Milli təhlükəsizlik üçün...
24.12.2025 [08:35]
Vaşinqton Qrenlandiyanın ilhaqı ilə bağlı hərəkətə keçdi
Ötən ilin sonundan beynəlxalq gündəmə daxil olan “Qrenlandiyi məsələsi” daha ciddi müstəviyə daşınır. Belə ki, ABŞ-ın adanı öz yuridiksiyasına qatmaq fikrində ciddi olması ortaya çıxır. Prezident Tramp adanın hakimiyyəti ilə birbaşa əlaqələr qurmaq üçün Luiziana ştatınının respublikaçı qubernatoru Ceff Lendrini ABŞ-ın Qrenlandiya üzrə xüsusi elçisi təyin edib. Bu barədə Tramp “Truth Social” sosial media hesabında bildirib. O qeyd edib ki, “Lendri Qrenlandiyanın milli təhlükəsizliyimiz üçün nə qədər vacib olduğunu başa düşür. O, dünyanın təhlükəsizliyini, mühafizəsini və yaşamasını təmin etməkdə millətimizin maraqlarını fəal şəkildə irəli aparacaq”.
Yeni elçi...
Tramp vurğulayıb ki, Biz Qrenlandiyanı əldə etməliyik. O bildirib ki, bu ərazi ABŞ-a vacib minerallar deyil, milli təhlükəsizlik üçün lazımdır. Lendri isə deyib ki, onun üçün Qrenlandiyanı ABŞ-ın bir hissəsinə çevirmək böyük şərəfdir və bu təyinat onun qubernator kimi işinə təsir göstərməyəcək. Qeyd edək ki, Ağ Ev Trampın 2024-cü ildə Luiziananın qubernatoru olan 54 yaşlı respublikaçını bu vəzifəyə niyə təyin etdiyinin izahını verməyib. İnzibati ərazi olaraq Luiziana və Qrenlandiyanın mərkəzləri arasındakı hava yolu təxminən 4600 kilometrə bərabərdir. Qrenlandiyaya daha yaxın olan şimal ştatlarının qubernatorları isə əsasən demokratlardandır. Xarici media yazır ki, ənənəvi olaraq, Ağ Ev beynəlxalq böhranlar və mürəkkəb danışıqlar zamanı xüsusi elçilər təyin edir.
Adalılar müstəqillik istəyir, amma...
Qeyd edək ki, Qrenlandiya Danimarkanın hüquqi yurisdiksiyasına daxil olan və dünyanın ən böyük adasıdır. Arktikada yerləşən muxtar bölgənin böyük hissəsi buzla örtülüdür. Qrenlandiyada əsasən adanın yerli inuitləri olan cəmi 57.000 nəfər yaşayır. 2025-ci il üçün ictimai rəy sorğuları göstərir ki, qrenlandiyalıların əksəriyyəti Danimarkadan müstəqillik tələb edir - amma onlar ABŞ-a birləşmənin tərəfdarı deyillər.
İkinci prezidentlik müddətinin əvvəlindən bəri Donald Tramp dəfələrlə Qrenlandiyanı ilhaq etməklə bağlı planlarını açıqlayıb və bunu milli təhlükəsizlik amili ilə əlaqələndirib. 2025-ci ilin mart ayında NATO-nun baş katibi Mark Rutte ilə görüşündə ABŞ prezidenti Qrenlandiyanın mümkün ilhaqı ilə bağlı suala cavab olaraq bildirmişdi ki, “düşünürəm ki, bu baş verəcək”.
Danimarka etiraz edir...
Danimarkanın Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın Qrenlandiya üzrə xüsusi nümayəndə təyin etməsindən sonra bu ölkənin Danimarkadakı səfiri Ken Hauerini nazirliyə çağırıb. Bu barədə ölkənin xarici işlər naziri Lars Lokke Rasmussen TV 2 telekanalına müsahibəsində bildirib. Nazirin sözlərinə görə, yaxın vaxtlarda səfirlə görüş keçiriləcək və rəsmi Kopenhagen iki əsas tələblə çıxış edəcək: məsələyə aydınlıq gətirilməsi və ABŞ tərəfinin izahat verməsi. Rasmussen Danimarka Krallığının suverenliyinin şübhə altına alınmasının qəbuledilməz olduğunu vurğulayıb.
