Tarix yazan və adını tarixə yazdıran lider
22.12.2025 [12:33]
Müasir müstəqil Azərbaycanın qurucusu və xalqımızın xilaskarı dahi Heydər Əliyev Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev haqqında demişdir: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bəli, bu sözlər hələ 22 il öncə sözü imzası qədər dəyərli olan mahir diplomatın, hərbi strategiyası parlaq Qələbə ilə nəticələnən tarixi Sərkərdəmizin-qalib xalqın,qalib lideri olan İlham Əliyevin uzaqgörənliyini və onun yüksək liderlik keyfiyyətlərini təsdiq etmişdi.
Prezident İlham Əliyev... Bu adı eşidəndə, bir tarixçi, siyasi fəaliyyətlə məşğul olan şəxs və ən əsası bir vətəndaş kimi iftixar hissi keçirdiyimi və bu adın nəinki region və ya cəmiyyətimiz üçün, hətta bütün dünya liderləri və ölkələri üçün nümunə olduğunu, bir sözlə, onun siyasi və şəxsi nöqteyi-nəzərdən portiret cizgilərinin böyük mənalar kəsb etdiyini qürurla vurğulamaq istəyirəm. İlham Əliyev- Milli lider, müzəffər tarixi Sərkərdə, mahir strateq, güclü diplomat, yüksək insani və liderlik keyfiyyətlərini özündə təcəssüm etdirən fenomen şəxsiyyətdir.! O lider ki, Azərbaycan xalqının qəlbinə və yaddaşına əbədi olaraq həkk olunan şanlı və şərəfli tariximizin müəllifidir. O lider ki, sadəcə xalqımızın 30 illik yurd həsrətinə deyil,həmçinin əldə etdiyi parlaq Qələbə nəticəsində Ermənistan təcavüzkarlarının əsrlərdir davam edən işğalçılıq siyasətinə son qoymaqla məhz onlara havadarlıq edən riyakar qüvvələrin də məkirli planlarını iflasa uğratmışdır. O lider ki, Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyanla keçirdiyi beynəlxalq səviyyəli görüşlərdə, baş nazir daxil olmaqla, Ermənistanın bütün tarixiçi və siyasətçilərinə sözün həqiqi mənasında əsl tarix dərsi keçib, Azərbaycanın ədalətli mövqeyini tarixi faktlar əsasında layiqincə diqtə etməyi bacardı. O lider ki, Cənubi Qafqaz regionuna davamlı və dayanıqlı sülhün gəlməsi naminə bütün bilik və bacarıqlarını səfərbər edib, Qarabağı azadlığına qovuşdurdu və bir əsrdir həsrətlə baxdığımız doğma yurdumuza-Zəngəzur mahalına günəş kimi işıq saldı və bununla da bizim-qədim Azərbaycan torpaqlarının əzəli sahiblərinin haqq-ədalətə əsaslandığını bütün dünyaya nümayiş etdirdi. O lider ki, Valday diskussiyası və Münhen konfransı kimi əhəmiyyətli müstəvilərdə Azərbaycanın milli mövqeyini tarixi qaynaqlara(toponimlər,oykonimlər,xəritələr və.s) istinadən bütün dünya ictimaiyyətinə peşəkarcasına çatdırıb, tarixi ədaləti bərpa edəcəyinə söz verdi və nəhayət 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində yenilməz Azərbaycan Ordusu ilə birgə Zəfər Zirvəsini fəth etdi. 2023-cü ilin 15 oktyabr tarixində isə bütün erməni seperatizmini darmadağın edərək, doğma Xanakəndi şəhərində Azərbaycanın Dövlət Bayrağını milli ruhumuzun dolaşdığı Qarabağın səmasına ucaltdı və sözünün imzası qədər dəyərli olduğunu əyani şəkildə sübuta yetirdi. O lider ki, beynəlxalq aləmdə dünya ölkələrinin rəhbərləri-dövlət və hökümət başçıları da Onu ən mükəmməl şəxsiyyət və müdrik prezident kimi qəbul edir. Türkiyə Respublikasının prezidenti R.T.Ərdoğanın “Vətən müharibəsi müddətində müxtəlif təxribatlara baxmayaraq, İlham qardaşım qətiyyətli və soyuqqanlı liderlik nümayiş etdirərək Zəfərin baş memarı oldu”, ABŞ prezidenti D.Trampın “Mən Sizinlə, həqiqətən, fəxr edirəm. Siz çox gözəl insansınız, siz böyük lidersiniz" , Rusiya prezidenti V.Putinin “Mən onu uzun illərdir tanıyıram. Yüksək vəzifə tutan hər bir ləyaqətli insan kimi, onun həyatının əsas məqsədi, öz ölkəsini, Azərbaycan xalqını xoşbəxt görməkdir”, Serbiya prezidenti Aleksandr Vuçiçin “sözü imzası qədər kəsərli olan İlham Əliyev bu gün dünya liderləri arasında ən güvənilən, ən etibarlı şəxsiyyətlərdən biridir. Həqiqətən də çox xoşbəxtəm ki, Prezident Əliyevdən bu qədər şey öyrənə bilmişəm”, Macarıstan Baş naziri Viktor Orbanın "Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meyilliyik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm" və eləcə də digər liderlərin İlham Əliyev haqqında söylədiyi bu cür dəyərli fikirlər hörmətli və nüfuzlu liderimizin mükəmməl xarizmaya malik bənzərsiz Prezident olduğunu təsdiqləyir. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 22 il ərzində Azərbaycan saysız-hesabsız uğurlara imza atmışdır. Beynəlxalq təşkilatların müvafiq hesabatlarında sosial,iqtisadi,ictimai,siyasi və eləcə də digər sahələrdəki nailiyyətlərinə görə ölkəmiz bu gün dünyanın inkişaf etmiş ölkələri sırasındadır.
