/ / “Heydər Əliyev irsi və Prezident İlham Əliyevin uğurlu dövlətçilik fəaliyyəti” mövzusunda tədbir keçirilib
“Heydər Əliyev irsi və Prezident İlham Əliyevin uğurlu dövlətçilik fəaliyyəti” mövzusunda tədbir keçirilib
22.12.2025 [14:33]
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının təşkilatçılığı ilə Bərdə rayonunun Zümürxan kəndində fəaliyyət göstərən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində olan Kəlbəcər rayon 80 nömrəli tam orta məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Heydər Əliyev irsi və Prezident İlham Əliyevin uğurlu dövlətçilik fəaliyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirib ki, YAP Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi, zəngin dövlətçilik təcrübəsi və milli ideologiyası əsasında yaranmış, bu gün isə Prezident İlham Əliyevin liderliyi ilə ölkənin aparıcı və qalib siyasi qüvvəsi kimi fəaliyyət göstərir. Qeyd olunub ki, “Konstitusiya və Suverenlik İli” Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, hüquqi dövlət prinsiplərinin və milli suverenliyin daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.Məktəbin direktoru və Ərazi Partiya təşkilatının sədri Qabil Həsənəliyev çıxışında vurğulayıb ki, Heydər Əliyev ideyaları YAP-ın ideoloji əsasını təşkil etməklə yanaşı, müasir Azərbaycan dövlətinin inkişaf strategiyasının təməlini formalaşdırır. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların ölkəmizin siyasi sabitliyinin, sosial-iqtisadi inkişafının və beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət etdiyini diqqətə çatdırıb.Tədbirdə çıxış edən məktəbin müəllimlərindən Kamil İsayev, Oktay Salahov, Gülzandə Salahova və digərləri qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli qurtuluş ideologiyası bu gün Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində Zəfər ideologiyası ilə tamamlanıb.Çıxışlarda vurğulanıb ki, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə Yeni Azərbaycan Partiyasının daim xalqın yanında olan siyasətinin və güclü lider–güclü dövlət konsepsiyasının real təcəssümüdür.Eyni zamanda bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış Proqramının uğurla icrası YAP-ın proqram sənədlərində əksini tapmış strateji hədəflərin ardıcıl şəkildə reallaşdırıldığını nümayiş etdirir. Azad edilmiş ərazilərdə müasir təhsil müəssisələrinin inşa olunması, təhsil infrastrukturunun yenilənməsi partiyanın gələcəyə yönəlik siyasətinin mühüm tərkib hissəsidir.Çıxışlarda xüsusi vurğulanıb ki, Yeni Azərbaycan Partiyası hər zaman gənclərin milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə və Heydər Əliyev ideyalarına sədaqət ruhunda yetişməsini prioritet vəzifə kimi müəyyən edib. Bu baxımdan təhsil müəssisələrində keçirilən ideoloji-maarifləndirici tədbirlər YAP-ın cəmiyyətlə sıx təmasda olan siyasi təşkilat kimi rolunu daha da gücləndirir.
Sonda qeyd olunub ki, bu cür tədbirlər Yeni Azərbaycan Partiyasının ideoloji xəttinin təbliği, Heydər Əliyev irsinin qorunması və Prezident İlham Əliyevin uğurlu dövlətçilik siyasətinin geniş ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.Sonda rayonun ictimai-siyasi həyatında və Partiyanın fəaliyyətində fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
31 Dekabr 13:25
Hadisə
31 Dekabr 12:41
Sosial
31 Dekabr 12:16
Dünya
31 Dekabr 12:03
Sosial
31 Dekabr 11:51
Siyasət
31 Dekabr 11:44
Siyasət
31 Dekabr 11:43
Gündəm
31 Dekabr 11:20
Siyasət
31 Dekabr 10:59
Sosial
31 Dekabr 10:35
İqtisadiyyat
31 Dekabr 10:12
Siyasət
31 Dekabr 10:02
MEDİA
31 Dekabr 09:54
Analitik
31 Dekabr 09:30
Ədəbiyyat
31 Dekabr 09:17
İqtisadiyyat
31 Dekabr 08:51
Mədəniyyət
31 Dekabr 08:26
YAP xəbərləri
30 Dekabr 22:59
Gündəm
30 Dekabr 21:45
YAP xəbərləri
30 Dekabr 21:00
YAP xəbərləri
30 Dekabr 20:30
YAP xəbərləri
30 Dekabr 20:25
YAP xəbərləri
30 Dekabr 19:29
İqtisadiyyat
30 Dekabr 19:27
Sosial
30 Dekabr 18:26
Hadisə
30 Dekabr 17:45
YAP xəbərləri
30 Dekabr 16:48
Maraqlı
30 Dekabr 16:43
Dünya
30 Dekabr 16:39
YAP xəbərləri
30 Dekabr 16:01
YAP xəbərləri
30 Dekabr 15:56
Dünya
30 Dekabr 15:27
YAP xəbərləri
30 Dekabr 15:12
Hərbi
30 Dekabr 15:02
Sosial
30 Dekabr 15:01
İqtisadiyyat
30 Dekabr 15:00
Siyasət
30 Dekabr 14:59
Sosial
30 Dekabr 14:58
Dünya
30 Dekabr 14:45
Dünya
30 Dekabr 14:16
Sosial
30 Dekabr 13:56
Dünya
30 Dekabr 13:49
Dünya
30 Dekabr 13:24
Siyasət
30 Dekabr 13:23
Sosial
30 Dekabr 13:05
Siyasət
30 Dekabr 12:54
İqtisadiyyat
30 Dekabr 12:51
Gündəm
30 Dekabr 12:30
Gündəm
30 Dekabr 12:17
Siyasət
30 Dekabr 11:53
Siyasət
30 Dekabr 11:31
İqtisadiyyat
30 Dekabr 11:18
YAP xəbərləri
30 Dekabr 11:03
İqtisadiyyat
30 Dekabr 10:58
Xəbər lenti
30 Dekabr 10:44
Analitik
30 Dekabr 10:39
İqtisadiyyat
30 Dekabr 10:15
Analitik
30 Dekabr 08:57
Analitik
30 Dekabr 08:32
Müsahibə
30 Dekabr 08:19
Dünya
30 Dekabr 07:51
Dünya
30 Dekabr 07:49
Siyasət
30 Dekabr 00:39
Sosial
29 Dekabr 23:56
YAP xəbərləri
29 Dekabr 23:37
Siyasət
29 Dekabr 22:58
YAP xəbərləri
29 Dekabr 22:39
YAP xəbərləri
29 Dekabr 22:30
YAP xəbərləri
29 Dekabr 22:21
Hadisə
29 Dekabr 22:17

