Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Avropa İttifaqı Zəngəzur dəhlizinə qoşulur

Avropa İttifaqı Zəngəzur dəhlizinə qoşulur

04.12.2025 [11:13]

TRIPP layihəsi qlobal əhəmiyyətli rifah və əməkdaşlıq körpüsünə çevrilməkdədir

Avropa İttifaqının (Aİ) genişlənmə siyasəti üzrə ali komissarı Marta Kos “Tramp yolu” (TRIPP) layihəsində Aİ-nin mümkün iştirakını istisna etmədiyini bildirib. Aİ-nin ali komissarı vurğulayıb ki, layihəni həyata keçirmək Ermənistan və ABŞ arasında əldə edilmiş razılaşmanın tələblərindən biridir və proses uğurla davam etdirilməkdədir. TRIPP və ya Zəngəzur dəhlizinə beynəlxalq marağın olması Avropa İttifaqını da bu qlobal nəqliyyat arteriyasına qoşulmağa həvəsləndirir. Aİ ABŞ-la bu məsələni müzakirə edir və regionda geniş, ümumi bağlantı xəritəsini nəzərdə tutan trans-nəqliyyat şəbəkəsinin yaradılmasını dəstəkləyəcəyini xatırladır.

M.Kosun qənaətinə görə, Zəngəzur dəhlizi Aİ-nin Şəqlə logistik bağlantılarını əlaqələndirməkdə mühüm qovşaqlardan biri ola bilər. Bu layihə Orta Dəhlzinin bir hissəsi kimi Söhbət Mərkəzi Asiyadan Avropaya gedən yolun qısaldılmış nəqliyyat bloku olmaqla daha təhlükəsiz və manesiz daşınmaların sərfəli marşrutu deməkdir. Söhbət 42 km-lik yoldan getmir, layihənin coğrafi hüdudları daha geniş və böyük regional logistikaları əhatə edir. Ona görə də, Aİ üçün strateji maraq kəsb edən bu yolun Şərq və Qərbə doğru uzanan bütün kommunikasiya əlaqələrini əhatə etməsi və paralel şəkildə nizamlanan vahid nəqliyyat habının yaradılmasıdır.

Aİ-Azərbaycan-Ermənistan-Türkiyə qrupu yaradıla bilər

Aİ-nin ali komissarı TRİPP layihəsi ilə bağlı Ermənistan, Türkiyə və Azərbaycanla çoxtərəfli müzakirələrin aparıldığını, bu məqsədlə dördtərəfli xüsusi qrupun yaradılmasının müzakirə edildiyini xatırladıb. Bildirib ki, layihənin regionda geniştutumlu əməkdaşlıq və rifah körpüsünə çevrilməsi üçün Aİ bütün səyləri dəstəklənəcək. Marta Kosun fikrincə, Orta Dəhliz kimi də tanınan Transxəzər nəqliyyat marşrutu Çin, Orta Asiya, Cənubi Qafqaz və Qara dənizi Avropa ilə birləşdirən dəmir yolları və liman şəbəkəsindən ibarət olmaqla, marşrut boyunca yerləşən bütün ölkələr üçün geosiyasi və iqtisadi faydalılıq platformasıdır. Onun sözlərinə görə, Orta Dəhliz boyunca yük daşınması 2022-ci ildən bəri artıq dörd dəfə artıb. 2030-cu ilə qədər, investisiyalar onun tutumunu artırmaq və maneələri aradan qaldırmaq üçün diqqətlə yönəldilərsə, üçqat arta bilər.

Transxəzər nəqliyyat dəhlizi Aİ-nin “Global Gateway” (“Qlobal Qapı”) strategiyasının flaqman təşəbbüsüdür və Avropa ilə Mərkəzi Asiyanı birləşdirməyi hədəfləyir. Azərbaycan Asiya ilə Avropa arasındakı bu marşrutun qovşağında yerləşdiyi və birbaşa Azərbaycanla əlaqəli olduğu üçün bu təşəbbüs üçün əsas mərkəz hesab olunur.