44 günlük Vətən müharibəsində və 2023-cü ilin antiterror tədbirlərində əldə etdiyimiz möhtəşəm Zəfərlə Prezident İlham Əliyev sadəcə XVIII əsrdən etibarən C.Qafqaza köçürülən erməni təcavüzkarlarının ərazi iddiasını və 200 illik əsarətini deyil, ümumilikdə onların Balkan yarmadası üzərindən Şərqi Anadolu və Suriya çöllərinə köç etmiş əcdadlarının 3 min ildir uydurduğu “böyük Ermənistan” mifologiysını darmadağın etdi! Məhz ona görə də İlham Əliyev kimi tarixi Sərkərdə və Liderlə eyni əsrdə yaşayıb, şanlı hadisələrə şahidlik etdiyim üçün çox xoşbəxtəm!
Beynəlxalq hüququn deyil, məhz güc amilinin əsas rol oynadığı və haqsız qarşıdurmaların höküm sürdüyü dünyada, regional və qlobal səviyyədə baş vermiş geosiyasi və geoiqtisadi dəyişikliklər fonunda, həmçinin informasiya cəbhəsində ölkəmizin maraqlarına qarşı yönəlmiş qərəzli xarici təzyiqlərin davam etdiyi bir dönəmdə Azərbaycanda milli təhlükəsizliyin və sabitliyin layiqincə təmin edilməsinə, eləcə də yurdumuzun hər diyarında şanlı bayrağımızın qürurla dalğalanmasına görə bizim hər birimiz tarixi Sərkərdəmizə-cənab İlham Əliyevə dərin minnətdarlıq hissini ifadə edirik. Bir sözlə, siyasi və tarixi nöqteyi-nəzərdən proseslərə obyektiv şəkildə baxaraq, müqayisəli təhlil apararaq, dünyada cərəyan edən neqativ hadisələr-müharibələr, qarşıdurmalar, terror və təxribat aktları fonunda müstəqil dövlətin müstəqil vətəndaşı kimi bütün səmimiyyətimlə bir şeyi arzulayıram: “Allah cənab İlham Əliyevi qorusun, O da bizi”.
Tural İsmayılov
YAP Yevlax rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
31 Dekabr 13:25
Hadisə
31 Dekabr 12:41
Sosial
31 Dekabr 12:16
Dünya
31 Dekabr 12:03
Sosial
31 Dekabr 11:51
Siyasət
31 Dekabr 11:44
Siyasət
31 Dekabr 11:43
Gündəm
31 Dekabr 11:20
Siyasət
31 Dekabr 10:59
Sosial
31 Dekabr 10:35
İqtisadiyyat
31 Dekabr 10:12
Siyasət
31 Dekabr 10:02
MEDİA
31 Dekabr 09:54
Analitik
31 Dekabr 09:30
Ədəbiyyat
31 Dekabr 09:17
İqtisadiyyat
31 Dekabr 08:51
Mədəniyyət
31 Dekabr 08:26
YAP xəbərləri
30 Dekabr 22:59
Gündəm
30 Dekabr 21:45
YAP xəbərləri
30 Dekabr 21:00
YAP xəbərləri
30 Dekabr 20:30
YAP xəbərləri
30 Dekabr 20:25
YAP xəbərləri
30 Dekabr 19:29
İqtisadiyyat
30 Dekabr 19:27
Sosial
30 Dekabr 18:26
Hadisə
30 Dekabr 17:45
YAP xəbərləri
30 Dekabr 16:48
Maraqlı
30 Dekabr 16:43
Dünya
30 Dekabr 16:39
YAP xəbərləri
30 Dekabr 16:01
YAP xəbərləri
30 Dekabr 15:56
Dünya
30 Dekabr 15:27
YAP xəbərləri
30 Dekabr 15:12
Hərbi
30 Dekabr 15:02
Sosial
30 Dekabr 15:01
İqtisadiyyat
30 Dekabr 15:00
Siyasət
30 Dekabr 14:59
Sosial
30 Dekabr 14:58
Dünya
30 Dekabr 14:45
Dünya
30 Dekabr 14:16
Sosial
30 Dekabr 13:56
Dünya
30 Dekabr 13:49
Dünya
30 Dekabr 13:24
Siyasət
30 Dekabr 13:23
Sosial
30 Dekabr 13:05
Siyasət
30 Dekabr 12:54
İqtisadiyyat
30 Dekabr 12:51
Gündəm
30 Dekabr 12:30
Gündəm
30 Dekabr 12:17
Siyasət
30 Dekabr 11:53
Siyasət
30 Dekabr 11:31
İqtisadiyyat
30 Dekabr 11:18
YAP xəbərləri
30 Dekabr 11:03
İqtisadiyyat
30 Dekabr 10:58
Xəbər lenti
30 Dekabr 10:44
Analitik
30 Dekabr 10:39
İqtisadiyyat
30 Dekabr 10:15
Analitik
30 Dekabr 08:57
Analitik
30 Dekabr 08:32
Müsahibə
30 Dekabr 08:19
Dünya
30 Dekabr 07:51
Dünya
30 Dekabr 07:49
Siyasət
30 Dekabr 00:39
Sosial
29 Dekabr 23:56
YAP xəbərləri
29 Dekabr 23:37
Siyasət
29 Dekabr 22:58
YAP xəbərləri
29 Dekabr 22:39
YAP xəbərləri
29 Dekabr 22:30
YAP xəbərləri
29 Dekabr 22:21
Hadisə
29 Dekabr 22:17

