Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Kənd təsərrüfatı torpaqlarında müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları təsdiqlənib

Kənd təsərrüfatı torpaqlarında müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları təsdiqlənib

05.12.2025 [17:13]

“Kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma Qaydaları” təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Qaydalara əsasən, kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi (onun yazılı razılığı ilə istifadəçisi və ya icarəçisi) (sifarişçi) Bakı şəhərinin, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsini, digər inzibati ərazi vahidlərində isə yerli icra hakimiyyəti orqanlarını (məlumatlandırılan orqan) bu Qaydalara uyğun olaraq məlumatlandırmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlarda Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun müvəqqəti tikililər, yəni torpaq üzərində yerləşdirilən, qısa müddətdə, o cümlədən tikinti müddətində istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülən tikili inşa edə və quraşdıra bilər.

Kənd təsərrüfatı təyinatlı torpaqlarda müvəqqəti tikililər kənd təsərrüfatına dair texnika, avadanlıq, ot, yem, dərman (zəhərli kimyəvi maddələrin saxlanması istisna olmaqla) və digər vasitələrin müvəqqəti saxlanması, çoban evləri, yataqlar, habelə işçilərin (personalın) istirahəti, sanitariya-gigiyenası və digər məqsədlər üçün inşa edilir. Müvəqqəti tikilinin tikinti sahəsi 300 kvadratmetrdən, hündürlüyü 5 metrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmamalıdır.

Məlumatlandırılan orqan müvəqqəti tikili barədə sifarişçi tərəfindən təqdim edilən məlumatların və sənədlərin sistem vasitəsilə EHİS üzərindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ötürülməsini təmin edir.

Müvəqqəti tikilinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarətin həyata keçirilməsi məqsədilə məlumatlandırılan orqan sifarişçi tərəfindən təqdim edilən məlumatların və sənədlərin sistem vasitəsilə EHİS üzərindən Fövqəladə Hallar Nazirliyinə ötürülməsini təmin edir.Müvəqqəti tikililərin vahid uçotunu aparmaq məqsədilə məlumatlandırılan orqan sifarişçi tərəfindən təqdim edilən məlumatları və sənədləri elektron qaydada Tikintilərin Dövlət reyestrinə (Reyestr) ötürür. Reyestri aparan orqan müvəqqəti tikililər barədə təqdim olunmuş sənədləri və məlumatların tamlığını 3 (üç) iş günü müddətində təhlil etdikdən sonra Reyestrdə uçota alır.

Paylaş:
Baxılıb: 326 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Milli birlik bayramı!

31 Dekabr 11:20

Siyasət

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Rekord sayda medal!

30 Dekabr 12:17  

İqtisadiyyat

İqtisadiyyat

8 illik xidmət...

30 Dekabr 10:58

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31