Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Rəsmi Tbilisi ABŞ hakimiyyətinin Gürcüstana münasibətinin dəyişəcəyinə ümid edir

Rəsmi Tbilisi ABŞ hakimiyyətinin Gürcüstana münasibətinin dəyişəcəyinə ümid edir

05.12.2025 [19:48]

Biz ABŞ hakimiyyətinin Gürcüstana münasibətinin müsbətə doğru dəyişəcəyinə ümid edirik.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

O deyib ki, rəsmi Tbilisi ABŞ-ın mövqeyinin dəyişəcəyini səbirlə gözləyir. “Biz ümid edirik ki, 2024-cü ilədək Gürcüstana münasibətdə mövcud olmuş tamamilə kobud və ədalətsiz münasibət dəyişəcək. Biz bəyanatlar vermişik və cavabı gözləyirik. Hərəkətlərimiz cavaba uyğun olacaq”, - deyə Kobaxidze bildirib.

Qeyd edək ki, ABŞ Gürcüstanla strateji tərəfdaşlığı ötən il noyabrın 30-da dayandırıb. Vaşinqton bu qərarı Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini açıqlayandan sonra qəbul edib.

Gürcüstan hökuməti ABŞ ilə strateji tərəfdaşlığı konkret yol xəritəsi əsasında bərpa etməyə hazır olduğunu dəfələrlə bəyan edib.

Paylaş:
Baxılıb: 291 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Milli birlik bayramı!

31 Dekabr 11:20

Siyasət

İqtisadiyyat

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Rekord sayda medal!

30 Dekabr 12:17  

İqtisadiyyat

İqtisadiyyat

8 illik xidmət...

30 Dekabr 10:58

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31