Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Mərkəzi Bank yenilənmiş 50 manatlıq pul nişanları tədavülə buraxıb

Mərkəzi Bank yenilənmiş 50 manatlıq pul nişanları tədavülə buraxıb

25.12.2025 [12:08]

Bu gündən Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) sədri Taleh Tahir oğlu Kazımovun imzasının əks olunduğu yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır.

AZƏRTAC AMB-yə istinadla xəbər verir ki, imza pul nişanının ön tərəfindən sol yuxarı küncdə təsvir edilib. Kağız pul nişanının üzərində, həmçinin “2025” istehsal ili əks olunub.

Yenilənmiş 50 manatlıq əsginasın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.

Qeyd edək ki, yenilənmiş 50 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaqdır.

Pulun ön və arxa tərəfinin təsvirləri əlavə olunur.

Paylaş:
Baxılıb: 136 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Milli birlik bayramı!

31 Dekabr 11:20

Siyasət

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Rekord sayda medal!

30 Dekabr 12:17  

İqtisadiyyat

İqtisadiyyat

8 illik xidmət...

30 Dekabr 10:58

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31