Danimarka hökumətinin başçısı Yens-Frederik Nilsen isə bildirib ki, ABŞ-ın xüsusi nümayəndə təyin etməsi mövcud vəziyyəti dəyişmir və Qrenlandiya qrenlandiyalıların ərazisi olaraq qalır. “Biz yenidən ABŞ prezidentinin Qrenlandiya ilə bağlı yeni bəyanatı ilə oyandıq. Xüsusi nümayəndənin təyinatı böyük addım kimi görünə bilər, amma bizim üçün heç nəyi dəyişmir. Qrenlandiya qrenlandiyalılara məxsusdur və ərazi bütövlüyünə hörmət edilməlidir. Biz ABŞ da daxil olmaqla digər ölkələrlə əməkdaşlığa açığıq”, - deyə Nilsen “Facebook” hesabında yazıb.
Aİ də münasibət bildirib
Qeyd edək ki, Avropa İttifaqı da ABŞ-ın yeni təyinatına münasibət bildirib. “Reuters” agentliyinin verdiyi məlumata görə, Avropa Komissiyasının (AK) sözçüsü Anouar El Anouni bildirib ki, “Danimarka Krallığının ərazi bütövlüyünün, onun suverenliyinin və sərhədlərinin bütövlüyünün qorunması Avropa İttifaqı üçün həyati əhəmiyyət kəsb edir”.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
31 Dekabr 14:42
Dünya
31 Dekabr 14:18
Dünya
31 Dekabr 13:49
Dünya
31 Dekabr 13:25
Hadisə
31 Dekabr 12:41
Sosial
31 Dekabr 12:16
Dünya
31 Dekabr 12:03
Sosial
31 Dekabr 11:51
Siyasət
31 Dekabr 11:44
Siyasət
31 Dekabr 11:43
Gündəm
31 Dekabr 11:20
Siyasət
31 Dekabr 10:59
Sosial
31 Dekabr 10:35
İqtisadiyyat
31 Dekabr 10:12
Siyasət
31 Dekabr 10:02
MEDİA
31 Dekabr 09:54
Analitik
31 Dekabr 09:30
Ədəbiyyat
31 Dekabr 09:17
İqtisadiyyat
31 Dekabr 08:51
Mədəniyyət
31 Dekabr 08:26
YAP xəbərləri
30 Dekabr 22:59
Gündəm
30 Dekabr 21:45
YAP xəbərləri
30 Dekabr 21:00
YAP xəbərləri
30 Dekabr 20:30
YAP xəbərləri
30 Dekabr 20:25
YAP xəbərləri
30 Dekabr 19:29
İqtisadiyyat
30 Dekabr 19:27
Sosial
30 Dekabr 18:26
Hadisə
30 Dekabr 17:45
YAP xəbərləri
30 Dekabr 16:48
Maraqlı
30 Dekabr 16:43
Dünya
30 Dekabr 16:39
YAP xəbərləri
30 Dekabr 16:01
YAP xəbərləri
30 Dekabr 15:56
Dünya
30 Dekabr 15:27
YAP xəbərləri
30 Dekabr 15:12
Hərbi
30 Dekabr 15:02
Sosial
30 Dekabr 15:01
İqtisadiyyat
30 Dekabr 15:00
Siyasət
30 Dekabr 14:59
Sosial
30 Dekabr 14:58
Dünya
30 Dekabr 14:45
Dünya
30 Dekabr 14:16
Sosial
30 Dekabr 13:56
Dünya
30 Dekabr 13:49
Dünya
30 Dekabr 13:24
Siyasət
30 Dekabr 13:23
Sosial
30 Dekabr 13:05
Siyasət
30 Dekabr 12:54
İqtisadiyyat
30 Dekabr 12:51
Gündəm
30 Dekabr 12:30
Gündəm
30 Dekabr 12:17
Siyasət
30 Dekabr 11:53
Siyasət
30 Dekabr 11:31
İqtisadiyyat
30 Dekabr 11:18
YAP xəbərləri
30 Dekabr 11:03
İqtisadiyyat
30 Dekabr 10:58
Xəbər lenti
30 Dekabr 10:44
Analitik
30 Dekabr 10:39
İqtisadiyyat
30 Dekabr 10:15
Analitik
30 Dekabr 08:57
Analitik
30 Dekabr 08:32
Müsahibə
30 Dekabr 08:19
Dünya
30 Dekabr 07:51
Dünya
30 Dekabr 07:49
Siyasət
30 Dekabr 00:39
Sosial
29 Dekabr 23:56
YAP xəbərləri
29 Dekabr 23:37
Siyasət
29 Dekabr 22:58
YAP xəbərləri
29 Dekabr 22:39

