Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ötən gün 33 cinayətin açılması təmin edilib

Ötən gün 33 cinayətin açılması təmin edilib

24.12.2025 [12:17]

Dekabrın 23-də ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 224, o cümlədən borclu şəxs qismində axtarışda olan 194, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 və dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqədar 6 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 17,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Eləcə də qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib. Polis əməkdaşları paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 7 tüfəng, 2 patron darağı və 1312 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər də saxlanılıb.

Paylaş:
Baxılıb: 158 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Milli birlik bayramı!

31 Dekabr 11:20

Siyasət

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Rekord sayda medal!

30 Dekabr 12:17  

İqtisadiyyat

İqtisadiyyat

8 illik xidmət...

30 Dekabr 10:58

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31