Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Tusk: Avropa liderləri Tramp–Zelenski görüşündən sonra yenidən görüşəcəklər

Tusk: Avropa liderləri Tramp–Zelenski görüşündən sonra yenidən görüşəcəklər

28.12.2025 [16:22]

Avropa liderləri ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında dekabrın 28-də Floridada keçiriləcək görüşdən sonra Ukrayna məsələsinə dair əlavə bir görüş keçirməyi planlaşdırırlar.

AZƏRTAC xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk X sosial şəbəkəsində paylaşım edib.

“Görüşdən sonra müzakirələri davam etdirəcəyik”, – deyə Tusk yazıb.

O, həmçinin bildirib ki, bu gün baş tutan telefon danışıqları zamanı Avropa liderləri sülh yolu ilə nizamlanmada əsas məsələnin Kiyev üçün təhlükəsizlik zəmanətləri olacağı qənaətinə gəliblər.

Ağ Evin açıqladığı cədvələ əsasən, Donald Tramp Volodimir Zelenski ilə dekabrın 28-də yerli vaxtla saat 15:00-da Florida ştatının Palm-Biç şəhərində görüşəcək. Görüş Trampın həftə sonlarını keçirdiyi şəxsi iqamətgahı olan Mar-a-Laqo kurortunun yaxınlığında baş tutacaq.

Paylaş:
Baxılıb: 126 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Milli birlik bayramı!

31 Dekabr 11:20

Siyasət

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Rekord sayda medal!

30 Dekabr 12:17  

İqtisadiyyat

İqtisadiyyat

8 illik xidmət...

30 Dekabr 10:58

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31