Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Cənubi Afrikada silahlıların hücumu nəticəsində 10 nəfər öldürülüb

Cənubi Afrikada silahlıların hücumu nəticəsində 10 nəfər öldürülüb

21.12.2025 [23:30]

Cənubi Afrika Respublikasının Yohannesburq şəhəri yaxınlığında yerləşən bir bara silahlıların hücumu nəticəsində 10 nəfər qətlə yetirilib, 10 şəxs isə yaralanıb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, cinayətin motivləri hələ məlum deyil. Hadisə Cənubi Afrikanın iqtisadi paytaxtı olan Yohannesburqdan 40 kilometr məsafədə Bekiersdal qəsəbəsində baş verib.

Polisin məlumatına görə, təxminən 12 şübhəli şəxs sedan avtomobilləri ilə hərəkət edərək barın müştərilərinə atəş açıb və hadisə yerindən qaçıblar.

Cənubi Afrika mütəşəkkil cinayət və korrupsiya ilə mübarizə aparır.

Dekabrın 6-da silahlı şəxslər Pretoria şəhərində bir evə basqın edib və üç yaşlı bir uşaq da daxil olmaqla 11 nəfəri qətlə yetiriblər.

Paylaş:
Baxılıb: 172 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Milli birlik bayramı!

31 Dekabr 11:20

Siyasət

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Rekord sayda medal!

30 Dekabr 12:17  

İqtisadiyyat

İqtisadiyyat

8 illik xidmət...

30 Dekabr 10:58

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31