Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qızılın qiyməti bahalaşaraq yeni rekord müəyyən edib

Qızılın qiyməti bahalaşaraq yeni rekord müəyyən edib

22.12.2025 [13:50]

Federal Ehtiyatlar Sisteminin pul-kredit siyasətini yumşaltması, həmçinin ABŞ və Venesuela arasında gərginlik fonunda qızılın unsiyasının qiyməti 4380 dolları ötərək yeni rekord müəyyən edib.

AZƏRTAC xəbər verir ki, bu gün keçirilən ticarət əməliyyatlarında qızılın unsiyasının spot qiyməti 1,1 faiz artaraq 4386 dollara çatıb. Qızılla yanaşı, digər qiymətli metalların da qiymətində artım müşahidə olunur. Belə ki, gümüşün qiyməti 2,6 faiz, platinin qiyməti 3,9 faiz, palladiumun qiyməti isə 4,5 faiz bahalaşıb.

Bazar iştirakçıları Birləşmiş Ştatların əmək bazarındakı zəifliyi göstərən məlumatlar fonunda Federal Ehtiyat Sisteminin 2026-cı ildə əsas faiz dərəcələrini ardıcıl olaraq iki dəfə azaldacağını gözləyirlər. Aşağı faiz dərəcələri qiymətli metallara, xüsusən də qızıla investisiyaların cəlbediciliyini artırır.

Həmçinin ABŞ ordusunun Venesuelaya qarşı dəniz blokadasının sərtləşdirilməsi təhlükəsiz sığınacaq aktivi kimi nəzərdən keçirilən qızıla tələbatı daha da yüksəldir.

Paylaş:
Baxılıb: 143 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Milli birlik bayramı!

31 Dekabr 11:20

Siyasət

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Rekord sayda medal!

30 Dekabr 12:17  

İqtisadiyyat

İqtisadiyyat

8 illik xidmət...

30 Dekabr 10:58

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31