NATO Ukraynanı tam dəstəkləyəcək
05.12.2025 [10:14]
Müharibə bitməsə, hər Alyans üzvü ayda 1 milyardlıq silah almalı olacaq
Ukrayna - Rusiya müharibəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində davam edən danışıqlar prosesində raundlar biri-birini əvəz etdikcə, maraqlı detallar müşahidə olunmaqdadır. Belə ki, Mayami və Moskva görüşlərinin ardından heç bir irəliləyiş əldə edə bilməyən ABŞ geri çəkilmək fikrində deyil. Bu isə danışıqların ilkin mərhələsində prosesdən kənarda qalan Avropa İttifaqını (Aİ) da aktivləşdirib. Bəlli olduğu kimi, Cenevrə görüşündə Aİ-nin irəli sürdüyü sülh planı “siyirtməyə qoyulmuşdu”. Ukrayna ilə Rusiyanın razılığa gələ bilməməsi “köhnə qitə”ni yenidən aktivləşdirib. Xüsusilə, təkliflər paketində Ukraynanın NATO-ya üzvlüyünün bloklanması Alyans tərəfindən birmənalı qarşılanmır.
Çərşənbə günü Brüsseldə baş tutan NATO XİN başçılarının toplantısı da daha geniş mənada məhz Ukrayna-Rusiya müharibəsinin durumuna həsr olunub. Qeyd edək ki, qitədəki NATO liderləri Kremlə təzyiqi artırmaq istədiklərini, lakin bunun necə ediləcəyi barədə razılığa gələ bilmədiklərini bildiriblər. Toplantıda Alyansın müdafiə qabiliyyətinin gücləndirilməsi məsələləri müzakirə olunub. İclasda nazirlər güc və birlik ehtiyacını önə çəkərək, diqqəti müdafiə xərclərinin 2035-ci ilədək ümumi daxili məhsulun 5 faizi həddinə çatdırılmasını təmin edəcək etibarlı yol xəritəsinin hazırlanmasına yönəldiblər. Baş katib Mark Rutte bildirib ki, bu, istənilən təcavüzün qarşısını almağa qadir, daha güclü və adaptasiya oluna bilən Alyans qurmaq deməkdir. “NATO ərazisinin hər qarışını müdafiə etməyə hazır olmalıyıq”, - deyən M.Rutte Alyansın şərq cinahında qüvvələrin gücləndirildiyini və müasir texnika ilə təchizatın artırıldığını qeyd edib.
Təzyiq artırılmalıdır...
“Fərqli bir şey görməyincə, Rusiyanın sülh istəmədiyi qənaətinə gəlməyə davam edəcəyəm”, - deyən İsveçin XİN başçısı Maria Malmör Stenerqard vurğulayıb ki, buna görə də 2 maddəlik bir plana - Ukraynaya dəstəyi artırmaq və Rusiyaya təzyiqi artırmaq - sadiq qalmalıyıq və onlara ən çox zərər verən yerə, yəni neft və qaz gəlirlərinə zərbə vurmalıyıq.
ABŞ Dövlət katibi Marko Rubionun iştirak etmədiyi toplantıda çıxış edən Litvanın XİN başçısı Kestutis Budris deyib ki, “Biz görürük ki, ABŞ bu prosesdə iştirak edir; onlar uzunmüddətli sülhə nail olmaq üçün diplomatik səylər göstərirlər. Son 6 ayda dəyişməyən şey Rusiyanın mövqeyidir”. O əlavə edib ki, Rusiya qətiyyən atəşkəs və ya sülh müqaviləsi ilə maraqlanmır və əməllərini davam etdirir: “Bu isə bizə gələn il Ukrayna üçün maliyyə vəsaitləri ayırmağa bir səbəbdir.”
Finlandiyanın xarici işlər naziri Elina Valtonen də bu təhlili təkrarlayaraq bildirib ki, “indiyə qədər təcavüzkar Rusiyadan heç bir güzəşt görməmişik”. Onun estoniyalı həmkarı Marqus Tsahkna da eyni fikirləri bölüşüb: “Bizim baxış bucağımızdan görürük ki, Putin məqsədlərini dəyişməyib. Ona görə də Ukraynaya əlavə məhdudiyyətlər tətbiq etmək səhv yoldur. Əslində, Rusiyaya daha çox təzyiq göstərməliyik”, - deyə o bildirib.
