Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib
24.12.2025 [22:27]
Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində YAP Tərtər rayon təşkilatı və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qətiyyətli siyasi lider, Müzəffər Ali Baş Komandandır” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, şəhid ailələri, qazi və müharibə veteranları, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, İƏD-i üzrə nümayəndələr, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzi meydanda ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Tədbir rayon icra hakimiyyətinin iclas zalında davam etdirilib.
Dövlət himni səsləndirildikdən sonra Azərbaycan Respublikası Prezidentinin siyasi fəaliyyətinin əks etdirən film nümayiş etdirilib.
Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov müasir Azərbaycanın inkişaf yolundan, respublika prezidentinin rəhbərliyi ilə ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzdan, söz sahibi olmasından, siyasətdə və iqtisadiyyatda qazanılan uğurlardan, Vətən müharibəsində qazanılan tarixi qələbədən bəhs edərək, bildirib ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Qeyd edilib ki, dövlət başçısının apardığı prisipial maraqlara əsaslanan siyasət xalq-lider birliyinin bariz nümunəsidir, xalq hər zaman onun apardığı siyasəti dəstəkləyir.
Azərbaycan xalqı tarixi nailiyyətlərin və zəfərlərin müəllifi olan Prezident İlham Əliyev kimi Lideri ilə hər zaman qürur duyur. Çünki Azərbaycan xalqı sözü ilə əməli bir-birini tamamlayan Prezident İlham Əliyevə güvənir. Azərbaycan Prezidentinin sözləri və əməlləri isə Onun xalqın dəstəyindən güc alan lider olduğunu nümayiş etdirir. Elə xalq-lider birliyi, vəhdəti Azərbaycanın həmrəylik və qüvvət simvolu kimi “Dəmir yumruq” ifadəsində də öz rəmzi mənasını tapır. Regionun lider dövlətinin Lideri xalqımızın qürur mənbəyi, ümid yeri və güvən ünvanı olmaqla yanaşı, adını dünya tarixinə əbədi yazdırmış fenomendir!
Sonra YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, ”Azərbaycan Bayrağı “ ordenli Vətən müharibəsi veteranı Elnur Salahov və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə İş sektorunun müdiri Orxan Fəxrəddinov çıxış ediblər. Çıxışlarda bir fikir vurğulanıb : “Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev qətiyyətli siyasi lider, Müzəffər Ali Baş Komandandır”.
Xəbər lenti
Hamısına baxDünya
31 Dekabr 13:25
Hadisə
31 Dekabr 12:41
Sosial
31 Dekabr 12:16
Dünya
31 Dekabr 12:03
Sosial
31 Dekabr 11:51
Siyasət
31 Dekabr 11:44
Siyasət
31 Dekabr 11:43
Gündəm
31 Dekabr 11:20
Siyasət
31 Dekabr 10:59
Sosial
31 Dekabr 10:35
İqtisadiyyat
31 Dekabr 10:12
Siyasət
31 Dekabr 10:02
MEDİA
31 Dekabr 09:54
Analitik
31 Dekabr 09:30
Ədəbiyyat
31 Dekabr 09:17
İqtisadiyyat
31 Dekabr 08:51
Mədəniyyət
31 Dekabr 08:26
YAP xəbərləri
30 Dekabr 22:59
Gündəm
30 Dekabr 21:45
YAP xəbərləri
30 Dekabr 21:00
YAP xəbərləri
30 Dekabr 20:30
YAP xəbərləri
30 Dekabr 20:25
YAP xəbərləri
30 Dekabr 19:29
İqtisadiyyat
30 Dekabr 19:27
Sosial
30 Dekabr 18:26
Hadisə
30 Dekabr 17:45
YAP xəbərləri
30 Dekabr 16:48
Maraqlı
30 Dekabr 16:43
Dünya
30 Dekabr 16:39
YAP xəbərləri
30 Dekabr 16:01
YAP xəbərləri
30 Dekabr 15:56
Dünya
30 Dekabr 15:27
YAP xəbərləri
30 Dekabr 15:12
Hərbi
30 Dekabr 15:02
Sosial
30 Dekabr 15:01
İqtisadiyyat
30 Dekabr 15:00
Siyasət
30 Dekabr 14:59
Sosial
30 Dekabr 14:58
Dünya
30 Dekabr 14:45
Dünya
30 Dekabr 14:16
Sosial
30 Dekabr 13:56
Dünya
30 Dekabr 13:49
Dünya
30 Dekabr 13:24
Siyasət
30 Dekabr 13:23
Sosial
30 Dekabr 13:05
Siyasət
30 Dekabr 12:54
İqtisadiyyat
30 Dekabr 12:51
Gündəm
30 Dekabr 12:30
Gündəm
30 Dekabr 12:17
Siyasət
30 Dekabr 11:53
Siyasət
30 Dekabr 11:31
İqtisadiyyat
30 Dekabr 11:18
YAP xəbərləri
30 Dekabr 11:03
İqtisadiyyat
30 Dekabr 10:58
Xəbər lenti
30 Dekabr 10:44
Analitik
30 Dekabr 10:39
İqtisadiyyat
30 Dekabr 10:15
Analitik
30 Dekabr 08:57
Analitik
30 Dekabr 08:32
Müsahibə
30 Dekabr 08:19
Dünya
30 Dekabr 07:51
Dünya
30 Dekabr 07:49
Siyasət
30 Dekabr 00:39
Sosial
29 Dekabr 23:56
YAP xəbərləri
29 Dekabr 23:37
Siyasət
29 Dekabr 22:58
YAP xəbərləri
29 Dekabr 22:39
YAP xəbərləri
29 Dekabr 22:30
YAP xəbərləri
29 Dekabr 22:21
Hadisə
29 Dekabr 22:17

