Əlcəzair parlamentindən Fransaya zərbə
26.12.2025 [10:30]
Fransanın müstəmləkə siyasətinin cinayət kimi tanınması haqda qanun qəbul olunub
Özünü demokratiyanın beşiyi kimi təqdim etməyə çalışan Fransanın, əslində, tarixən müxtəlif xalqlara qarşı müstəmləkəçilik siyasəti həyata keçirdiyi bütün dünyaya məlumdur.
Fransa bir sıra xalqları hələ də öz müstəmləkəsi altında saxlayır. Bu dövlətin müstəmləkəçilik siyasətinin tarixi yüz illərə gedib çıxır.
Kolonializm siyasəti Fransanın gerçək üzüdür
Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal altına alan, sərvətlərini talan edən, xalqlarını uzun illər ərzində əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törədib, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyub. Bütövlükdə, Fransanın müstəmləkəçilik siyasəti həmin xalqlara yaxşı heç nə gətirməyib. Onlar sivilizasiyadan geri qalıblar, sərvətləri talanıb Fransaya daşınan ölkələr asılı vəziyyətə düşüblər, diskriminasiya nəticəsində yerli xalqlar milli kimliklərini itirmək təhlükəsi ilə üzləşiblər.
Fransa istilalar sayəsində Afrikanın qərbində və şimalında 20-dən çox ölkəni öz təsir dairəsinə qatmağa nail olub. Afrikanın ərazilərinin təxminən 35 faizi 300 il ərzində tamamilə Fransanın nəzarətində qalıb. Təbii ki, zaman ötdükcə Fransa müstəmləkəçilik siyasətində müəyyən forma dəyişiklikləri etmək məcburiyyətində qalıb. Ancaq zaman və forma dəyişsə də, ənənəvi müstəmləkəçilik neokolonializmlə əvəzlənsə də, bu siyasətin mahiyyəti dəyişməyib. Fransa Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırımı üçün məsuliyyət daşıyır.
Bu ölkənin müstəmləkəçilik siyasətindən ən çox əziyyət çəkənlər arasında Əlcəzair xalqı da var. Tarixi məlumatlara görə, Fransa Əlcəzairdə XVII əsrdən XIX əsrin 30-cu illərinədək 4 milyon nəfərdən çox, təkcə 1890-cı ildə isə 2 milyon 500 min insanı qətlə yetirib. Fransızlar bu ölkədə yerli sakinləri ərəb kimliyindən və islamdan imtina edərək Fransa təbəəliyini güc yolu ilə qəbul etdirməyə çalışıblar.
Əlcəzair xalqına qarşı törədilən cinayətlər İkinci Dünya müharibəsi başa çatandan sonra da davam etdirilib. Belə ki, 1945-ci ildə Fransa qoşunları Əlcəzairin Setif və Guelma qəsəbələrində 45 mindən çox günahsız insanı qanına qəltan edib. Qanlı “keçmişi”ni unutmaq üçün rəsmi Paris son üç əsrdə törətdiyi soyqırımları ilə bağlı arxiv sənədlərini məhv etsə də, 140 il ərzində öz azadlığı uğrunda mübarizə aparan əlcəzairlilərin qətli faktını gizlətmək mümkün olmayıb.
Yeni qanun Fransadan təzminat tələb edir
1966-1996-cı illərdə isə Fransa Əlcəzairdə 210 dəfə nüvə sınağı həyata keçirib. Əlcəzair hökumətinin məlumatına əsasən, nüvə sınaqları zamanı 18 min hərbçi və mülki şəxsə ziyan dəyib. Nüvə sınaqlarından zərərçəkənlərin əksəriyyəti sonrakı bir neçə il ərzində həyatlarını itiriblər. 2010-cu ildə Fransada nüvə sınaqları qurbanlarına təzminatın ödənilməsi barədə qanun qəbul edilsə də, rəsmi Paris yalnız 20 nəfərə kompensasiya verib.
Əlbəttə, Fransa törətdiyi cinayətlərə görə cavab verməlidir. Yeri gəlmişkən, Əlcəzairin Xalq Milli Assambleyası dekabrın 24-də Fransanın Əlcəzairdəki müstəmləkəçilik siyasətini cinayət kimi tanıyan qanun layihəsini yekdilliklə qəbul edib. Təxminən 30 maddədən ibarət olan sənəd plenar iclasda bütün deputatların iştirakı ilə səsə qoyulub və tam razılıqla təsdiqlənib.
Qanun layihəsi beynəlxalq hüququn prinsiplərinə və Əlcəzair Konstitusiyasına əsaslanır. Sənəd xalqların öz müqəddəratını təyinetmə hüququnu, tarixi ədalətin bərpasını və müstəmləkə cinayətlərinin cəzasız qalmamasını ön plana çəkir. Layihə 1830-cu il iyunun 14-dən 1962-ci il iyulun 5-dək Fransanın Əlcəzairdə həyata keçirdiyi müstəmləkə siyasətini, eləcə də onun birbaşa və dolayı nəticələrini cinayət kimi qiymətləndirir. Müzakirələrdən sonra sənədə bir sıra dəyişikliklər edilib. Müstəmləkə cinayətləri sırasına dövlətə qarşı təcavüz, mülki əhalinin qətli, işgəncə, qadağan olunmuş silahlardan istifadə və yerli əhaliyə qarşı ayrı-seçkilik xarakterli faktlar da daxil edilib. O cümlədən Əlcəzair səhrasında aparılan nüvə sınaqları da qanunla cinayət hesab olunur.
