Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan şahmatçısı: Dünya çempionatında inanılmaz nəticəyə imza atdıq

Azərbaycan şahmatçısı: Dünya çempionatında inanılmaz nəticəyə imza atdıq

22.12.2025 [13:05]

Bu il mənim üçün gərgin və maraqlı keçdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın qadın şahmatçısı Gövhər Beydullayeva deyib.

O, 2025-ci ilə uğurlu start verdiyini xatırladıb: “Azərbaycan çempionatında ikinci yerə layiq görüldüm. Tanınmış ictimai-siyasi xadim Qənirə Paşayevanın xatirəsinə həsr olunan beynəlxalq şahmat turnirində üçüncü oldum. Serbiyada təşkil edilən klublararası Avropa çempionatında gümüş medal qazandım. Bizim üçün ilin ən böyük yarışı İspaniyadakı dünya çempionatı idi. Son anda bu turrnirə qatıldıq. Hər gün iki tur oynamaq bizi daha da gərginləşdirirdi. Sonda isə ikinci olduq. Bu, bizim üçün inanılmaz nəticə idi”.

Gənc şahmatçı 2026-cı ildəki gözləntilərindən də danışıb: “Hədəflər barədə çox danışmağı xoşlamıram. Amma gələn il bizi Şahmat Olimpiadası gözləyir. Bu yarışda heç vaxt medalımız olmayıb. İlkə imza atmaq istəyirik. Əlbəttə ki, məqsədlərimdən biri də reytinqimi yüksəltməkdir”.

Paylaş:
Baxılıb: 130 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Milli birlik bayramı!

31 Dekabr 11:20

Siyasət

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Rekord sayda medal!

30 Dekabr 12:17  

İqtisadiyyat

İqtisadiyyat

8 illik xidmət...

30 Dekabr 10:58

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31