Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir

Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir

26.12.2025 [14:19]

“AZCON Holding”in şirkətlərindən olan “Bakı Metropoliteni” QSC vaqon parkında ehtiyat tədbirləri gücləndirmək və sərnişin tələbatına uyğunlaşdırmaq məqsədilə Bənövşəyi xətdə 5 vaqonlu qatar tərkiblərinə keçid edib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, bir müddət öncə Bənövşəyi xətdə intervalın “Avtovağzal–Xocəsən” sahəsində 16 dəqiqədən 10 dəqiqəyə, “Avtovağzal–8 Noyabr” sahəsində isə 8 dəqiqədən 5 dəqiqəyədək azaldılması nəticəsində qatarların hərəkət intensivliyi artırılıb, sərnişinlərin vaxta qənaət etməsi və ümumi rahatlığın yüksəldilməsi təmin olunub.

“Günün müxtəlif vaxtlarında sərnişin tələbatı və axını monitorinq edilib. Aparılan təhlillər göstərib ki, xidmət keyfiyyətinə təsir etmədən bir sıra texniki yeniliklərin tətbiqi mümkündür. Dəyişiklik vaqon parkında ehtiyat tədbirlərini artırmaqla yanaşı, texniki xidmətin keyfiyyətinin və imkanların genişləndirilməsinə şərait yaradır. Bu, eyni zamanda vaqon parkına baxış, qulluq, xidmət və təmir proseslərinin daha operativ və planlı şəkildə həyata keçirilməsini təmin edəcək. Bənövşəyi xətdə monitorinqlər davamlı olaraq aparılacaq. Sərnişin tələbatı artacağı və zərurət yaranacağı təqdirdə stansiya platdormalarının texniki imkanlarına uyğun olaraq yeddi vaqonlu qatar tərkibləri formalaşdırılması təmin ediləcək”, - deyə məlumatda qeyd olunur.

Paylaş:
Baxılıb: 119 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Milli birlik bayramı!

31 Dekabr 11:20

Siyasət

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Rekord sayda medal!

30 Dekabr 12:17  

İqtisadiyyat

İqtisadiyyat

8 illik xidmət...

30 Dekabr 10:58

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31