... Bir qab yal üçün sümsünən küçük
10.12.2025 [16:07]
Mərhum jurnalist, “Monitor” jurnalının baş redaktoru Əli Kərimlini belə xarakterizə edirdi
“Monitor” jurnalının 2002-ci il iyun buraxılışında “Xalq cəbhəsinin parıltısı və zırıltısı” adlı məqalə dərc olunub. Bu gün AXCP sədri Əli Kərimlinin həbsi ətrafında redikül müxalifətin ajiotaj yaratmaq, onu cəmiyyətə “mələk” simasında təqdim etmək cəhdlərini nəzərə alaraq həmin məqaləni ixtisarla dərc edirik. Bəri başdan bildirmək istəyirik ki, bu yazı Əli Kərimlinin xislətini, gerçək simasını açıb göstərən ştrixlərlə zəngindir. Qeyd edək ki, “Monitor” jurnalının mərhum redaktoru məqalədə Əli Kərimliyə “... Bir qab yal üçün sümsünən küçük” tərifini verib.
Əvvəlcə, zamanında “Monitor” jurnalı ilə bağlı yaşanan bir faciəvi hadisəni xatırlatmaq istərdik. AXCP sədri öz xislətinə uyğun olaraq jurnalın baş redaktoru Elmar Hüseynovun yaşadığı evin qarşısında qətlə yetirilməsindən siyasi dvidentlər qazanmaq istəyib. Belə ki, o, jurnalda iqtidar barəsində tənqidi yazıların dərc olunmasına əsaslanmaqla hipotez qurub və o iddiadan çıxış edib ki, baş redaktorun qətlinin sifarişi hakimiyyətdən gələ bilər. Lakin Elmar Hüseynovun yazılarını araşdırarkən məlum olur ki, mərhum baş redaktor ən kəskin tənqidlərini məhz müxalifət düşərgəsi, xüsusilə də Əli Kərimli barəsində qələmə alıb. Beləliklə də, Əli Kərimlinin “məntiqi” onun özünə qarşı çevrilir...
Məqalə AXCP-nin tarixinə qısa arayışla başlayır. Qeyd olunur ki, cəmiyyət həyatında iştirak edən kütləvi-siyasi təşkilatlardan heç biri Xalq Cəbhəsi Partiyası qədər gərgin diskussiyalar doğurmayıb. Bu da onunla əsaslandırılır ki, Elçibəyin ölmündən sonra Xalq Cəbhəsinin daxilində başlayan dağılma prosesi davamlı hal alıb. Partiyanın dağılması Elçibəyin çiyindaşlarının ünvanına kəskin və müəyyən qədər də haqlı ittihamların səsləndirlməsi ilə sonuclandı.
Məqalədə eks-prezidentin siyasi irsi haqqında danışarkən bu irsin ilk növbədə 1995-ci ildə yaradılmış Xalq Cəbhəsi Partiyası vasitəsilə qorunması və inkişaf etdirlməsinin nəzərddə tutulduğu vurğulanır. Odur ki, bu təşkilatın parıltısının və zırıltısının məqalədə prioritet olacağı əvvəlcədən diqqətə çatdırılır.
Yazının “Əks-inqilabdan doğulanlar” yarımbaşlığı altında Xalq Cəbhəsinin iki çöküş dövründən bəhs edilir. Bunlardan biri 20 Yanvar hadisələrindən, digəri isə Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra baş verib. “Prezident Elçibəyin qaçışı – məhz bu, hər bir cəbhəçi üçün biabırçı damğa olub, hərəkatın çöküşünə yol açdı. Öz istefasından bir neçə ay əvvəl Elçibəy Əli Kərimlini populyarlaşdırmağa başladı. Həmin məqamda cəbhənin “başına gələcək” müsibətləri mərhum Elçibəy təsəvvür edirdimi? Bu haqda ehtimal etmək qalır”.
Müəllif “Masson lojası”nın parıltısı” yarımbaşlığı altında Əli Kərimlinin ətrafından bəhs edir. Qeyd olunur ki, həmin vaxtlar ölkə mətbuatı AXCP rəhbərliyində gizli adı “Yurd” olan və özü də hakimiyyətlə sıx əlaqədə olan hansısa bir sirli qüvvə haqqında yazmağa başladı. Əli Kərimlinin ətrafında birləşən yeni cəbhəçi nəsil sanki “masson lojası”na bənzər sirli bir cəmiyyətə oxşamağa başlamışdı. Əli Kərimlinin inkar cəhdlərinə baxmayaraq, sonradan belə bir təşkilatın həqiqətən mövcud olduğu təsdiqlənib. Beləliklə də, Əli Kərimli “masson lojası” ilə birlikdə digər müxalifət partiyaları tərəfindən hakimiyyətlə separat sövdələşmələrdə ittiham edildi.
“Yurdçu massonlar” siyasi riyakarlığı udaraq hakimiyyətlə əməkdaşlığın mümkünlüyü haqqında daha bərkdən danışmağa başladılar. Müxalifət qalıqları Əli Kərimlini tamam-kamal satqınlıqda ittiham etdilər... Bu parçalanmanın başlanğıcı idi. Elçibəy heç nə olmamış kimi susurdu”, - deyə məqalədə bildirlir.