Aktivlər verilsin - Belçika “yox” deyir...
Çıxış edən hər üç ölkənin XİN başçısı Rusiyanın dondurulmuş 200 milyard avroluq aktivlərinin bir hissəsinin növbəti iki il ərzində Ukraynaya maliyyələşdirməni təmin etmək üçün verilməsini dəstəkləyib. Qeyd edək ki, Aİ səviyyəsində irəli sürülən bu təklif, hazırda aktivlərin əksəriyyətinin saxlanıldığı Belçika tərəfindən bloklanır. Estoniya XİN başçısı bu addımı Avropanı gələcəkdə sülh prosesinə daxil olması üçün vasitə adlandırıb. “Putin bizim üçün qərar verə bilməz. ABŞ da bizim üçün qərar qəbul edə bilməz”, - deyə o bildirib.
Lakin Belçikanın xarici işlər naziri Maksim Prevost təzminat kreditinə qarşı çıxdığını bildirib və onu “iqtisadi, maliyyə və hüquqi risklər yaradan” “ən pis variant” adlandırıb. “Biz tərəfdaşlarımızı və ya Ukraynanı qıcıqlandırmağa çalışmırıq. Sadəcə olaraq, aktivlərin verilməsi təklifindən kənar həmrəylik nümayiş etdirərək potensial fəlakətli nəticələrdən yayınmaq üçün planlar irəli sürməyə çalışırıq. Yeri gəlmişkən, Avropa Mərkəzi Bankı Ukraynaya 140 milyard avroluq “təzminat krediti”nə zəmanət verməkdən imtina edib. “Financial Times” bildirib ki, AMB sxemin faktiki olaraq Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulduğu depozitar olan Belçikanın “Euroclear” bankına son həlqə kreditoru olmasını tələb edəcəyini açıqlayıb. AMB-nin daxili təhlili göstərib ki, belə bir struktur birbaşa hökuməti maliyyələşdirməyə bərabər olacaq. Bu isə inflyasiyanı artırmaq və tənzimləyiciyə etimadı sarsıtmaq riski səbəbindən Aİ müqavilələri ilə qadağan edilmiş “pul maliyyələşdirməsi” formasıdır. AMB-nin imtinasından sonra Avropa Komissiyası kredit üçün müvəqqəti likvidlik təmin edəcək alternativ mexanizm hazırlamağa başlayıb.
Alyansın üçdə ikisi 4 milyard dollara razılaşıb...
Toplantıda digər diqqətçəkən mövzu Ukraynada mümkün sülh sazişi ilə bağlı uzun sürən danışıqlar fonunda bir neçə NATO ölkəsinin Kiyev üçün əlavə Amerika silah paketləri alacağını açıqlaması olub. NATO-nun Baş katibi Mark Rutte Brüsseldə xarici işlər nazirlərinin görüşündən sonra bildirib ki, Alyansın üçdə ikisi bu məqsədlər üçün ümumilikdə 4 milyard dollardan çox vəsait ayıracaq. Bu vəsaitlər NATO və ABŞ prezidenti Donald Tramp arasında razılaşdırıldığı kimi, 2025-ci ilin yayından bəri qüvvədə olan PURL (Ukraynanın prioritet tələblər siyahısı) proqramı çərçivəsində təmin ediləcək. İlk dəfə olaraq NATO tərəfdaş ölkələri Avstraliya və Yeni Zelandiya bu alışlarda iştirak edəcək. Ukraynanın hava hücumundan müdafiə sistemləri və digər silahlarla, eləcə də “Patriot” idarəolunan raketləri ilə təchiz olunması üçün təxminən 1 milyard dollar ayrılacağı gözlənilir.
Almaniya 200+25 milyona razılaşdı...
Xüsusilə, Almaniyanın Ukrayna üçün Amerika silahlarının alınmasına ilin sonuna qədər əlavə 200 milyon dollar (təxminən 172 milyon avro) köçürəcəyi bildirilib. Bunu xarici işlər naziri Yohan Vadeful bildirib. Norveç, Polşa, Hollandiya və Kanada da PURL mexanizmi çərçivəsində milyonlarla dollar ianə etməyi öhdələrinə götürüblər. Qeyd edək ki, PURL mexanizminin tətbiqindən sonra Almaniya oktyabr ayında 500 milyon dollarlıq silah paketi maliyyələşdirib. Yeni 200 milyon dollarlıq paketə əlavə olaraq, Almaniya NATO fonduna 25 milyon avro da köçürəcək - bu, hazırda cəbhədə buzlu və qarlı şəraitdə olan ukraynalı hərbçilərin lazımi qış avadanlıqları ilə təmin olunması və adekvat tibbi yardım alması üçündür.
