Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İslandiyada dekabr ayı üzrə temperatur rekordu qeydə alınıb

İslandiyada dekabr ayı üzrə temperatur rekordu qeydə alınıb

26.12.2025 [12:48]

İslandiyada Milad ərəfəsində dekabr ayı üzrə temperatur rekordu qeydə alınıb.

AZƏRTAC İslandiyanın RUV ictimai radiosuna istinadla xəbər verir ki, yerli vaxtla saat 23:00 radələrində İslandiyanın şərq sahilində yerləşən Seydisfyordyur adlı kiçik yaşayış məntəqəsində havanın temperaturu yay göstəricilərinə çataraq 19,8 dərəcə olub.

Meteoroloji müşahidələrin bütün tarixi ərzində altı il əvvəl qeydə alınmış əvvəlki rekord 0,1 dərəcə fərqlə üstələnib.

İslandiya Meteorologiya İnstitutunun meteoroloqları bu rekordu isti hava kütlələrinin və güclü küləyin dağlıq ərazilərdə fen effekti yaratması ilə izah edirlər. Bu effekt zamanı hava aşağı enərkən qızır.

Meteoroloqlar bildiriblər ki, hazırda ölkə üzərindən keçən bu qeyri-adi isti hava kütləsi fonunda İslandiyanın şərqində temperaturun daha da yüksəlməsi istisna edilmir.

Paylaş:
Baxılıb: 128 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Milli birlik bayramı!

31 Dekabr 11:20

Siyasət

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Rekord sayda medal!

30 Dekabr 12:17  

İqtisadiyyat

İqtisadiyyat

8 illik xidmət...

30 Dekabr 10:58

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31