Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Cənubi Koreyada müxalifət partiyanın lideri parlamentdə 24 saat çıxış edib

Cənubi Koreyada müxalifət partiyanın lideri parlamentdə 24 saat çıxış edib

24.12.2025 [13:59]

Cənubi Koreya Milli Məclisinin müxalif Vətəndaş Gücü Partiyası fraksiyasının lideri Çan Don Hök qiyam barədə iş ilə bağlı tribunal layihəsi üzrə səsvermənin qarşısını almaq üçün parlamentində 24 saat danışaraq rekorda imza atıb.

AZƏRTAC xəbər verir ki, qanun layihəsinin ilkin versiyası hüquqi dairələrin tənqidinə səbəb olduğu üçün yenidən baxılaraq Koreya Respublikasının Milli Məclisinə təqdim edilib. Plenar iclasda kürsüyə qalxan Çan Don Hökün 24 saat davam edən çıxışı prosedur qaydalarına istinad edən digər üzvlərin səs çoxluğu ilə dayandırılıb.

Hakim “Toburo” partiyası tərəfindən təqdim edilən və azı iki hakim qrupundan ibarət tribunalın yaradılmasını nəzərdə tutan qanun layihəsi Çan Don Hökün cəhdinə baxmayaraq qəbul edilib. Cənubi Koreya parlamentinin 300 üzvündən 175-i sənədin lehinə səs verib. Tribunal ölkədə hərbi vəziyyətlə bağlı hadisələrdə iştirak edən şəxslərin işinə baxacaq.

Xatırladaq ki, 2024-cü il dekabrın 3-də Koreyanın sabiq Prezidenti Yun Sok Yol ölkədəki KXDR tərəfdarları ilə mübarizə aparmağın zəruriliyini əsas gətirərək hərbi vəziyyət rejimi elan edib. Cənubi Koreya prokurorluğu onu qiyamda günahlandıraraq vəzifədən kənarlaşdırıb.

Paylaş:
Baxılıb: 130 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Milli birlik bayramı!

31 Dekabr 11:20

Siyasət

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Rekord sayda medal!

30 Dekabr 12:17  

İqtisadiyyat

İqtisadiyyat

8 illik xidmət...

30 Dekabr 10:58

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31