Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Belqradda tikinti meydançasından 500 kiloqramlıq bomba tapılıb

Belqradda tikinti meydançasından 500 kiloqramlıq bomba tapılıb

29.12.2025 [08:31]

Serbiyanın paytaxtı Belqradda İkinci dünya müharibəsi dövrünə aid 500 kiloqramlıq aviabomba aşkar edilib.

AZƏRTAC xəbər verir ki, bomba şəhərin mərkəzindəki tikinti meydançasında qazıntı zamanı üzə çıxıb.

ABŞ istehsalı olan bombanın 1944-cü ildə Belqradın alman faşistlərindən təmizlənməsi zamanı atıldığı məlum olub. Partlamamış sursatın ərazidən götürülməsi üçün ətrafdakı sakinlər təxliyə olunub. Bomba xüsusi konvoyla Belqraddan 180 kilometr kənara aparılıb. Onun həftə sonu zərərsizləşdiriləcəyi gözlənilir.

Qeyd edək ki, Serbiyada vaxtaşırı olaraq İkinci dünya müharibəsi və 1999-cu ildə Belqradın bombalanması zamanı istifadə edilmiş sursatlar tapılır.

Paylaş:
Baxılıb: 88 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Milli birlik bayramı!

31 Dekabr 11:20

Siyasət

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Rekord sayda medal!

30 Dekabr 12:17  

İqtisadiyyat

İqtisadiyyat

8 illik xidmət...

30 Dekabr 10:58

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31