Ümummilli Liderin layiqli davamçısı Müzəffər Ordunun Ali Baş Komandanı kimi tarixə düşdü
23.12.2025 [14:20]
Tarixən böyük və möhtəşəm imperiyalar yaratmış Azərbaycan xalqı XX əsrdə əldə etdiyi müstəqilliyi qısa zamanda itirsə də, elə həmin əsrdə müstəqilliyini bərpa etdi. Lakin Azərbaycan Respublikasında daxili və xarici qüvvələrin fəaliyyəti nəticəsində dövlət müstəqilliyi təhlükə altına düşdü. Bərpa etdiyi müstəqilliyi itirmək istəməyən Azərbaycan xalqı XX əsrdə yetişdirdiyi dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevi dövlətin idarəçiliyində təmsil olunmağa dəvət etdi. Milli xilas missiyasını öz üzərinə götürən Ulu Öndər 1993-cü ildən həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində qısa müddətdə ölkəni düşmüş böhrandan və münaqişə vəziyyətindən çıxardı. Ömrünün qalan hissəsini xalqına həsr edən Ümummilli Liderin 1993-2003-cü illərdəki fəaliyyəti həm müstəqil Azərbaycan Respublikasını qorumaq, həm də onun bütün sahələrdə inkişafını təmin etmək siyasəti üzərində qurulmuşdu. Eyni zamanda həmin 10 il ərzində Ulu Öndər bu siyasətin davamlı olması üçün İlham Heydər oğlu Əliyevə idarəetmənin incəliklərini öyrətdi və Onu siyasi varisə xas xarakter əsasında yetişdirdi.
Zaman göstərdi ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın yaxın gələcəyi üçün nəzərdə tutduğu plan özünün uzaqgörənliyi və effektivliyi ilə uğurlu olub. Belə ki, hələ 42 yaşı tamam olmamasına baxmayaraq, prezident seçildiyi 2003-cü ildən etibarən ordu quruculuğu məsələlərini dövlət siyasətinin prioriteti kimi müəyyən edən Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən illər ərzində ölkədə güclü iqtisadiyyat və qüdrətli ordu yaradılıb. Beynəlxalq münasibətlər sahəsində önəmli uğurlar əldə edilib. Onun planlı və ardıcıl şəkildə gördüyü işlər Azərbaycan Ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəldib. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət göstərilib və böyük nailiyyətlər əldə edilib.
Bu siyasətin uğurlu olmasını Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin düşmən üzərində Şanlı Qələbə çalaraq tarixi nailiyyətə imza atması sübut etdi. Belə ki, Azərbaycan Respublikasının 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyü bərpa edildi, xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşa azad olundu. Son 200 illik tarixində xalqımız və dövlətimiz ilk dəfə olaraq, qələbə qazanaraq, itirdiyi torpaqları geri alaraq, tarixi ədaləti bərpa etməyə müvəffəq oldu. Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu.
2023-cü il sentyabrın 19-da başlayan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda həyata keçirilən və 20 sentyabrda başa çatan lokal xarakterli antiterror tədbirlərindən sonra vaxtilə işğal edilən kənd və yaşayış məntəqələrimiz də nəzarətə alındı, Azərbaycan Respublikasının ərazi bütövülüyü və suverenliyi tam təmin olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndidə, Xocalıda, Ağdərədə, Əsgəranda və Xocavənddə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Bütün bunlara nəzər saldıqdan sonra biz bu gün tam əminliklə deyə bilərik ki, bu Şanlı Qələbənin kökündə şəxsiyyət faktoru, dekabrın 24-də ömrünün müdriklik çağının 65-ci ilinə qədəm qoyan Əvəzsiz Lider – İlham Əliyev fenomeni dayanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının Lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin dağıtdığı işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu gün bu dahi şəxsiyyətin siyasəti nəticəsində azad edilmiş torpaqlarda şəhər və yaşayış məntəqələrinin yenidən bərpası işləri sürətlə aparılır və Böyük Qayıdış prosesi davamlı olaraq həyata keçirilir.