Rutte: Kiyev üçün 15 milyard dollar lazımdır
NATO-nun Baş katibi Ukraynaya yeni hərbi yardım zəmanətlərini yaxşı xəbər adlandırıb. O, NATO tərəfdaşlarının bu ilin sonuna qədər PURL mexanizmi çərçivəsində 5 milyard dollar ayıra biləcəyi fikri ilə yanaşı, müharibənin davam edəcəyi təqdirdə Kiyevə 2026-cı il üçün təxminən 15 milyard dollar gərəkəcəyini deyib. Ruttenin sözlərinə görə, NATO ölkələri gələn il hər ay ən azı 1 milyard dollar həcmində ora silah və sursatı almalıdırlar. O qeyd edib ki, buraya hava hücumundan müdafiə sistemləri üçün tutucu raketlər, eləcə də hücum sistemləri daxil olmaqla, vacib avadanlıqların alınması da daxildir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 Dekabr 23:19
YAP xəbərləri
04 Dekabr 22:50
Dünya
04 Dekabr 22:47
Dünya
04 Dekabr 22:21
Dünya
04 Dekabr 21:45
Dünya
04 Dekabr 21:19
Dünya
04 Dekabr 20:51
Dünya
04 Dekabr 20:25
Sosial
04 Dekabr 19:46
Dünya
04 Dekabr 19:12
Dünya
04 Dekabr 18:41
YAP xəbərləri
04 Dekabr 17:32
Siyasət
04 Dekabr 17:27
YAP xəbərləri
04 Dekabr 17:06
YAP xəbərləri
04 Dekabr 16:22
Dünya
04 Dekabr 15:42
İqtisadiyyat
04 Dekabr 14:24
Sosial
04 Dekabr 14:18
Dünya
04 Dekabr 14:17
İqtisadiyyat
04 Dekabr 13:25
Dünya
04 Dekabr 12:34
Gündəm
04 Dekabr 12:22
Dünya
04 Dekabr 12:10
Gündəm
04 Dekabr 11:56
Gündəm
04 Dekabr 11:45
Siyasət
04 Dekabr 11:30
İqtisadiyyat
04 Dekabr 11:28
İqtisadiyyat
04 Dekabr 11:27
Hadisə
04 Dekabr 11:27
Siyasət
04 Dekabr 11:13
Siyasət
04 Dekabr 10:59
Siyasət
04 Dekabr 10:38
Siyasət
04 Dekabr 10:37
İqtisadiyyat
04 Dekabr 10:36
Siyasət
04 Dekabr 10:28
İqtisadiyyat
04 Dekabr 10:17
MEDİA
04 Dekabr 09:55
Hadisə
04 Dekabr 09:50
Analitik
04 Dekabr 09:38
Siyasət
04 Dekabr 09:15
Analitik
04 Dekabr 08:51
Analitik
04 Dekabr 08:36
Sosial
04 Dekabr 08:13
Dünya
04 Dekabr 08:05
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:03
İqtisadiyyat
03 Dekabr 23:14
Dünya
03 Dekabr 22:48
Dünya
03 Dekabr 22:16
Dünya
03 Dekabr 21:54
Dünya
03 Dekabr 21:22
Dünya
03 Dekabr 20:51
İqtisadiyyat
03 Dekabr 20:19
İdman
03 Dekabr 19:45
Sosial
03 Dekabr 19:17
İdman
03 Dekabr 19:07
YAP xəbərləri
03 Dekabr 18:33
Xəbər lenti
03 Dekabr 17:36
Hərbi
03 Dekabr 17:36
YAP xəbərləri
03 Dekabr 17:22
Sosial
03 Dekabr 16:19
YAP xəbərləri
03 Dekabr 15:20
Hadisə
03 Dekabr 15:08
Sosial
03 Dekabr 15:06
Sosial
03 Dekabr 14:02
Xəbər lenti
03 Dekabr 13:38
İqtisadiyyat
03 Dekabr 12:40
Dünya
03 Dekabr 12:29
İdman
03 Dekabr 12:25

