Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ağdərədə yollar xüsusi texnikalarla təmizlənir

Ağdərədə yollar xüsusi texnikalarla təmizlənir

28.12.2025 [15:40]

Ağdərə rayonuna güclü qar yağıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, intensiv qar yağışı bəzi istiqamətlərdə hərəkətdə qismən çətinliklər yaratsa da, xidmətin balansında olan xüsusi texnikalar vasitəsilə avtomobil yolları operativ şəkildə qardan təmizlənib. Yol infrastrukturu nəzarətdə saxlanılır, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə yollara qum və buz əleyhinə maddələr səpilib.

Görülən tədbirlər nəticəsində avtomobillərin hərəkəti tam təmin olunub. Mövcud hava şəraitinə baxmayaraq, rayon ərazisində elektrik enerjisi, təbii qaz və içməli su təchizatında hər hansı problem qeydə alınmayıb. Əhali fasiləsiz olaraq kommunal xidmətlərlə təmin edilir. Hazırda aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Paylaş:
Baxılıb: 117 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Milli birlik bayramı!

31 Dekabr 11:20

Siyasət

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Rekord sayda medal!

30 Dekabr 12:17  

İqtisadiyyat

İqtisadiyyat

8 illik xidmət...

30 Dekabr 10:58

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31