Sonda vurğulamaq yerinə düşər ki, son 5 ildə əldə edilən davamlı uğurlarla Ümummilli Liderin layiqli davamçısı Müzəffər Ordunun Ali Baş Komandanı kimi tarixə düşdü. Belə ki, Ulu Öndər tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci ildə Vətən müharibəsində qazanılan Tarixi Zəfərdən sonra da yeni dünya nizamının çağırışlarına cavab verən daxili və xarici siyasət yürüdərək dövlətin beynəlxalq arenada siyasi nüfuz və iqtisadi gücünün artmasına nail oldu.
Zamir HÜSEYNOV,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
31 Dekabr 13:25
Hadisə
31 Dekabr 12:41
Sosial
31 Dekabr 12:16
Dünya
31 Dekabr 12:03
Sosial
31 Dekabr 11:51
Siyasət
31 Dekabr 11:44
Siyasət
31 Dekabr 11:43
Gündəm
31 Dekabr 11:20
Siyasət
31 Dekabr 10:59
Sosial
31 Dekabr 10:35
İqtisadiyyat
31 Dekabr 10:12
Siyasət
31 Dekabr 10:02
MEDİA
31 Dekabr 09:54
Analitik
31 Dekabr 09:30
Ədəbiyyat
31 Dekabr 09:17
İqtisadiyyat
31 Dekabr 08:51
Mədəniyyət
31 Dekabr 08:26
YAP xəbərləri
30 Dekabr 22:59
Gündəm
30 Dekabr 21:45
YAP xəbərləri
30 Dekabr 21:00
YAP xəbərləri
30 Dekabr 20:30
YAP xəbərləri
30 Dekabr 20:25
YAP xəbərləri
30 Dekabr 19:29
İqtisadiyyat
30 Dekabr 19:27
Sosial
30 Dekabr 18:26
Hadisə
30 Dekabr 17:45
YAP xəbərləri
30 Dekabr 16:48
Maraqlı
30 Dekabr 16:43
Dünya
30 Dekabr 16:39
YAP xəbərləri
30 Dekabr 16:01
YAP xəbərləri
30 Dekabr 15:56
Dünya
30 Dekabr 15:27
YAP xəbərləri
30 Dekabr 15:12
Hərbi
30 Dekabr 15:02
Sosial
30 Dekabr 15:01
İqtisadiyyat
30 Dekabr 15:00
Siyasət
30 Dekabr 14:59
Sosial
30 Dekabr 14:58
Dünya
30 Dekabr 14:45
Dünya
30 Dekabr 14:16
Sosial
30 Dekabr 13:56
Dünya
30 Dekabr 13:49
Dünya
30 Dekabr 13:24
Siyasət
30 Dekabr 13:23
Sosial
30 Dekabr 13:05
Siyasət
30 Dekabr 12:54
İqtisadiyyat
30 Dekabr 12:51
Gündəm
30 Dekabr 12:30
Gündəm
30 Dekabr 12:17
Siyasət
30 Dekabr 11:53
Siyasət
30 Dekabr 11:31
İqtisadiyyat
30 Dekabr 11:18
YAP xəbərləri
30 Dekabr 11:03
İqtisadiyyat
30 Dekabr 10:58
Xəbər lenti
30 Dekabr 10:44
Analitik
30 Dekabr 10:39
İqtisadiyyat
30 Dekabr 10:15
Analitik
30 Dekabr 08:57
Analitik
30 Dekabr 08:32
Müsahibə
30 Dekabr 08:19
Dünya
30 Dekabr 07:51
Dünya
30 Dekabr 07:49
Siyasət
30 Dekabr 00:39
Sosial
29 Dekabr 23:56
YAP xəbərləri
29 Dekabr 23:37
Siyasət
29 Dekabr 22:58
YAP xəbərləri
29 Dekabr 22:39
YAP xəbərləri
29 Dekabr 22:30
YAP xəbərləri
29 Dekabr 22:21
Hadisə
29 Dekabr 22:17

