Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / ABŞ gələn il qanunsuz miqrantların deportasiyasını artıracaq

ABŞ gələn il qanunsuz miqrantların deportasiyasını artıracaq

29.12.2025 [11:37]

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi 2026-cı ildə qanunsuz miqrantların ölkədən deportasiyasının miqyasını artıracağına vəd verib.

AZƏRTAC xəbər verir ki, nazirlik bu barədə özünün sosial media hesabında yazıb. “Bir ildən az müddət ərzində 2,5 milyondan çox qanunsuz miqrant ölkədən çıxarılıb. Bu, nailiyyət ABŞ Prezidenti Donald Tramp və daxili təhlükəsizlik naziri Kristi Noem tərəfindən görülən qətiyyətli tədbirlər sayəsində əldə edilib və bu, yalnız başlanğıcdır”, - deyə Daxili Təhlükəsizlik Nazirliyi bildirib.

Qurum rəhbərliyi hesab edir ki, Donald Tramp administrasiyası vəzifəsinin ilk ilində miqrantların deportasiyası yolu ilə daxili təhlükəsizliyin gücləndirilməsi və daxili əmək bazarının qorunması kimi əsas seçki vədlərindən birini yerinə yetirib.

Qeyd edək ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp vəzifəyə başlamadan əvvəl təxminən 25 milyon qanunsuz miqrantın ölkəyə daxil olduğunu bildirib. Andiçmə mərasimindən sonra ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan edən dövlət başçısı Birləşmiş Ştatların tarixində qeyri-qanuni mühacirlərin ən böyük deportasiya əməliyyatını həyata keçirmək niyyətində olduğunu vurğulayıb.

Paylaş:
Baxılıb: 86 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Milli birlik bayramı!

31 Dekabr 11:20

Siyasət

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Rekord sayda medal!

30 Dekabr 12:17  

İqtisadiyyat

İqtisadiyyat

8 illik xidmət...

30 Dekabr 10:58

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31