Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bölgələrdə yeni DOST mərkəzləri tikilir

Bölgələrdə yeni DOST mərkəzləri tikilir

23.12.2025 [20:49]

Hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda DOST xidmətləri infrastrukturunun qurulması üçün layihə, təmir-tikinti işləri aparılır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclasında qeyd olunub.

Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə ötən dövrdə DOST Agentliyi, Bakı şəhərində, Abşeron və Bərdə rayonlarında 7 DOST Mərkəzi, Zəngilanın Ağalı kəndində “Smart DOST” məntəqəsi, Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialı, Kəlbəcər və Füzuli DOST məntəqələri istifadəyə verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının sosial xidmətlərin “bir pəncərə”dən, müasir, çevik və tam şəffaf mexanizmlərlə təqdim olunmasına imkan yaratdığı vurğulanıb. DOST mərkəzlərində ötən dövrdə 4 milyondan çox vətəndaşa xidmət göstərildiyi, həmin xidmətlərdən vətəndaş məmnunluğunun 98,7 faiz olduğu qeyd edilib.

Ölkəmizin hər bir bölgəsinin DOST xidmətləri ilə əhatə olunacağı diqqətə çatdırılıb.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov agentliyin fəaliyyəti ilə bağlı 2025-ci il üzrə hesabatı təqdim edib. İclasda agentliyin fəaliyyət istiqamətləri üzrə görülən işlər, strateji hədəflər və prioritet məsələlər müzakirə olunub.

Paylaş:
Baxılıb: 149 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Milli birlik bayramı!

31 Dekabr 11:20

Siyasət

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Rekord sayda medal!

30 Dekabr 12:17  

İqtisadiyyat

İqtisadiyyat

8 illik xidmət...

30 Dekabr 10:58

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31