasir idman infrastrukturu yaradılıb, Olimpiya İdman Kompleksləri və idman mərkəzləri gənclərin ixtiyarına verilib. Bu isə həm kütləvi idmanın, həm də peşəkar idmanın inkişafına geniş imkanlar açıb.
2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə Prezident cənab İlham Əliyev idmançıların, məşqçilərin və federasiya rəhbərlərinin əməyini yüksək qiymətləndirərək, onların uğurlarının dövlət tərəfindən daim diqqətdə saxlanıldığını bildirdi.
İdman sahəsində əldə edilən nəticələr eyni zamanda Azərbaycanın beynəlxalq imicinə böyük töhfədir. 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasim bir daha göstərdi ki, Azərbaycan idmanı möhkəm təməl üzərində inkişaf edir. Ölkə Prezidenti cənab İlham Əliyevin çıxışı idman ictimaiyyəti üçün həm qiymətləndirmə, həm də yeni hədəflərə çağırış xarakteri daşıdı, gələcək uğurlara inamı daha da gücləndirdi.
İlin idman yekunları bir daha göstərdi ki, Azərbaycan idmanı möhkəm təməl üzərində inkişaf edir.
Xəbər lenti
Hamısına baxDünya
31 Dekabr 13:25
Hadisə
31 Dekabr 12:41
Sosial
31 Dekabr 12:16
Dünya
31 Dekabr 12:03
Sosial
31 Dekabr 11:51
Siyasət
31 Dekabr 11:44
Siyasət
31 Dekabr 11:43
Gündəm
31 Dekabr 11:20
Siyasət
31 Dekabr 10:59
Sosial
31 Dekabr 10:35
İqtisadiyyat
31 Dekabr 10:12
Siyasət
31 Dekabr 10:02
MEDİA
31 Dekabr 09:54
Analitik
31 Dekabr 09:30
Ədəbiyyat
31 Dekabr 09:17
İqtisadiyyat
31 Dekabr 08:51
Mədəniyyət
31 Dekabr 08:26
YAP xəbərləri
30 Dekabr 22:59
Gündəm
30 Dekabr 21:45
YAP xəbərləri
30 Dekabr 21:00
YAP xəbərləri
30 Dekabr 20:30
YAP xəbərləri
30 Dekabr 20:25
YAP xəbərləri
30 Dekabr 19:29
İqtisadiyyat
30 Dekabr 19:27
Sosial
30 Dekabr 18:26
Hadisə
30 Dekabr 17:45
YAP xəbərləri
30 Dekabr 16:48
Maraqlı
30 Dekabr 16:43
Dünya
30 Dekabr 16:39
YAP xəbərləri
30 Dekabr 16:01
YAP xəbərləri
30 Dekabr 15:56
Dünya
30 Dekabr 15:27
YAP xəbərləri
30 Dekabr 15:12
Hərbi
30 Dekabr 15:02
Sosial
30 Dekabr 15:01
İqtisadiyyat
30 Dekabr 15:00
Siyasət
30 Dekabr 14:59
Sosial
30 Dekabr 14:58
Dünya
30 Dekabr 14:45
Dünya
30 Dekabr 14:16
Sosial
30 Dekabr 13:56
Dünya
30 Dekabr 13:49
Dünya
30 Dekabr 13:24
Siyasət
30 Dekabr 13:23
Sosial
30 Dekabr 13:05
Siyasət
30 Dekabr 12:54
İqtisadiyyat
30 Dekabr 12:51
Gündəm
30 Dekabr 12:30
Gündəm
30 Dekabr 12:17
Siyasət
30 Dekabr 11:53
Siyasət
30 Dekabr 11:31
İqtisadiyyat
30 Dekabr 11:18
YAP xəbərləri
30 Dekabr 11:03
İqtisadiyyat
30 Dekabr 10:58
Xəbər lenti
30 Dekabr 10:44
Analitik
30 Dekabr 10:39
İqtisadiyyat
30 Dekabr 10:15
Analitik
30 Dekabr 08:57
Analitik
30 Dekabr 08:32
Müsahibə
30 Dekabr 08:19
Dünya
30 Dekabr 07:51
Dünya
30 Dekabr 07:49
Siyasət
30 Dekabr 00:39
Sosial
29 Dekabr 23:56
YAP xəbərləri
29 Dekabr 23:37
Siyasət
29 Dekabr 22:58
YAP xəbərləri
29 Dekabr 22:39
YAP xəbərləri
29 Dekabr 22:30
YAP xəbərləri
29 Dekabr 22:21
Hadisə
29 Dekabr 22:17

