Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Avtomobilin partlaması nəticəsində Rusiya ordusunun generalı həlak olub

Avtomobilin partlaması nəticəsində Rusiya ordusunun generalı həlak olub

22.12.2025 [13:21]

Moskva şəhərinin cənubunda avtomobilin partlaması nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat hazırlığı idarəsinin rəisi general-leytenant Fanil Sərvərov həlak olub.

AZƏRTAC Rusiya İstintaq Komitəsinə istinadən xəbər verir ki, partlayıcı qurğu general-leytenanta məxsus avtomobilin altında yerləşdirilib. Hadisə dekabrın 22-si səhər Yasenevaya küçəsində baş verib.

Medianın məlumatına görə, 56 yaşlı zərərçəkəndə çoxsaylı qəlpə yaraları, qapalı sınıqlar, ayaq yaraları və üz sümüyü sınığı qeydə alınıb.

Müstəntiqlər və məhkəmə ekspertləri hadisə yerinə baxış keçirir, tezliklə partlayıcı maddələrin ekspertizası təyin olunacaq. Baş verən hadisə ilə bağlı cinayət işi açılıb. İstintaq baş verənlərlə bağlı müxtəlif versiyalar üzərində işləyir.

Paylaş:
Baxılıb: 146 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Milli birlik bayramı!

31 Dekabr 11:20

Siyasət

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Rekord sayda medal!

30 Dekabr 12:17  

İqtisadiyyat

İqtisadiyyat

8 illik xidmət...

30 Dekabr 10:58

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31