Orta Dəhliz-Zəngəzur-Avropa nəqliyyat kompozisiyası qurulur

Təchizat zəncirlərinin dəyişdiyi, qlobal rəqabətin sərtləşdiyi bir vaxtda Mərkəzi Asiya ilə sabit ticarət xəttinə malik olmaq həm də təhlükəsizlik məsələsidir. Çin-Qazaxıstan-Xəzər-Azərbaycan marşrutu ən rəqabətqabiliyyətli logistika xəttidir. Aİ hesab edir ki, Zəngəzur dəhlizi Avropanın Cənubi Qafqazla bağlı uzunmüddətli strategiyasını tamamlayan amil olmaqla yanaşı, Mərkəzi Asiya bazarlarına çıxışda da həlledici rol oynaya bilər. Dəhlizin avtomobil, dəmir yolu və multimodal imkanları Avropanın uzunmüddətli maraqları ilə ziddiyyət təşkil etmir, əksinə, onlara uyğunlaşır. Ona görə də, Avropa Birliyi bu müasir infrastruktur və rahat logistika təminatları blokunda yer almağı özü üşün vacib hesab edir.

Azərbaycanın çoxvektorlu nəqliyyat siyasəti isə regional coğrafiyalarda ölkələri iqtisadi klubda birləşdirməyə, əməkdaşlıq və rifahın yeni koordinatlarını müəyyən etməyə, yeni tərəfdaşları inteqrasiyaya cəlb etməyə hesablanıb. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək.

Orta Dəhliz-Zəngəzur vahid nəqliyyat kompozisiyası kəsb etməklə region və dünya üçün beynəlxalq əhəmiyyətini artırmaqdadır.Zəngəzurun gerçək logistik təsvirini və iqtisadi təsnifatını isə belə səciyyələndirmək olar:

- Dəhliz qloballaşmanın iqtisadiyyata mənfi təsirlərini azaltdır.

- Böyük bir coğrafiyada iqtisadi inteqrasiyanı böyütməklə regional inkişafa ciddi təkan yaradır.

- Beynəlxalq səviyyədə yüklərin daşınmasına və beləliklə də, milli gəlirlərin artmasına töhfə verir.

Göründüyü kimi Zəngəzur dəhlizini təkcə infrastruktur layihəsi deyil, qlobal tərəfdaşlar, o cümlədən də Avropa Birliyi üçün Azərbaycanla strateji əməkdaşlığının yeni platforması kimi səciyyələndirilməkdədir. Rəsmi Bakı bu dəhlizə Avropa İttifaqını yalnız nəqliyyat marşrutu üzrə üzv və tərəfdaş kimi dəvət etmir, eyni zamanda, həm siyasi, həm də iqtisadi investisiya proqramının əsas liderlərdindən biri kimi yanaşır.

“Qlobal Qapı”nın Cənubi Qafqaza açılan qolu

Aİ-nin ali komissarı M.Kosun Zəngəzurla bağlı mövqeyi həm də Avropa şirkətlərinin, həm də maliyyə institutlarının investisiya qərarlarına mühüm təsirgöstərici amil kimi dəyərləndirilə bilər. Azərbaycanla yaxın enerji əməkdaşlığı quran, son 4 ildə isə təbii qaz üzrə yeni strateji hədəflər müəyyən edən Avropanın karbohidrogen kəmərləri ilə bərabər, nəqliyyat kommunikasiyalarında da birgə alyansa qoşulması Bakı ilə tərəfdaşlığın çoxistiqamətli formatını yaradacaq, inteqrasiyanı dərinləşdirəcək.

Azərbaycanın səyləri ilə regionda əsası qoyulmuş uzunmüddətli sülh, sabitlik və dayanıqlı inkişaf və yeni iqtisadi rifah arxitekturası sayəsində Cənubi Qafqaz bölgəsində yeni əməkdaşlıq landşaftı formalaşır, xarici investorların azad ərazilərdə başlatdığı qeyri-neft proqramları, “yaşıl enerji” layihələri, qeyri-neft sahələrinin, turizm potensialının daha da güclənməsinə istiqamətlənmiş təşəbbüslər regionun iqtisadi rifah mənzərəsini dəyişir, böyük iqtisadi əməkdaşlıq koalisiyası qurulur, habelə Orta Dəhlizin ən mühüm xətti olan Zəngəzurun açılmasına yönəlik addımlar uzunömürlü rifaha möhkəm zəminlər yaradır. 

Beləliklə, Avropa İttifaqı Azərbaycanla birgə enerji-logistika zəncirlərində tərəfdaşlıq etməklə, ticarət-investisiya kanallarını genişləndirərək həm respublikamızla sıx iqtisadi münasibətləri möhkəmləndirəcək, həm də Cənubi Qafqazda sülh və rifah quruculuğunda yer alacaq.

ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 40 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

Analitik

YAP xəbərləri

Xəbər lenti

Siyasət

Təhrif, yoxsa qəsd?

03 Dekabr 11:45  

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

MEDİA

Analitik

Analitik

Sosial

Siyasət

Siyasi kodlar

02 Dekabr 15:46

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31