Fransa Əlcəzairdən üzr istəyəcəkmi?
Şimali Afrika ölkəsi keçmiş metropoliyadan müstəmləkəçilik keçmişinə görə rəsmi üzr istəməsini və təzminat ödənilməsini tələb edəcək. Bildirilib ki, Fransanın müstəmləkə hakimiyyəti əhaliyə ərəb dilində təhsil almağı qadağan edib, məcburi xristianlaşdırma aparıb və Birinci və İkinci dünya müharibələri dövründə minlərlə əlcəzairlini Fransa Silahlı Qüvvələrinin sıralarına kütləvi şəkildə səfərbər edib. Qanunda qeyd olunur ki, “Fransanın Əlcəzairdəki müstəmləkəçiliyi insanı, siyasi, iqtisadi və mədəni dəyərləri pozan dövlət cinayətidir”. Eyni zamanda, Əlcəzair dövlətinin bu dövrə aid tarixi faktların üzə çıxarılması və yayılması üçün çalışacağı vurğulanır.
Qeyd edək ki, müstəmləkəçiliyin qanunla cinayət kimi tanınması ideyası Əlcəzairdə ilk dəfə 1984-cü ildə ortaya çıxsa da, uzun illər müxtəlif maneələrlə üzləşib. Sonrakı illərdə - 2001, 2005, 2006, 2017, 2020 və 2021-ci illərdə də oxşar təşəbbüslər irəli sürülüb. Sözügedən qanunun qəbulu isə Əlcəzair və Fransa arasında 2024-cü ilin yayından bəri davam edən diplomatik böhran fonunda baş verir. Tarixi müstəmləkə irsi iki ölkə arasında münasibətləri uzun illərdir gərgin saxlayır. Əlcəzair rəsmi Parisdən müstəmləkə dövründə törədilmiş cinayətlərin tanınmasını tələb etsə də, Fransa bu çağırışlara indiyədək müsbət cavab verməyib.
Əlcəzair Fransanın işğalı altında 130 ildən çox qalıb. 1962-ci ildə milli-azadlıq müharibəsi nəticəsində ölkə müstəqillik qazanıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
31 Dekabr 13:25
Hadisə
31 Dekabr 12:41
Sosial
31 Dekabr 12:16
Dünya
31 Dekabr 12:03
Sosial
31 Dekabr 11:51
Siyasət
31 Dekabr 11:44
Siyasət
31 Dekabr 11:43
Gündəm
31 Dekabr 11:20
Siyasət
31 Dekabr 10:59
Sosial
31 Dekabr 10:35
İqtisadiyyat
31 Dekabr 10:12
Siyasət
31 Dekabr 10:02
MEDİA
31 Dekabr 09:54
Analitik
31 Dekabr 09:30
Ədəbiyyat
31 Dekabr 09:17
İqtisadiyyat
31 Dekabr 08:51
Mədəniyyət
31 Dekabr 08:26
YAP xəbərləri
30 Dekabr 22:59
Gündəm
30 Dekabr 21:45
YAP xəbərləri
30 Dekabr 21:00
YAP xəbərləri
30 Dekabr 20:30
YAP xəbərləri
30 Dekabr 20:25
YAP xəbərləri
30 Dekabr 19:29
İqtisadiyyat
30 Dekabr 19:27
Sosial
30 Dekabr 18:26
Hadisə
30 Dekabr 17:45
YAP xəbərləri
30 Dekabr 16:48
Maraqlı
30 Dekabr 16:43
Dünya
30 Dekabr 16:39
YAP xəbərləri
30 Dekabr 16:01
YAP xəbərləri
30 Dekabr 15:56
Dünya
30 Dekabr 15:27
YAP xəbərləri
30 Dekabr 15:12
Hərbi
30 Dekabr 15:02
Sosial
30 Dekabr 15:01
İqtisadiyyat
30 Dekabr 15:00
Siyasət
30 Dekabr 14:59
Sosial
30 Dekabr 14:58
Dünya
30 Dekabr 14:45
Dünya
30 Dekabr 14:16
Sosial
30 Dekabr 13:56
Dünya
30 Dekabr 13:49
Dünya
30 Dekabr 13:24
Siyasət
30 Dekabr 13:23
Sosial
30 Dekabr 13:05
Siyasət
30 Dekabr 12:54
İqtisadiyyat
30 Dekabr 12:51
Gündəm
30 Dekabr 12:30
Gündəm
30 Dekabr 12:17
Siyasət
30 Dekabr 11:53
Siyasət
30 Dekabr 11:31
İqtisadiyyat
30 Dekabr 11:18
YAP xəbərləri
30 Dekabr 11:03
İqtisadiyyat
30 Dekabr 10:58
Xəbər lenti
30 Dekabr 10:44
Analitik
30 Dekabr 10:39
İqtisadiyyat
30 Dekabr 10:15
Analitik
30 Dekabr 08:57
Analitik
30 Dekabr 08:32
Müsahibə
30 Dekabr 08:19
Dünya
30 Dekabr 07:51
Dünya
30 Dekabr 07:49
Siyasət
30 Dekabr 00:39
Sosial
29 Dekabr 23:56
YAP xəbərləri
29 Dekabr 23:37
Siyasət
29 Dekabr 22:58
YAP xəbərləri
29 Dekabr 22:39
YAP xəbərləri
29 Dekabr 22:30
YAP xəbərləri
29 Dekabr 22:21
Hadisə
29 Dekabr 22:17

