Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İlon Mask: ABŞ təkpartiyalı dövlətə çevrilə bilər

İlon Mask: ABŞ təkpartiyalı dövlətə çevrilə bilər

28.12.2025 [12:17]

Amerikalı milyarder İlon Mask ABŞ-ın təkpartiyalı dövlətə çevrilmək təhlükəsi ilə üzləşdiyini bəyan edib.

AZƏRTAC-ın məlumatına görə, o, bu barədə X sosial şəbəkəsində paylaşım edib.

“Radikal solçular uzun müddətdir ki, çoxlu sayda qanunsuz (bəzi hallarda qanuni) immiqrantı ölkəyə gətirmək və saxlamaqla seçkilərdə qalib gəlmək, demokratiyanı məhv etmək və Amerikanı təkpartiyalı dövlətə çevirmək məqsədilə saxta hökumət proqramlarından istifadə edirlər. Bu prosesi nə qədər dərindən araşdırsanız, vergi pullarınızın nəyə xərcləndiyini və bunun qarşısı alınmasa, verdiyiniz səslərin heç bir əhəmiyyət daşımayacağını görərək dəhşətə gələrsiniz.

Bunun ən bariz nümunəsi isə tarixən demək olar ki, heç bir somalilinin yaşamadığı Minnesota ştatında Somali səsvermə blokunun İlhan Öməri ABŞ Konqresinə seçməsidir. Eyni proses Avropa, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyada da müşahidə olunur”, – deyə Mask vurğulayıb.

Paylaş:
Baxılıb: 129 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Milli birlik bayramı!

31 Dekabr 11:20

Siyasət

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Rekord sayda medal!

30 Dekabr 12:17  

İqtisadiyyat

İqtisadiyyat

8 illik xidmət...

30 Dekabr 10:58

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31