Məqalədə qeyd olunur ki, mahiyyətcə Elçibəyin ölümü cəbhəçi liderlərin və AXCP-dəki sualtı mərcan qayalarının qarşıdurmasını aşkarladı. O cümlədən həmin vaxtadək Əli Kərimlinin tərəfdarları olmuş bir çoxları liderlərinin hakimiyyətə loyallıqda çox uzağa getdiyini anlayaraq tələm- tələsik “mason lojası”nı tərk etdilər. Məqalədə o da qeyd olunur ki, bütün bu proseslər Əli Kərimliyə qarşı neqativ yüklənmiş protestçi elektoratın fikrinə də təsir elədi, bu isə parlament seçkilərindəki məğlubiyyətlə ifadə olundu. Əli Kərimlinin AXCP-si beş faizlik baryeri aşa bilmədi və bununla da tənqidin haqlı gülləbaranına tuş gəldi. Amma Əli Kərimli növbəti tula payından – bir neçə deputat mandatından yararlanmaq imkanını qaçımaq istəmir və sistemin içində olmaq üçün çabalar göstərirdi.
“Bir dəfə aldatdınsa...” yarımbaşlığı altında “maklavellist tülkü” Əli Kərimlinin perspektivin saxlanılması naminə çirkaba bulaşmış keçmişini yumalı olduğu vurğulanır.
“Q əməliyyatı və başqa sərgüzəştlər” yarımbaşlığı altında oxuyuruq: “Ə.Kərimli ən yaxın dostu və silahdaşından, çətin və taleyüklü günlərində özü qədər etibar etdiyi, bir vaxtlar irəli çəkdiyi keçmiş köməkçisindən ağır və arxadan zərbə alır.
Bir vaxtlar sirlər pərdəsinə bürünmüş cəbhəçilərin taleyini həll edən siyasətçi Əli Kərimlinin əvvəlki inamından nə qalıb? Azərbaycan müxalifətçilərinin yeni nəslinin ulduzu hansı vəziyyətdədir? Özünüz deyin.
Parıltıdan zırıltıya yol çox ağırdır. Siyyasətçi üçün miskinlik nə olan şeydir? Bəlkə, redikül cəbhədə yer alan müxalifətçilərin Əli Kərimliyə xitabən “bir qab yal üçün sümsünən küçük” demələri? Ya bəlkə ona zənginliyə - avtomobillərə, cangüdənlərə, əla mənzilə olan sevgisini tez-tez xatırlatmaları?
Hə, bunlar siyasi miskinlikdir. O, adamı həyatın dibinə salır, şərf və ləyaqətdən məhrum edir. Neçə ki, indi Əli Kərimli quyunun dibindədir, hətta çiyindaşları arasında belə nüfuzu palaz kimi yerlə bir olub.
“Yeni Azərbaycan”
Xəbər lenti
Hamısına baxİdman
20 Dekabr 23:32
İdman
20 Dekabr 22:18
Hadisə
20 Dekabr 21:20
Dünya
20 Dekabr 20:41
Hadisə
20 Dekabr 19:20
İqtisadiyyat
20 Dekabr 18:17
Siyasət
20 Dekabr 17:40
Siyasət
20 Dekabr 17:38
Dünya
20 Dekabr 16:35
Dünya
20 Dekabr 15:42
Dünya
20 Dekabr 15:17
İdman
20 Dekabr 14:50
Dünya
20 Dekabr 14:22
Dünya
20 Dekabr 13:45
Dünya
20 Dekabr 13:28
İqtisadiyyat
20 Dekabr 12:16
Siyasət
20 Dekabr 11:57
İqtisadiyyat
20 Dekabr 11:42
Siyasət
20 Dekabr 11:35
İqtisadiyyat
20 Dekabr 11:13
Analitik
20 Dekabr 10:59
MEDİA
20 Dekabr 10:38
Siyasət
20 Dekabr 10:16
Analitik
20 Dekabr 09:56
Analitik
20 Dekabr 09:32
Sosial
20 Dekabr 09:15
Sosial
20 Dekabr 08:52
Turizm
20 Dekabr 08:37
İdman
20 Dekabr 08:34
Ədəbiyyat
20 Dekabr 08:27
Siyasət
20 Dekabr 08:15
Dünya
20 Dekabr 08:12
Dünya
20 Dekabr 08:07
Dünya
19 Dekabr 23:35
YAP xəbərləri
19 Dekabr 23:20
Sosial
19 Dekabr 22:46
Dünya
19 Dekabr 22:30
YAP xəbərləri
19 Dekabr 22:19
Mədəniyyət
19 Dekabr 22:05
YAP xəbərləri
19 Dekabr 21:54
Dünya
19 Dekabr 21:25
Mədəniyyət
19 Dekabr 21:18
İdman
19 Dekabr 20:48
İqtisadiyyat
19 Dekabr 20:34
Dünya
19 Dekabr 20:31
YAP xəbərləri
19 Dekabr 20:15
Dünya
19 Dekabr 19:55
Sosial
19 Dekabr 19:53
YAP xəbərləri
19 Dekabr 19:32
Dünya
19 Dekabr 19:14
Hərbi
19 Dekabr 18:24
YAP xəbərləri
19 Dekabr 17:39
Xəbər lenti
19 Dekabr 17:28
Elm
19 Dekabr 17:04
Siyasət
19 Dekabr 16:57
Diaspor
19 Dekabr 16:22
Siyasət
19 Dekabr 16:00
Sosial
19 Dekabr 15:39
Siyasət
19 Dekabr 15:33
YAP xəbərləri
19 Dekabr 15:17
Siyasət
19 Dekabr 15:12
YAP xəbərləri
19 Dekabr 14:26
Siyasət
19 Dekabr 14:19
Siyasət
19 Dekabr 14:15
Siyasət
19 Dekabr 14:15
Siyasət
19 Dekabr 14:14
Siyasət
19 Dekabr 14:13
Siyasət
19 Dekabr 14:10
YAP xəbərləri
19 Dekabr 13:30
Sosial
19 Dekabr 12:50

