Azərbaycan idmanı dövlət siyasətinin tərkib hissəsidir
29.12.2025 [17:29]
Dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev mərasimdə iştirak edib və geniş məzmunlu çıxışla ölkədə idman sahəsində əldə olunmuş nəticələri, görülən işləri və qarşıda duran əsas vəzifələri diqqətə çatdırıb. Dövlət başçısı çıxışında qeyd edib ki, ilin yekunlarına həsr olunan bu görüşlər artıq ölkənin idman həyatında ənənəvi xarakter alıb. “Ənənəvi olaraq ilin sonunda görüşürük, ilin yekunlarını müzakirə edirik, idmançıları, idman mütəxəssislərini mükafatlandırırıq. Bu il də istisna deyil.” Cənab Prezident İlham Əliyev vurğulayıb ki, 2025-ci il Azərbaycan idmanı üçün nəticələr baxımından xüsusi əhəmiyyət daşıyır. Belə ki, idmançılarımız beynəlxalq yarışlarda rekord sayda medal qazanıblar. Dövlət başçısı bu barədə deyib:
“Bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb. Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb.” Cənab Prezidentin sözlərinə görə, medalların sayında müşahidə olunan artım idmanın inkişafına göstərilən davamlı dövlət qayğısının nəticəsidir: “Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu, yəqin ki, təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır.”
Cənab Prezident İlham Əliyev çıxışında idmanın inkişafının əsas dayaqlarından biri kimi infrastruktur məsələsinə xüsusi diqqət ayırıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycanda idman infrastrukturu faktiki olaraq yenidən qurulub və bu gün ən yüksək standartlara cavab verir. Dövlətimizin başçısı deyib ki, “Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir. İdman infrastrukturu demək olar ki, sıfırdan qurulmuşdur.” Bu il Gəncə və Yevlax şəhərlərində iki Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırıldığını bildirən cənab Prezident onu da deyib ki, “Beləliklə, bölgələrdə Olimpiya İdman komplekslərinin sayı 46-ya çatıb.” Dövlət başçısı bu obyektlərin bölgələrdə gənclərin idmana cəlb olunmasında mühüm rol oynadığını vurğulayıb. Cənab Prezident İlham Əliyev idmanın gənclərin fiziki və mənəvi tərbiyəsində mühüm rol oynadığını bildirib: “Sağlam gənc nəsil yetişməsə, idman uğurlarını əldə etmək mümkün olmayacaq. Sağlam gənc nəsil ölkənin gələcək inkişafı üçün lazımdır.” Dövlət başçısı xüsusilə gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyətinə diqqət çəkib: “Bizim siyasətimizin əsas istiqamətlərindən biri də gəncləri sağlam ruhda, vətənpərvərlik ruhunda tərbiyə etməkdir.” Cənab Prezident qeyd edib ki, idman gənclərin həm fiziki hazırlığının, həm də mənəvi dəyərlərinin formalaşmasında mühüm vasitədir. Ölkə başçısı çıxışında son illərdə əldə edilmiş tarixi Qələbənin idmançıların məsuliyyətini daha da artırdığını vurğulayıb: “Hər dəfə bizim idmançılarımız Dövlət Bayrağını beynəlxalq yarışlarda qaldıranda hər birimiz qürur hissi keçiririk.” Dövlət başçısı bildirib ki, idmançılar beynəlxalq arenalarda müzəffər xalqın nümayəndələri kimi çıxış edirlər: “Onlar müzəffər xalqın nümayəndələri kimi yarışlarda iştirak edirlər.”
Cənab Prezident İlham Əliyev 2025-ci ildə ölkəmizdə keçirilmiş mühüm beynəlxalq yarışlara da toxunub. Xüsusilə III MDB Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu vurğulayan dövlət başçısı qeyd edib ki, bu yarışlar bir neçə şəhəri əhatə etməklə Azərbaycanın imkanlarını nümayiş etdirib. Eyni zamanda, Bakıda ilk dəfə keçirilmiş UFC turniri və Formula 1 yarışlarının ölkənin beynəlxalq imicinin möhkəmləndirilməsində mühüm rol oynadığı diqqətə çatdırılıb. Cənab Prezident İlham Əliyev çıxışında gələcək planlardan da danışaraq, Qusarda Şahdağ Xizək Kurortunda keçiriləcək Xizək üzrə Dünya Kubokunun əhəmiyyətini xüsusi vurğulayıb. Dövlət başçısı bu yarışın Azərbaycanın qış idmanı sahəsində beynəlxalq mövqeyini gücləndirəcəyini bildirib. Çıxışda Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi də xüsusi qeyd olunub. Cənab Prezident İlham Əliyev bu statusun Azərbaycanda idman sahəsində görülən işlərə verilən beynəlxalq qiymət olduğunu bildirib və əlavə edib ki, Azərbaycan bu ada layiq qalacaq.
2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasim bir daha göstərdi ki, Azərbaycanda idman sahəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Cənab Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər ölkədə idmanın davamlı inkişafının təmin ediləcəyini, idmançıların və mütəxəssislərin bundan sonra da dövlət tərəfindən yüksək qiymətləndiriləcəyini təsdiqlədi. Bu yanaşma Azərbaycanın beynəlxalq idman arenalarında mövqelərinin daha da möhkəmlənəcəyinə və yeni uğurların əldə olunacağına əsaslı zəmin yaradır.
David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
31 Dekabr 14:42
Dünya
31 Dekabr 14:18
Dünya
31 Dekabr 13:49
Dünya
31 Dekabr 13:25
Hadisə
31 Dekabr 12:41
Sosial
31 Dekabr 12:16
Dünya
31 Dekabr 12:03
Sosial
31 Dekabr 11:51
Siyasət
31 Dekabr 11:44
Siyasət
31 Dekabr 11:43
Gündəm
31 Dekabr 11:20
Siyasət
31 Dekabr 10:59
Sosial
31 Dekabr 10:35
İqtisadiyyat
31 Dekabr 10:12
Siyasət
31 Dekabr 10:02
MEDİA
31 Dekabr 09:54
Analitik
31 Dekabr 09:30
Ədəbiyyat
31 Dekabr 09:17
İqtisadiyyat
31 Dekabr 08:51
Mədəniyyət
31 Dekabr 08:26
YAP xəbərləri
30 Dekabr 22:59
Gündəm
30 Dekabr 21:45
YAP xəbərləri
30 Dekabr 21:00
YAP xəbərləri
30 Dekabr 20:30
YAP xəbərləri
30 Dekabr 20:25
YAP xəbərləri
30 Dekabr 19:29
İqtisadiyyat
30 Dekabr 19:27
Sosial
30 Dekabr 18:26
Hadisə
30 Dekabr 17:45
YAP xəbərləri
30 Dekabr 16:48
Maraqlı
30 Dekabr 16:43
Dünya
30 Dekabr 16:39
YAP xəbərləri
30 Dekabr 16:01
YAP xəbərləri
30 Dekabr 15:56
Dünya
30 Dekabr 15:27
YAP xəbərləri
30 Dekabr 15:12
Hərbi
30 Dekabr 15:02
Sosial
30 Dekabr 15:01
İqtisadiyyat
30 Dekabr 15:00
Siyasət
30 Dekabr 14:59
Sosial
30 Dekabr 14:58
Dünya
30 Dekabr 14:45
Dünya
30 Dekabr 14:16
Sosial
30 Dekabr 13:56
Dünya
30 Dekabr 13:49
Dünya
30 Dekabr 13:24
Siyasət
30 Dekabr 13:23
Sosial
30 Dekabr 13:05
Siyasət
30 Dekabr 12:54
İqtisadiyyat
30 Dekabr 12:51
Gündəm
30 Dekabr 12:30
Gündəm
30 Dekabr 12:17
Siyasət
30 Dekabr 11:53
Siyasət
30 Dekabr 11:31
İqtisadiyyat
30 Dekabr 11:18
YAP xəbərləri
30 Dekabr 11:03
İqtisadiyyat
30 Dekabr 10:58
Xəbər lenti
30 Dekabr 10:44
Analitik
30 Dekabr 10:39
İqtisadiyyat
30 Dekabr 10:15
Analitik
30 Dekabr 08:57
Analitik
30 Dekabr 08:32
Müsahibə
30 Dekabr 08:19
Dünya
30 Dekabr 07:51
Dünya
30 Dekabr 07:49
Siyasət
30 Dekabr 00:39
Sosial
29 Dekabr 23:56
YAP xəbərləri
29 Dekabr 23:37
Siyasət
29 Dekabr 22:58
YAP xəbərləri
29 Dekabr 22:39

